Maliyyə nəzarətinin təşkili
səhifə 9/9 tarix 02.01.2022 ölçüsü 35,66 Kb. #46952
referat 3668 (3)
10.Maliyyə nəzarətinin təşkili.
Maliyyə nəzarətinin səviyyəsi bir cox cəhətdən onun təşkilindən
asılıdır. Dovlət orqanlarının həyata kecirdikləri maliyyə nəzarəti, adətən,
əvvəlcədən tutulmuş xususi plan uzrə, xususi auditor nəzarəti isə daxil
olan sifarişlər əsasında gercəkləşdirilir. Birinci halda mufəttişin adına
vəsiqə yazılır və o, həmin vəsiqəni pasport, yaxud şəxsiyyəti təsdiqləyən
başqa sənədlə birlikdə yoxlanılan muəssisənin rəhbərliyinə təqdim edir.
Rəhbərlik muvafiq qərar qəbul etdikdən sonra baş muhasibin və ya
muəssisənin başqa bir vəzifəli şəxsinin iştirakı ilə yoxlanış başlanır.
Auditor yoxlanışında isə sifarişçi ozu auditora, yaxud onun uzv
olduğu təşkilata muraciət edərək muvafiq muqavilə bağlayır, icraçının
hesabına lazımi qədər vəsait kocurur , sonra yoxlanış həyata kecirilir.
Hər iki halda yoxlanışın nəticələri umumiləşdirici aktda rəsmi əksini tapır.
Bu cur aktlar, adətən, bir necə hissədən ibarət olur. Birinci hissədə
yoxlanışın xarakteri , metodu, tarixi (vaxtı) və icraçıları göstərilir. İkinci
hissədə yoxlanış zamanı ayrı-ayrı sahələrdə aşkar edilmiş faktlar və işin
gedişi əks olunur. Umumiyyətlə, aktda butun faktlar , həm musbət, həm
mənfi cəhətlər gostərilməlidir. Ucuncu hissədə hokmən aşkarlanmış
noqsanların aradan qaldırılması, ümumiyyətlə muəssisənin işinin yaxşılaşdırılması
yolları qeyd olunur, çünki müfəttişin vəzifəsi təkcə neqativ
Sxem 6.5.1. Azərbaycan Respublikası Auditorlar Palatasının strukturu
və zərərli məqamların üzə çıxarılmasından ibarət deyil. Yoxlama prosesində
mufəttişdən əlavə, muəssisənin rəhbərləri və kənardan dəvət edilmiş
mütəxəssislər də iştirak edə bilərlər.
Tərtib edilmiş aktı yoxlanışın butun iştirakçıları və muəssisə rəhbəri
imzalamalı və akt mohurlə təsdiqlənməlidir. Muəssisə rəhbərliyi
onu təsdiqləmək istəmədikdə imtinanın səbəbini əsaslandırmalıdır.
İmzalandıqdan və təsdiqləndikdən sonra akt muvafiq (yoxlayıcı)
orqanın muzakirəsinə verilir və muzakirənin nəticələrinə gorə lazımi
tədbirlər gorulur. Yoxlanış nəticəsində cinayət tərkibli faktlar , inzibati
pozuntular aşkarlanarsa, materiallar prokurorluq orqanlarına, yuxarı instansiyalara
və başqa muvafiq idarələrə gondərilir.
asında müxtəlif test sistemindən və yoxlama metodologiyasından istifadə edir. Bu və ya digər sistemin tətbiqi və yaxud onun elementlərindən istifadə edilməsi verilən sifarişdən və tərəflərin maraq dairəsindən asılıdır. Dostları ilə paylaş: