1. Məktəb rəhbəri və pedaqoji kollektiv münasibətləri



Yüklə 69,58 Kb.
səhifə2/4
tarix25.12.2023
ölçüsü69,58 Kb.
#193982
1   2   3   4
Kollektivin təşkili - bu, hər şeydən əvvəl, pedaqoji prosesin tələblərinə uyğun olaraq müəllim­lərin qarşılıqlı münasibətini, onların intiza­mını qaydaya salmaqdan ibarətdir. Kollektivin təş­kilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki sosial rolların persenifikasiyasından (şəxsləndi­rilməsindən), daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə də onların birgə fəaliy­yətinin əlaqələndirilməsindən ibarətdir.
Məqsəd yönəlişliyi - bu, pedaqoji kollektivdə mövcud konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial funksiyasının həyata keçiril­məsinə yönəldilmiş məqsədlərin təşəkkülündən iba­rətdir. Kollektiv və onun hər bir üzvü tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə çevrilir.
Kollektivin fəallaşdırılması - kollekti­vin təlim-tər­biyə işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş optimal əmək gərginliyini, şəraitini yaratmaq və müdafiə etmək. Fəallaşdırma maddi və mənəvi stimul sistemi yaratmaq və onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə edilir. Pedaqoji kollektivin fəaliyyətinin fəallaşdırılmasının mühüm şərtlərinə: yerinə yetirilən əməyin kəmiyyət və keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı asılılığın düzgün müəyyənləşdirilməsi, müəllimə yüksək, lakin yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani münasibət, borc hissi tərbiyə etmək, kollek­tivdə işgüzar şəraitin yaradılması daxildir.
Kollektivin fəaliyyətinin təkmilləşdiril­məsi. Fasiləsiz olaraq müəllimlərin pedaqoji usta­lığını artırmaq, kollektivdə hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hər­tərəfli inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin yaradılmasından ibarətdir.
Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir: 1) şəxsiyyətlər­arası inteqrasiya-kollektivin sosial-psixoloji strukturunun optimallaşması, burada qarşılıqlı anlama, qarşılıqlı hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funksional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ­rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına qarşı vahid müsbət münasibətlərin for­malaşması, kollektiv əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət və rəftarla­rını qiymətləndirmək üçün vahid norma və meyarla­rın hazırlanması; 3) təşkilati birlik ─ müəllim­lərdə öz məktəblərində yaşamaq və işləmək ustanov­kası, ona bağlılıq, ondan razılığın təşəkkülü.

Yüklə 69,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin