Pedaqoji texnika ̶ ətrafdakılara pedaqoji təsir üsul və vasitələrinin toplusudur. Pedaqoji texnika, müəllimin öz şagirdlərini görməyə, eşitməyə və hiss etməsinə imkan verən bacarıqlar kompleksidir.
“Pedaqoji texnika” anlayışına iki qrup komponentləri daxil edirlər:
Birinci qrup komponentlər pedaqoqun öz fəaliyyətini idarəetmə bacarıqları ilə bağlıdır. Bura daxildir:
Öz bədənini idarə etmək (mimika, pantomimika);
Emosiyaları, ruhi durumu idarə etmək (psixi gərginliyin azaldılması, yaradıcı əhvala malik olmaq);
Sosial-perseptiv qabiliyyətlər (diqqət, təxəyyül, müşahidə qabiliyyəti);
Nitq texnikası (tənəffüs, səsin qoyuluçu, diksiya, nitq tempi).
Pedaqoji texnikanın ikinci qrup komponentləri şəxsiyyətə və kollektivə təsir göstərmək bacarığı ilə bağlıdır və təlim-tərbiyə prosesinin texnoloji tərəflərini aşkara çıxarır. Bu qrupa aşağıdakılar daxildir:
Didaktik, təşkilatçılıq, konstruktiv, kommunikativ bacarıqlar;
Tələblər verməyin texnoloji priyomları, pedaqoji ünsiyyətin idarə edilməsi və s.
Pedaqoji texnikanın strukturuna aşağıdakı komponentlər daxildir:
Müəllimin özünü idarə edə bilməsi:
sosial-perseptiv qabiliyyətlər (diqqət, müşahidə qabiliyyəti, təxəyyül);
öz emosiyalarını, əhval-ruhiyyəsini idarə etmək (gərgin psixoloji durumunu aradan qaldırmaq, yaradıcı əhvalda olmaq);
bədən üzvlərini idarə edə bilmək (mimika və jestlərin ifadəliliyi və məqsədə uyğunluğu);
nitq mədəniyyəti və texnikası (nəfəsalma, səsin qoyuluşu, diksiya, orfoepiya, nitqin məntiqiliyi və ifadəliliyi).
Başqalarını idarə edə bilməsi:
dərsin təşkili zamanı;
kollektiv əməyin təşkili zamanı;
ünsiyyət prosesində;
rejim vəziyyətinin təşkilində;
intizam nəzarət zamanı;
tələb verərkən.
Əməkdaşlıq etməyi bacarmaq:
şəxsiyyəti dərk edib, onu başa düşmək;
şagird şəxsiyyətini düzgün qavramaq;
uşağı düzgün başa düşmək;
uşağa təsir edə bilmək;
uşağı müdafiə edə bilmək;
qarşılıqlı fəaliyyət göstərməyi bacarmaq;
məlumat verməyi bacarmaq
3.Azərbaycan xalq pedaqogikasında pedaqoji etik fikirlərin məktəblilərə aşılanması yolları
Xalq pedaqogikası elmi pedaqogikanın həm elmi mənbəyi, həm tədqiqat sahəsi, həm də tərkib hissəsidir. Xalqın pedaqoji prinsipini özündə yaşadan materiallar mənəvi dəyərlərimizə böyük imkan yaradır. Buraya daxildir:
- Respublikada pedaqoji fikrin inkişaf tarixi, xalqın mütərəqqi adət-ənənələri və s.
Xalq pedaqogikasında pedaqoji irsi özündə yaşadan mate- riallar gənc nəslin tərbiyəsində bü gün də az rol oynamır. Xalqı- mız özünün əsrlər boyu yaratmış olduğu pedaqoji irsindən: əqli tərbiyə, əmək tərbiyəsi, əxlaqi, fiziki, estetik, ekoloji, iqtisadi-tərbiyə sahəsində geniş istifadə olunur. Xalq pedaqogikası kütlələrin geniş dünyası, həyat fəaliyyətidir. Bu baxımdan böyük şairimiz S.Vurğunun aşağıdakı poetik kəlamı fikrimizi bir daha açıqlamağa imkan verir:
Oxucum, belədir, aqil babalar,
Bir dastan yaradır ikicə sözlə,
Bu kamal dünyası gülər bir üzlə,
Nəsildən-nəslə keçir yadigar.
Bu mənada hər bir xalqın folklor yaradıcılığında olduğu kimi Azərbaycan xalqının da folklorunda, insanların mənəvi saflaşmasında mühüm əhəmiyyət kəsb edən etik fikirlərdən geniş istifadə olunmuşdur. Xalq şəxsiyyətininin inkişafında mühit va tarbiyəni də qeyd etməmək olmaz. Atalar sözlərində nağıllarda, dastanlarda, aşıq qoşmalarında bu mənada çox dəyərli fikirlər söylənmişdir.
Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.
Mərdi qova-qova namərd etmək ola,
El gücu, sel gücu
Tək əldən səs çıxmaz
Əldən qalan əlli il qalar və s.
bu kimi atalar sözləri mühitin müstəsna təsiri barədə illərin sınağından çıxmış tutarlı deyimlərdir. Azərbaycan nağıl va dastanlarında, aşıq qoşmalarında hadisələrin inkişaf xətti və qəhrəmanların süjet boyunca yüksəlişi də mühitlə şərtlənir. Bu proses həyatdakı kimi təbii və inandırıcı olur. Burada işlədilən üsul və vasitələr şərtidir. Üsul bəzən vasitə şəklində işlədilir. Məsələn, öyüd-nəsihət əslində tərbiyənin üsuludur. Ondan tərbiyənin vasitəsi kimi də istifadə olunur. Xalq pedaqogikasında öyüd, nəsihət iki yolla ya müstəqil, ya da dolayı yolla verilir. Məsələn, Koroğlu dastanında Koroğlu Telli xanımı gətirməyə gedən Dəmirçioğluna belə bir məsləhət verir.
Ərzurumun bazarına çatanda,
Məqamdı, düşməni atmağın gərək.
Gördün ki, mətləbin başa varmadı,
Ərəb at belinə yatmağın gərək,
İgid gərək meydan aça, düz dura,
Düşmən qabağında bığını bura.
Ayaqların üzəngiyə bərk vura,
Şeşpəri-şeşpərə çatmağın gərək.
«Kitabi-Dədə Qorqud» dastanımdan məlum olur ki, qədimdə tərifə layiq şücaət, igidlik, qəhrəmanlıq göstərməyən adama ad verilmirmiş. Öz dövrü üçün (1300 il əvvəl) xalqın inanc yeri və tərbiyə mənbəyi olan Dədə Qorqud o zaman adama ad verməsə, həmin adam adsız ölərmiş.
Şifahi xalq ədəbiyyatı nümunələrində mənsəb rütbələrinin valideyndən övlada keçməsi, dövlətlilərin balalarının ağıllı və tərbiyəli olması, «ali» və «alçaq» irq barədə nadan adamların fikirlərinə kəskin etiraz edilir, siravi zəhmət adamlarının ailəsindən yüksək fitri istedada, ağıl və zəkaya malik övladlar yetişdiyi, nağıl və dastanlarda da məhz həmin övladların qəhrəman kimi səciyələndirildiyi göstərilir.
Tərbiyənin komponentləri ilə bağlı xalqın fikirləri əsrlərə sinə gərərək sınaqdan çıxmış ibratamiz fikirlərdir. Bu mənada bir-iki nümunəyə diqqət yetirək:
Ağıl və əqli tərbiyə: «Hər işdə kamil olmaq ağıl nişanəsidir>> (atalar sözü). Əməkçi xalq dərk edibdir ki, ağıl beyin xassəsidir. «Göz var görmək üçün, baş bilmək üçün», «Ağıl yaşda deyil, başdadır», «Əl işlər, baş buyurar».
Bu dünyada maldan, puldan
Bir ağıllı baş yaxşıdır...
Ağlamayan bir kəllədən
Bircə qara daş yaxşıdır.
Əqlin inkişafı üçün - «Bilik, savad, elm lazımdır». Xalq deyir: <Estetik tərbiyəyə aid fikirlər - «Gözəllik baş tacıdır». «Gözəl kamallı gərək» (Atalar sözü).
Fiziki tərbiyə məsələləri - «Uca-uca dağlar başı qarlı da olar, qarsız da; adamın canı sağ olsun, barlı da olar, barsız da».
Bu günkü gənc nəsil əsrlərin sınağından çıxmış həqiqi fikirlərin, təcrübələrin zəminində tərbiyə olunurlar. Yaşlı nəsil min illərdir ki, biliyini, təcrübəsini gənc nəslə verir. Bu proses tərbiyə adlanır. Xalqın yaratdığı nağıllar, dastanlar, atalar sözləri, tapmacalar, laylalar, bayatılar və s. uşaqların bir şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir.İnsan laylalarla dünyaya göz açır,nağıllarla boy atır,dastanlarla qəhrəmanlıq məktəbi keçir.
Elmi pedaqogika irsiyyat, mühit va tarbiya amilləri sırasında şəxsiyyətın formalaşmasına təsir edən mühüm faktor kimi tərbiyəyə üstünlük verir. Bəs xalqın həmin məsələyə münasibəti necədir? Ə.Həşimov göstərir ki, ham irsiyyət, həm mühit, ham da tərbiyə haqqında xalq öz fikirlərini qəti demişdir. Məsələn: «Hər oxuyan Molla Pənah Vaqif olmaz deyimində irsiyyət, Har zamanın bir hökmü var deyimində mühit, Nəcabət ata ilə deyil, adamın özündə olar -fikrində isə tərbiyə həlledicidir. Bununla belə irsiyyətin də rolu inkar edilmir. Xalqın fikrincə, şəxsiyyətin formalaşması üçün məqsədyönlü mühit də vacibdir, tərbiyə də. Lakin əsil-nacabəti olmayan adam üçün həmin mühitdən va tərbiyədən nə fayda? O, heç bir zaman bütöv şəxsiyyət və kamil insan kimi yetişə bilməz. Şoran yerdə bostan əksən, adı bostan olar, tağı tağ olmaz», «Tənbəl arvada cins inək versən, ayranı bol olar, yağı yağ olmaz. Ə.Həşimov xalqın bu qənaətinə haqq qazandıraraq yazır.Doğrudan da şoran yerdə məhsul yetişdirmək, söyüdü çinara döndərmək mümkün olmadığı kimi, bu və ya digər qabiliyyəti anadangəlmə kəsirli olan uşaqlarda həmin qabiliyyət sahəsində inkişaf etdirmək çox çətindir, bəlkə də heç mümkün deyildir».
4.Şagirdlərə ünsiyyət prosesində əməl edilməsi olan zəruri şərtlər
Müəllim-şagird münasibətlərinin şəxsiyyətin formalaşmasina təsiri
Dostları ilə paylaş: |