Özünüidarəetmənin inkişafı - müəllimləri fəal idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə öz məktəbinin sahibi olması hissinin, öz kollektivinin təlim-tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və bacarıqların inkişafı
2.Pedaqoji texnika
Pedaqoji ustalığın tərkib hissələrindən biri pedaqoji texnikadır. Pedaqoji texnika pedaqoji proses zamanı müəllimin öz şagirdlərini görməyə,eşitməyə və hiss etməyə imkan verən bacarıqlarının kompleksidir.Pedaqoji texnika müəllimin şagirdlərə və bütün sinif kollektivinə təsirini daha səmərəli etmək üçün malik olduğu bilik, bacarıq və vərdişlərin toplusudur.
Mütəxəssislərin fikrincə, pedaqoji texnikanın əhəmiyyətini bu cür qruplaşdırmaq olar:
Pedaqoji texnika müəllimə fəaliyyət prosesində özünü daha dərindən və ətarflı ifadə etməyə imkan verir. Mükəmməl pedaqoji texnikaya yiyələnmş müəllim ünsiyyət zamanı fikrini şagirdlərə dəqiq izah etmək, şagirdlərin diqqətini düzgün idarə etmək üçün xüsusi gərginlik və vaxt itkisi keçirmir;
Pedaqoji texnika şəxsi keyfiyyətlərin inkişafına təsir göstərir. Pedaqoji texnika müəllimin psixofizioloji xüsusiyyətləri əsasında formalaşır. Müəllimin fərdi pedaqoji texnikası onun yaşından, cinsindən, temperamentindən, sağlamlığından, xarakterindən, anatomik-fizioloji xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır.
Real pedaqoji təsir zamanı müəllimin pedaqoji texnika sahəsindəki bütün bacarıqları eyni zamanda təzahür edir. Müəllimin özünümüşahidəsi isə hərəkətlərini nizamlamaq, təshih etmək üçün lazımi vasitələr seçməyə imkan verir.
Pedaqoji texnikaya yiyələnmə prosesində müəllimin əxlaqi və estetik baxışları daha tam üzə çıxır, onun ümumi və peşə mədəniyyəti, şəxsi potensialı bəlli olur.
Pedaqoji texnikanın formalaşması metodlarına bunları aid edirlər:
Müəyyən bacarıq və vərdişlər formalaşdırılması üçün məşq xarakterli tapşırıqlar sistemi (psixofizioloji treninq);
Peşə fəaliyyətinə oxşar şəraitdə treninq, pedaqoji texnikanın səviyyəsini yüksəltməyə imkan verən peşə xüsusiyyət və keyfiyyətlərinin təkmilləşdirilməsi.
Təcrübə göstərir ki, bir çox müəllimlər pedaqoji texnikaya dair bəzi səhvlər buraxdıqlarından təlim-tərbiyə prosesinin səmərəliliyi aşağı düşür. Bu səhvlərə, təxminən, aşağıdakıları aid etmək olar:
Şagirdlərlə və onların valideyinləri ilə danışmağı bacarmamaq;