3 növü mövcuddur.Vulkanik zələzələlər – vulkan püskürməsi nəticəsində baş verir. Uçqun zəlzələləri: yeraltı uçqunlar nəticəsində əmələ gəlir, çox az hallarda baş verir və zəif olur.Tektonik zəlzələlər – yer qabığında süxur qatlarının qırılması, sürüşməsi, qalxması və s. nəticəsində baş verir. Yer kürəsində qeydə alınan güclü zəlzələlərin böyük əksəriyyəti, dağıdıcı zəlzələlərin isə hamısı tektonik zəlzələlərdir.Güclü küləklər və tufanlar.Çox təhlükəli külək sayılan Ştorm hadisəsi bir qayda olaraq,sürəti saniyədə 20 m /san-dən çox olan küləklərdir. Əgər küləyin sürəti 30m/san ötərsə onda o uraqan; 40m/san ötərsə o Tornado adlanır. Əgər güclü yağış və qar güclü küləklə bir yerdə müşahidə olunarsa onda bu tufan adlanır. Ölkəmizdə tufanların baş vermə tezliyi çoxdur.