57) Təcridediciəleyhqazların quruluşu onlardan istifadə qaydaları.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə:Əleyhqazlar, respirator, habelə əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr- tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı aiddir.Əleyhqazlar – I dünya müharibəsindən sonra 1915ci ildə Nikolay Zelinskiy tərəfindən kəşf olunmuşdur. tənəffüs üzvlərini gözləri və üzü mühafizə etmək üçün əsas fərdi vasitədir. Müasir əleyhqalar insanın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin (bulxar, duman, qaz, tüstü, damcı) radioaktiv maddələrin təsirindən, patogen mikroorqanzimlərdən və toksinlərdən mühafizəsini təmin edir. Əleyhqazlar sənaye üsulları ilə hazırlanılır. Mühafizə prinsipinə görə 2 növə ayrılır: 1. Süzücü əleyhqazlar2. Təcridedici əleyhqazlar.Təcridedici əleyhqazlar - tənəffüs üzvlərini xarici mühitdəki zəhərli havadan təcrid etməklə qoruyan fərdi mühafizə vasitəsidir. Təcrid edici əleyhqazlar havada çox yüksək ZM olduqda, təhlükəli kimyəvi və digər ZM olduqda, havada oksigen 16% -dən az olan hallarda və az dərinlikli su altında istifadə oluna bilər.Bu əleyhqazlarda nəfəs almaq üçün regenerativ patrondan alınan, yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur, adamın nəfəs verdiyi hava əleyhqazın xüsusi regenerativ patronunda karbon oksiddən təmizlənib oksigenlə zənginləşdirilir və yenidən tənəffüs üçün yararlı hala salınır.
Təcridedici əleyhqazlar mm xüsusi dəstələrinin şəxsi heyəti üçündür. Yüksək konsentrasiyalı zəhərləyici və başqa maddələr olan sahələrdə iş apararkən, qaz şəbəkələrində, digər şəbəkələrdə yanğınları söndürərkən, qəzaları aradan qaldırarkən mühafizə olunmaq üçün belə əleyhqazlardan istifadə olunur. İR-4, İP-46, KİP-5, KİP-7, KİP-8 aiddir.
Dostları ilə paylaş: |