1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


) Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr



Yüklə 335,33 Kb.
səhifə94/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   90   91   92   93   94   95   96   97   ...   106
null

53) Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr.

Tənəffüs üzvlərinin mühafizə vasitələrinə:Əleyhqazlar, respirator, habelə əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr- tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı aiddir.Tənəffüs üzvlərini qoruyan ən sadə mühafizə vasitələrinə aiddir - tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı. Belə vasitələr əhali tərəfindən hazırlanır və lazımi hallarda əhalinin mühafizəsi üçün geniş surətdə işlədilə bilər.Tozdan qoruyan parça maska - (PTM-1) O, 2 əsas hissədən ibarətdir: gövdə və başa bərkidici hissə. Maskanın gövdəsi 4-5 qat parçadan (bez,trikotaj və.s),daxili 2-3 qat daha qalın və sıx parçadan (mahud, yun, flanel və.s) hazırlanır. Alt qat (içəri qat) nəmlənərkən kirlənməyən (sətin, bez) digər parçadan hazırlanır. Bu qatlar radioaktiv tozu saxlayır və ondan tənəffüs üzvlərini qoruyur. Maskanın gövdəsində 4-5 sm ölçüdə göz yerləri də vardır ki,buraya şüşə və ya plyonka və ya hər hansı şəffaf material lövhəcikləri salınır. Maskanın bərkidici hissəsi bir qat hər hansı parçadan düzəldilir. Maskanı geymək üçün onu iki əlli bərkidici hissəsindən tutub, başa doğru çəkirlər, sonra bərkidici hissənin bağlarını bağlayırlar. Daha sonra maskanı üzdə əl ilə düzəltmək lazımdır ki, o alına və gicgahlara kip yatsın, hava nəfəs alan zaman bütün parça boyu təmizlənir. Bu maskanı qurudub yenidən işlətmək olar.Pambıqlı tənzif sarğıtənzifparçasından hazırlanır. Uzunluğu 1 m və eni 50sm olan tənzif parçanı götürmək lazımdır:onun ortasına qalınlığı 1-2 sm, uzunluğu 30 sm-ə yaxın və eni 20 sm olan pambıq qatı qoyulur.Pambıqdan kənar çıxmış tənzifin qıraqları pambıq qatına bükülür və alınan pambıq tənzif lenti hər 2 tərəfdən təxminən 30-35 sm uzununa kəsilir ki,bunlar da bağ kimi işlənir. elə geyirlər ki,ağız və burun nahiyəsi örtülsün.Sarğının aşağı kənarı çənə altına keçməli,yuxarı kənarı isə göz çuxuruna kimi qalxmalıdır. Pambıq olmadıqda tənzif sarğı hazırlamaq mümkündür.Belə halda tənzif parçanın ortasına pambıq əvəzinə 5-6 qat tənzif qoyurlar.Sarğılardan adətən yalnız 1 dəfə istifadə edilir. Gözləri mühafizə etmir bunun üçün qoruyucu eynək taxmaq lazımdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin