1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə93/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   89   90   91   92   93   94   95   96   ...   106
null

Yerləşdirilməsinə görə:bina ilə birgə tikilən qurğular; Binalardan ayrı tikilən qurğular;

Tikilmə müddətinə görə: əvvəlcədən tikilən qurğular; tez tikilən qurğular;

Materialına görə:dəmir-beton konstruksiyalı qurğular;daş divarlı qurğualar; meşə materialından hazırlanmış konnstruksiyalı qurğular;Mühafizə xassələrinə görə; sığınacaqlar;radiasiya əleyhinə daladanacaqları (RƏD)sadə daldanacaqlar 1.Sığınacaqlaradamların kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən ən etibarlı mühafizəsini təmin edən qurğulara deyilir.Sığınacaqlar kollektiv mühafizə vasitəsidir,yəni bunlar bir qrup adamın birgə,kollektiv halında qorunması üçündür. Sığınacaqlarda əsas və yadımçı otaqlar vardır. Əsas otaqlara – adamlar yerləşən otaqlar (bölmələr), idarəetmə məntəqəsi, tibb məntəqəsi, müalicə müəssələrinin sığınacaqlarında isə cərrahiyə sarğı otağı, cərrahi əməliyyata hazırlıq otağı və sterilləşmə otaqları olur.Yardımçı təyinatlı otaqlara aiddir: Süzgəcli ventilyasiya otağı; Balonlar otağı; Sanitariya qovşağı; Elektrik lövhəsi; ərzaq saxlanılan anbar və s.Süzgəcli ventilyasiya otağı-sığınacağın xarici divarlarının yanında, giriş yollarının və ya qəza-çıxış yollarının yaxınlığında yerləşdirilir.Ventilyasiya sistemi iki və ya üçü rejimdə işləyə bilər; 1.təmiz ventilyasiya rejimi 2.süzücü ventilyasiya rejimi 3.içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcrid olunma rejimi. Təmiz ventilyasiya rejimi- havanın tərkibinin lazım dərəcədə dəyişdiril­məsi, bayırdan içəriyə verilən havanın tozdan, radioaktiv tozdan, eləcə də istiliyin və rütubətin kənar olunmasını təmin etmək üçündür. *Süzücü ventilyasiya rejimi- çöldən havanı çəkmək, hər cür zəhərləyici maddələrdən təmizləyib otaqlara vermək üçün nəzərdə tutulur. Balonlar otağı - burada havanı oksigenlə zənginləşdirmək üçün hava (oksigen) balonları saxlanılır. Balonlardan oksigen DKP-1 -65 markalı reduktor vasitəsilə verilir. Sanitariya qovşaqları - kişilər və qadınlar üçün ayrılıqda layihələndirilir. Sığınacağın elektrik təchizatı - şəhərin xarici şəbəkəsindən habelə lazımı hallarda dizel elektrik stansiyasındakı elektrik mənbələri hesabına yerinə yetirilir.Elektrik lövhəsi otağı - lazımı elektrik lövhələri avadanlığının yerləşdirilməsi üçündür.Ərzaq saxlanılan anbar -daldalanan hər 600 nəfər üçün bir anbar hesabı ilə daldalanacağın müxtəlif yerlərində düzəldilməlidir. Daldalanan adamların sayı 150 nəfərədək olarsa, anbarın sahəsi 5 m2 , bundan artıq hər 150 nəfər üçün anbarın sahəsi 3 m2 artırılır.

Tambur şlüzlərsığınacaqda daldalanan, oraya girməkdə olan və girməyə gecikən adamların zədələnməsi təhlükəsinin qarşısını almaq üçündür. Sığınacaqlar əhali yaşayan binalarda və onlardan ayrı da tikilə bilər. Yaşayış binalarında olan sığınacaqlar, əsasən, istehsalat binalarının, ictimai binaların və yaşayış evlərinin zirzəmilərində yerləşir. Ayrı tikilmiş sığınacaqlar adamların iş və yaşayış yerlərindən təxminən 200 m məsafədə yerin altında tikilir. Onların üstü və yanları torpaqla örtülü olur. Bundan başqa yeraltı keçidləri, tunelləri, metostansiyaları sığınacaq kimi istifadə etmək olar.Adamların girib çıxması üçün hər bir sığınacaqda əsas giriş yolları və qəza çıxış yolu olmalıdır.Giriş yollarının sayı sığınacağın tutumundan və bir giriş yoluna düşən adamların sayından asılı olur,lakin giriş yolları ikidən artıq olmamalıdır.Sığınacağın hər iki qurtaracağında çıxış qapısı olmalıdır. Bunlardan biri əsas,o biri isə ehtiyat çıxış qapısı sayılır, Qapılar xaricə açılır,belə ki,sığınacaqolan ev uçarsa, uçuq töküntüləri qapını tuta bilməsin.Sığınacaqlar tutumuna görə, kiçik-600 nəfər, orta- 600-2000 nəfər, iri-2000-dən yuxarı olur.2.Radiasiya Əleyhinə Daldanacaqlar (RƏD) - Ərazidə radioktiv zəhərlənmə zamanı ionlaşdırıcı şüalanmasından, zərbə dalğasından, işıq şüalanmasından mühafizə edir. Lakin əhalini hava ilə keçən maddələrdən zəhərlərdən, mikroblardan, toksinlərdən əsaslı mühafizə edə bilmir. Odur ki, daldanacaqlarda özünü mühafizə edən şəxslər əleyhqazdan istifadə etməlidir.Belə daldanacaq bina və qurğuların zirzəmilərində düzəldilir. Bir sıra hallarda binalardan kənarda RƏD tikmək mümkündür. Radiasiya daldanacaqlarının daxili avadanlığı sığınacağın adamları yerləşən otağında olduğu kimidir. Hər bir daldanacaq adətən adamlar oturan əsas otaqlardan, dəhlizdən, giriş yerlərindən ibarət olur. Əsas otaqda havanın dəyişdirilməsi üçün süzgəcli-sorucu tərtibat düzəldilir.Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirilir.Bunların sayını elə götürürlər ki,hər adam 7-8 saat uzanıb dincələ bilsin. 3. Sadə daldanacaqlar - Adamların işıq şüalanmasından mühafizəsini təmin edir. Həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunları quru yerlerde bağlarda bostanlarda parklarda düzəltmək olar. Su basa biləcək habelə partlayış təhlükəsi olan qurğuların və maye yanacaq çənlərin yaxınlığında dalğalanacaq düzəltmək olmaz. Sadə daldalanacaqlara aiddir: xəndəklər, qazmalar, lağmlar və s. Xəndəklərdə 20 nəfər adam yerləşdirilir. Hər adama 60 sm sahə ayrılır. Ümumi tutumu isə 60m-dən çox olmamalıdır. Xəndəklər qapı ilə bağlanan girişi olur. Bunlar pis havadan, zərbə dalğasının təsirindən qoruyur. Qapı hip bağlanmalıdır. Qazmalar hava basqını zamanı daldalanması üçün evsiz qalmış camaatın müvəqqəti yaşaması üçün nəzərdə tutulur. Burada isitmə sistemi olur. Oturma və uzanmaq üçün yerlər düzəldilir. Qazmada ən çox 30-40 nəfər yerləşdirilir. Eni 1m 8sm, uzunluğu isə 2m-ə yaxın düzbucaqlı formada tikilir.Lağım isə torpağın üst səthinə toxunmadan dağın dərənin yarğanın ətəyində qazılmış tunel tipli daldanacaqdir. 2giris və çıxış yolu olan bir neçə düz xətli sahələrdən ibarətdir. Hündürlüyü 2m olmalıdır. Eni isə metr yarım olmalıdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin