55. Müharibə dövründə yaranmış fövqaladə hallarda əhalinin xəbərdarlıq siqnalları üzrə davranış qaydaları.
Müharibə dövründə əhalini xəbərdar etmək üçün bu siqnallar verilir:“Hava həyəcanı” “Hava həyəcanl qurtardı” “Radiasiya təhlükəsi”“Kimya həyəcanı”.“Hava həyəcanı” siqnalı düşmənin havadan təyyarə,reaktiv mərmilər vasitəsilə hücumu haqqında əhaliyə xəbərdarlıq edir.Əvvəlcə sirenalar bunu hamının diqqətinə çatdırır.Sonra radio-televiziya ilə belə bir xəbər verir.Bu zaman evlərdə olanlar yubanmadan pəncərələri örtməli, qızdırıcı cihazları, işığı söndürməli, dərhal geyinərək fərdi mühafizə vasitələrini, şəxsi sənədləri, əvvəlcədən hazırladığı ən vacib şeyləri, ərzaq və su ehtiyatını götürüb ən yaxındakı sığınacağa getməlidirlər. Qeyd etməliyik ki,siqnal evdə olarkən verilərsə binada qalmaq olmaz. Binalar,xüsusən çoxmərtəbəli tikililər uçula və ya zədələnə bilər, adamlar uçulub-tökülən uçuqların altında qalar,qırılmış şüşə parçalarından yaralanar. Yanğın baş verməsi də mümkündür,bu isə vəziyyəti daha mürəkkəbləşdirər, binalarda qalmış adamlar üçün əlavə təhlükə törədər. Alov və tüstü binadan çıxmağa mane olar,nəticədə adamlar yanar və ya tüstüdən boğula bilərlər. Buna görə də “hava həyəcanı” siqnalını eşidərkən mümkün qədər cəld binaları tərk etmək və ən yaxınlıqdakı sığınacaqda, RƏD-da və digər daldanacaqda gizlənmək lazımdır. Bu zaman cəld, təmkinlə, inamla və çaxnaşma düşmədən hərəkət etmək olduqca vacibdir.Sığınacağa girərkən müəyyən qaydalara riayət olunmalıdır. Məs: Uşaqlar, hamilə qadınlar, qocalar,əlillər irəli buraxılmalıdır. İstehsalatda olanlar: istehsalat şəraitinə görə aqreqatı,peçi,texnoloji xətti və s. dayandırmaq qeyri-mümkündürsə,onları təhlükəsiz iş rejiminə keçirirlər.Bu obyektlərin iş rejiminə nəzarət etmək üçün növbətçi təyin edilir,o, fərdi daldanacaqda gizlənir:belə daldanacaqlar əvvəlcədən hazırlanır və iş yerinin bilavasitə yaxınlığında qoyulur.Siqnal siz küçədə,şəhər nəqliyyatında gedərkən,ictimai yerlərdə (kitabxana, dükanda, bazarda və s.) olarkən verilərsə, tez evə çatmağa can atmaq lazım deyil,siqnalı eşidərkən ən yaxınlıqdakı sığınacağa, daldanacaqlara getmək lazımdır. Şəhər nəqliyyatında gedərkən sürücülərdən avtobusu dərhal dayandırmağı tələb etmək olmaz, sürücülər adətən yaxındakı sığınacağın və ya daldanacağın yerini bilirlər, onlar sərnişinləri yaxına aparacaq və yalnız orada nəqliyyat vasitələrini saxlayacaqlar. Yaxında sığınacaq olmazsa, onda daldalanmaq üçün yaxınlıqdakı zirzəmilərdən, nəqliyyat tunellərindən, metro stansiyalarından, yeraltı piyada keçidlərindən və s-dən istifadə etmək olar. Siqnal verilərkən uşaqlar məktəbdədirsə, dərhal dərsləri dayandırmaq, uşaqları sığınacağa aparmaq lazımdır, heç bir uşağı evə buraxmaq olmaz. Kənd əhalisi mühafizə olunmaq üçün zirzəmilərdən,döşəməaltı yerlərdən, digər yeraltı qurğulardan istifadə edə bilər, həmçinin təbii daldalanma yerlərindən-dərələrdən, çökəklikdən, xəndəkdən, çuxurdan, çaladan istifadə etmək olar.“Hava həyəcanı” siqnalı havadan bilavasitə zərbə təhlükəsinin sovuşduğunu əhaliyə xəbər verdikdən sonra daldalanacaqları tərk etmək olar. “Radiasiya təhlükəsi” siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci bir saat ərzində gözlənildikdə verilir. Siqnal verilərkən respiratoru,tozdan qoruyan parça maska və ya pambıqlı tənzif sarğını- əgər bunlar yoxsa,digər əlaltı vasitələri taxmaq, əvvəlcədən hazırlanmış ərzaq,su ehtiyatı,dərmanları,ən zəruri şeyləri götürüb sığınacağa və ya radiasiya daldanacağına getmək lazımdır. Belə mühafizə qurğuları olmadıqda radioaktiv zəhərlənmədən qorunmaq üçün daş binalardan, zirzəmilərdən istifadə etmək mümkündür. Əgər yaranmış vəziyyət adamları evdə və ya iş yerində daldalanmağa məcbur edərsə, onda vaxt itirmədən bu binanı kipləşdirməyə başlamaq,qapı və pəncərələri kip bağlamaq, onların qarşısına pərdə çəkmək, bütün deşik-bacaları tutmaq lazımdır.Adamlar zəhərli sahələrdə qalan hallarda və ya zəhərli yerlərdən keçib getmək lazım gələrsə, onlar fərdi aptekçədəki radiasiya əleyhine sistamin qəbul etməlidirlər. Zəhərlənmiş ərazidə mühafizə vasitələrini çıxarmaq, toz qaldırmaq, ağaclara, kollara, otlara toxunmaq, oturmaq, uzanmaq, həmçinin siqaret çəkmək, yemək və içmək olmaz. Radiasiya səviyyəsi 5r/saat olan açıq yerlərdə qida qəbuluna icazə verilir. Lakin radiasiyanın səviyyəsi çox olan yerlərdə yeməyəi ancaq daldalanacaqlarda, kipləşdirilmiş otaqlarda və ya dezakdivasiya olunmuş ərazidə yeməyə icazə verilir. Daldalanacağa daxil olarkən radioaktiv tozu kənar etmək üçün üst paltarın tozunu çırpır və ya şotka ilə təmizləyir, ayaqqabılarını yaş əsgi ilə silir və ya da süpürgə ilə tozunu alırlar. Otağa daxil olarkən üst paltarları və ayaqqabını astanada çıxarır, bədənin açıq yerlərini sabunla təmiz yuyur, ağız nahiyyəsini su ilə yaxalayırlar.Sığınacaq və daldanacaqlardan çıxmağa yalnız MM orqanlarının göstərişi ilə icazə verilir. Daldalanacağı tərk edərkən fərdi mühafizə vasitələrini geyinirlər. “Kimya həyəcanı” siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi yarandıqda,ya da belə zəhərlənmə bilavasitə aşkar edildikdə rabitə və xəbərdarlıq vasitələri ilə verilir.Siqnal verilərkən dərhal əleyhqazı taxmaq,mühafizə paltarlarını geymək (bədənin səthini qoruyan yardımçı vasitələr işlətmək, lazım gələrsə,balonya tipli plaşlar,rezin çəkmələr və rezin əlcəklər geyilsə daha yaxşı olar.) və mühafizə qurğusunda daldalanmaq lazımdır.Kimyəvi zəhərlənmə qorxusu yarandıqda (zəhərli sahələrdə iş gömək və ya belə yerlərdən keçib getmək lazım gələn hallarda) zəhərlənmə əleyhinə antidot dərman (FÜM-lə zəhərlənməyə qarşı dərman) , bakterioloji yoluxma zamanı Aİ-2-də bakteriya əleyhinə dərmanı qəbul etmək lazımdır.Əgər yaxında mühafizə qurğusu yoxdursa,onda havadakı zəhərləyici və bakterial maddə aerozolundan qorunmaq üçün mənzillərdən, istehsalar binalarından və başqa yardımçı binalardan istifadə etmək olar.Əgər adamlar kimyəvi maddələrlə zəhərlənmiş sahələrdədirlərsə,oradan dərhal çıxmağa çalışmalıdırlar.Bu məqsədlə hansı tərəfə getmək lazım gəldiyini MM işçiləri göstərəcəklər,yaxında belə işçilər olmadıqda onda küləyin səmtinə perpendikulyar bir istiqamətdə getmək lazımdır.Kənd yerlərində “Kimya həyəcanı” siqnalı verilərkən heyvanları, ərzaq və yem ehtiyatlarını,habelə su quyularını mühafizə üçün tədbir görülməli,binaların kipliyi bir daha yoxlanmalıdır.