1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Azərbaycan Respublikası üçün səcciyəvi olan fövqaladə hadisələr



Yüklə 335,33 Kb.
səhifə103/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   98   99   100   101   102   103   104   105   106
null

60. Azərbaycan Respublikası üçün səcciyəvi olan fövqaladə hadisələr.

Azərbaycanda müxtəlif mənşəli təbiət hadisələri tez tez müşahidə olunur. Eyni zamanda texnogen mənşəli təhlükəli hadisələrdə müşahidə olunmaqdadır.Təbii fəlakətlər əhalinin normal həyat fəaliyyətinin pozulması və maddi sərvətlərin məhv olması ilə nəticələnən müxtəlif növ təbii hadisələrdir. Bunlar adətən qəflətən baş verir və insan təlafatına səbəb olur həm də ətraf mühitə təsir göstərir. Təbii fəlakətlərə zəlzələ, daşqınlar, sel, torpaq sürüşmələri, meşə yanğınları, vulkan püskürməsi və s. aidedilir.Azərbaycanın ərazisindən 15-dən artıq növdə təhlükəli təbiihadisələr müşahidə edilir. Bunlardan ən dağıdıcı təsirə malik olnları daşqın, zəlzələ, sürüşmə, sel, uçqunlardır. Azərbaycan ərazisində zəlzələ zonaları: Şamaxı, İsmayıllı, Şəki - Balakən, Gəncə (Göy-göl), Naxçıvan. Daşqın zonaları: salyan, neftçala, şirvan, sabirabad. Sel zonaları: balakən, zaqatala, şəki, tovuz. Dolu düşən ərazilər: göyçay, qəbələ, ismayıllı, şamaxı. Güclü külək – abşeron yarımadası, kür-araz ovalığı, qərbi naxçıvan. Tufan- zaqatala, gədəbəy, göygöl. Sürüşmə zonası – badamdart, bayıl, zığ, masazır, abşeron, quba, xaçmaz, lerik.Daşqın–təbiət qüvvələrinin təsiri nəticəsində quru ərazinin xeyli hissəsinin müvəqqəti olaraq sualtında qalmasıdır. Daşqınlar üç qrupa bölünür. Birinci qrupa –güclü yağışlardan, yaxud qarların (buzların) sürətlə ərimə­sindən sonra başverən daş­qınlar aid edilir. Ikinci qrup daşqınlar dənizdən sahilə tərəf əsən küləyin təsirindən başverir. Üçüncü qrup daşqınlara səbəb suyun altında baş verən zəlzələlərdir ki bu da sunami adlanır.Sel –adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də qarın sürətlə ərinməsi nəticəsində dağ yamac­larından axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi dağıdır, əkin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd təsərrüfatı tikililərini məhv edir.
Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin