1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


)Respublikamızın ərazisində mövcud olan GTZM və GTZM-dən mühafizənin təşkili, zədələnmə zamanı ilk tibbi yardım



Yüklə 335,33 Kb.
səhifə49/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   45   46   47   48   49   50   51   52   ...   106
null

27)Respublikamızın ərazisində mövcud olan GTZM və GTZM-dən mühafizənin təşkili, zədələnmə zamanı ilk tibbi yardım.

GTZM- güclü təsirli zəhərləyici maddələrdir. Respublikamızda dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə hər gün istehsal məqsədi ilə xeyli miqdar bu cürtəhlükəli kimyəvi maddələr daşınır. Respublikamızda istifadə olunan 20-dən artıq belə maddələrdən ən genişişlədilənləri xlor, amonyak, sianid turşusu, benzol və s.adlı maddələrdir. Ammonyak. Ammonyak boğucu, kəskin naşatır iyli rəngsiz qazdır, dadı çox acıdır, havadan yüngüldür. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı) gözlərdə ağrıya və güclü yaşarmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş gicəllənməsinə, mədə ağrılarına və qusmaya səbəb olur. Nəbzin pozulması, ürək döyünmə, tənəffüsün çətinləşməsinə səbəb olur. Maye amonyak dəriyə düşdükdə ağır dərəcəli yanıq törədir. Amonyak havadan yüngül olduğuna görə binalarınyuxarı mərtəbələrinə, hündür yerlərə toplanır. Ondan qorunmaq üçün zirzəmilər, binaların aşağı mərtəbələrində daldalanmaq olar.Mühafizə üçün sənaye əleyhqazlarından istifadə olunur.



İlk tibbi yardım:Amonyakbuxarları ilə zəhərlənmiş adama əleyhqaz qeydirib, zəhərlənmə zonasından çıxarmaq, əsasən təmiz havaya çıxarılmalı, tam sakitliyini təmin etməli, gözlərini və dəri örtüyünü açıq yerlərini təmiz su ilə yumaq, soda qatılmış su içirtmək məsləhətdir. Tənəffüs prosesi pozulduqda və dayandıqda süni tənəffüsvermək, gözləri zədələndikdə zeytun yağı damızdırmaq lazımdır.

Xlor kəskin boğucu iyli yaşımtıl – sarı rəngli mayedir. Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir, döş qəfəsindəkəskin ağrı, quru öskürək, qusma, baş gicəllənməsi, tənginəfəslik, gözlərdən yaş axma, çoxlu bəlğəm ifrazına səbəb olur. Yüksək konsentrasiyası ölümə səbəb ola bilər. Yüksək qatılıqda dəri səthinə düşdükdə qızartı və şiş əmələ gətirir.İlk tibbi yardım: tənəffüs orqanlarını və gözləri qorumaq üçün sənaye əleyhqazlarından istifadə olunur. Xlorla zəhərlənmiş adamı təmiz havaya çıxarmaq, onun tam sakitliyini təmin etməli. Zəhərlənmə zamanı burunu və ağızı 2%-li soda məhlulu ilə yumaq, soda qatılmış isti süd içirtmək, lazımdır.Gözlərinqıcıqlanması zamanı çoxlu su və soda məhlulu ilə yumaq lazımdır.

Xlorla zəhərlənmiş adamın kəskin hərəkət etməsi onun halını daha da ağırlaşdıra bilər. Odur ki, belə xəstələr tibb məntəqəsinə adətən nəqliyyat vasitələrində aparılır.Zərərləşdirici kimi qələvi məhlullardan istifadə olunur.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin