Ərzaq və paltarla təchizat xidməti – rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır. Bu xidmət – anbarlarda iaşə və ticarət müəssisələrində saxlanılan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur. Köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını sahmanasalır, onlrı ən lazımi şeylərlə təchiz edir.
Heyvanları və bitkiləri mühafizə xidməti – heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir.