44) MM xidmətləri, onların yaradılması və vəzifələri.
MM-nin üzərinə düşən vəzifələri tam və ardıcıl surətdə yerinə yetirilməsində xidmətlərin rolu böyükdür. MM-də aşağıdakı xidmətlər var:Tibb xidməti, rabitə və xəbərdarlıq xidməti, avtomobil nəqliyyatı, kimya və radiasiyadan mühafizə xidməti, ictimai asayışi mühafizə xidməti, yanğından mühafizə xidməti, ərzaq və paltarla təchizat xidməti, heyvanları və bitkiləri mühafizə xidməti və s.
Tibb xidməti – tibb müəssisələrinin bazası əsasında yaradılır. (xidmətin rəisi rayonun baş həkimidir) Xidmət – müalicə, profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərini həyata keçirir, zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.
Dostları ilə paylaş: |