1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


) RƏD və sadə daldalanacaqlar



Yüklə 335,33 Kb.
səhifə83/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   79   80   81   82   83   84   85   86   ...   106
null

46) RƏD və sadə daldalanacaqlar.

Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğu­larından istifadə olunmasıdır. Mühafizə qurğularına kollektiv mühafizə vasitələri də deyilir. Bunlar bir qrup adamın birgə kollektiv halında mühafizəsi üçündür. Mühafizə qurğuları mühafizə xassələrinə görə- sığınacaqlar; radiasiya əleyhinə daladanacaqları; ən sadə daldanacaqlar olaraq qruplaşdırılır.Radiasiya Əleyhinə Daldanacaqlar (RƏD) - Ərazidə radioktiv zəhərlənmə zamanı ionlaşdırıcı şüalanmasından, zərbə dalğasından, işıq şüalanmasından mühafizə edir. Lakin əhalini hava ilə keçən maddələrdən zəhərlərdən, mikroblardan, toksinlərdən əsaslı mühafizə edə bilmir. Odur ki, daldanacaqlarda özünü mühafizə edən şəxslər əleyhqazdan istifadə etməlidir.Belə daldanacaq bina və qurğuların zirzəmilərində düzəldilir. Bir sıra hallarda binalardan kənarda RƏD tikmək mümkündür. Radiasiya daldanacaqlarının daxili avadanlığı sığınacağın adamları yerləşən otağında olduğu kimidir. Hər bir daldanacaq adətən adamlar oturan əsas otaqlardan, dəhlizdən, giriş yerlərindən ibarət olur. Əsas otaqda havanın dəyişdirilməsi üçün süzgəcli-sorucu tərtibat düzəldilir.Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirilir.Bunların sayını elə götürürlər ki,hər adam 7-8 saat uzanıb dincələ bilsin.



Sadə daldanacaqlar - Adamların işıq şüalanmasından mühafizəsini təmin edir. Həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunları quru yerlerde bağlarda bostanlarda parklarda düzəltmək olar. Su basa biləcək habelə partlayış təhlükəsi olan qurğuların və maye yanacaq çənlərin yaxınlığında dalğalanacaq düzəltmək olmaz. Sadə daldalanacaqlara aiddir: xəndəklər, qazmalar, lağmlar və s.

Xəndəklərdə 20 nəfər adam yerləşdirilir. Hər adama 60 sm sahə ayrılır. Ümumi tutumu isə 60m-dən çox olmamalıdır. Xəndəklər qapı ilə bağlanan girişi olur. Bunlar pis havadan, zərbə dalğasının təsirindən qoruyur. Qapı hip bağlanmalıdır.

Qazmalar hava basqını zamanı daldalanması üçün evsiz qalmış camaatın müvəqqəti yaşaması üçün nəzərdə tutulur. Burada isitmə sistemi olur. Oturma və uzanmaq üçün yerlər düzəldilir. Qazmada ən çox 30-40 nəfər yerləşdirilir. Eni 1m 8sm, uzunluğu isə 2m-ə yaxın düzbucaqlı formada tikilir.

Lağım isə torpağın üst səthinə toxunmadan dağın dərənin yarğanın ətəyində qazılmış tunel tipli daldanacaqdir. 2giris və çıxış yolu olan bir neçə düz xətli sahələrdən ibarətdir. Hündürlüyü 2m olmalıdır. Eni isə metr yarım olmalıdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin