Dünyanın bir çox inkşaf etmiş ölkələrində kimyəvi kütləvi qırğın silahları mövcuddur. Bunların əsasını zəhərləyici maddələr təşkil edir. ZM insanların döyüş və əmək qabiliyyətini zəiflədir. Heyvanların zədələnməsinə və bitkilərin məhvinə səbəb olur. ZM lər insana göstərdiyi zəhərləyici təsirinə görə qruplara ayrılır: siniriflicedici, dəridə yara əmələ gətirən, boğucu təsirli, gözyaşardıcı, qıcıqlandırıcı, psixokimyəvi və ümumzəhələyici təsirli ZM.
Qıcıqlandırıcı ZMSi-Es və adamsit aid edilir. Bu qrupa yuxarı tənəffüs yollarının həssas sinir uclarını qıcıqlandıraraq asqırmaya, öskürməyə və qusmaya səbəb olan kimyəvi maddələr aiddir. Bu ZM –lərlə zəhərlənmədə asqırma, burunda və burun – udlaqda göynəmə olur. Döş sümüyünün arxasında və başda ağrı olur.
Adamsit yaşılımtıl rəngli bərk maddədir. Yavaş buxarlanması və pis həll olmasına görə torpağı uzun müddət zəhərləyə bilər.
Si-Es suda pis həll olan rəngsiz maddədir. Aerozol şəklində tətbiq olunur. Si-Es maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qıcıqlandırıcı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən çoxlu yaş axmasına, tənəffüsün çətinləşməsinə səbəb olur. Bunlardan başqa dəriyə gicitkən kimi qaşındırıcı təsir göstərir. Gözyaşardıcı və ya lakrimator(yunanca lakrime-göz yaşı) zəhərləyici maddələr gözlərin həssas sinir uclarını, burunun selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir.
Xlorasetofenonbənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət 20C-də buxarlanır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır.