2.Multikulturalizmə giriş fənninin funksiyaları
Yeni tədris fənnini öyrənməyə başlayarkən qarşıya çıxan əsas məsələlərdən biri fənnin əhəmiyyətinin müəyyən edilməsidir. İnformasiya bolluğu şəraitində çoxlu sayda təklif olunan fənlər arasında düzgün seçimin edilməsi, daha vacib olan fənlərin öyrənilməsi praktiki cəhətdən önəmlidir. Fənnin əhəmiyyətini müəyyən etməklə onun öyrənilməsinin nə dərəcədə vacib olduğunu göstərmək olar. Hər bir fənnin, elmin əhəmiyyəti onun funksiyalarından irəli gəlir. Bunu nəzərə alaraq ”Multikulturalizmə giriş” fənninin əhəmiyyətini onun funksiyalarını göstərməklə müəyyən edək. ”Multikulturalizmə giriş” fənninin beş əsas funksiyası vardır: nəzəriidraki, praktiki, siyasi-ideoloji, proqnozlaşdırıcı və mənəvi-tərbiyəvi.
Dostları ilə paylaş: |