Praktiki funksiya. “Multikulturalizmə giriş” fənninin nəzəri-idraki funksiyasının nəticəsindəəldə olunan yeni biliklər, nəzəri müddəalar cəmiyyətdəki etnik, irqi, dini vəmədəni müxtəlifliklərin düzgün idarə olunması, tənzimlənməsi işində istifadəolunur. Daha konkret desək, ”Multikulturalizmə giriş” fənni cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik,dini və mədəni dəyərlərin qorunmasının yollarına dair praktiki əhəmiyyət kəsb edən tövsiyələr verir.
Siyasi-ideoloji funksiya.Birinci yarımfəsildə qeyd olunduğu kimi, sözün dar mənasında multikulturalizm termini cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəliflikləri tənzimləmək məqsədilə multikulturalizmi siyasət modeli kimi istifadə edən dövlətlər ona ideologiyanın tərkib hissəsi kimi yanaşırlar. Məsələn, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kmi istifadə edən dövlətlərdən biridir.