29. Küləkləmə qurğusu (şəkil 3.20) neft çəninin ən yuxarı nöqtəsində qoyulur və çənin qaz fazasını atmosferlə əlaqələndirmək üçündür. Kənar elementlərin və qığılcımın çənə düşməsinin qarşısını almaq məqsədilə, küləkləmə qurğusunun en kəsiyi mis torla örtülür. Həmin qurğunun diametri qəbul – təhvil borusunun diametrinə bərabər götürülür. Bu halda çəndə nəfəsalma armaturunun qoyulmasına ehtiyac qalmır.
Şəkil 3.20 Küləkləmə qurğusu
1 – gövdə; 2 – qapaq; 3 – mis toz;
30. Neft çənlərinin çöküntülərdən təmizlənməsi Neft çənlərinin istismarı və təmiri zamanı əmələ gələn çöküntüləri təmizləmək ( yumaq ) lazım gəlir. Çöküntülərdən təmizlənmək üçün çən 24 saat ərzində giriş və işıq qapaqları açıq olmaq şərtilə buxarla işlənilir. Sonra isə çən küləkləndirilir, soyudulur və su ilə yuyulur. Yuma zamanı temperatur 600 S – dən, təzyiq isə 0,3Mpa – dan artığı olmamalıdır. Çənin daxili divarlarındakı çöküntülər fasiləsiz olaraq yuyulmalıdır. Əgər çəni təmizləmək üçün buxar mənbəyi yoxdursa, onda çəni su ilə yam doldurmaq lazımdır. Təmizləmə zamanı istifadə olunan tərtibat və qurğular qığılcım yaratmayan materiallardan hazırlanmalıdır.
Əgər çənin içərisndə işçilər işləyəcəksə, onda çənin içərisindəki zərərli buxar və qazların miqdarı sanitar normasından artıq olmamalıdır. Neft çəninin təmizlənməsi, öyrədilmiş və tibbi komissiya tərəfindən yoxlanılmış xüsusi işçi briqada tərəfindən aparılır və məsul şəxs tərəfindən nəzarət edilir. Çənin təmizlənməsi işinə baş mühəndis ( direktor ), təhlekəsizlik texnikası üzrə mühəndis ( əməyin mühafizəsi üzrə təlimatı ) və yanğından mühafizə işçisi tərəfindən nəzarət olunur. Çənin təmizlənməsi ilə daima məşğul olan işçilər müntəzəm olaraq tibbi müayinədən keçməlidir.
Təmizlənməmiş və küləklənməmiş neft çəninin içərisində işçi şlanqlı əleyhiqazla və xüsusi geyimdə işlənməlidir. Bu zaman azı iki nəfər xüsusi geyimdə növbədə olmalı və şlanqın vəziyyətinə nəzarət etməlidirlər, lakin kömək etməlidirlər. İşçi hər 15 dəqiqədən bir təmiz havada olmalıdır. Çənin içərisində təhlükəsiz fənərdən istifadə olunmalıdır.
Çəndə odlu ( qaynaq ) işlərlə təmirə yanğına qarşı qaydalar üzrə bütün tədbirlər yerinə yetirildikdən sonra baş mühəndisin ( direktorun ) razılığı ilə başlamaq olar.
Dəmiryolu sisternlərini və neft çənlərini təmizləyərkən, baxış keçərkən işçilər ZKO – 1 və ya KZ – 1 tipli mühafizə geyimlərindən (şəkil 3.23, şəkil3.24) istifadə edilir. Həmin geyimlər insanın dərisi və nəfəs yolların zərərli və zəhərli maddələrdən qorumaq üçündür.
Neft çənlərində çöküntüləri təmizləmək üçün qurğu çəninin içərisində yerləşdirilir. Sxem üzrə ucluqlar çənin dibində elə yerləşirlər ki, onlar çənin dibinin bütün sahəsini əhatə etsin. Ucluqların tutulmasının qarşısını almaq üçün sistemdə süzgəc, nefti qızdırmaq üçün isə qızdırıcı qoyulmuşdur. Çöküntülər əmələ gəldikcə təmizləyici qurğu vaxtaşırı işə buraxılır.
Nefti çənlərində toplanmış çöküntüləri təmizləmək üçün mexanikiləşdirilmiş MM – 4 tipli yuyucu maşın geniş yayılmışdır ( şəkil 3.26). Həmin maşında yuyucu başlıq ucluqla birlikdə təzyiq altında vurulan yuyucu məhlulun təsiri ilə fırlanır.
Yuyucu məhlul nasosla eyni zamanda yuyucu maşına 10 və 0.8-1, 2 MPa(8-12 kqs/sm2) təzyiq altında su ejektoruna 7 vurulur.Yuyucu maşın 10 fırlanaraq çəndəki çöküntüləri və çənin divarını yuyur. Yuyucu mayenin (ML) və qurğunun xarakteristikaları cədvəl (3.7 və 3.8) verilmişdir.