burada, Gh, Gpr, Gsb-müvafiq olaraq döşəmənin uzununa daşıyıcı elementlərinin və eninə əlaqələndiricilərin kütlələri;
Fş-planda lövhənin sahəsi.
Lövhənin vahid sahəsinə düşən yüklərin cəmi
,
Burada, qsb, qsn, qvak, qəlavə- müvafiq olaraq, örtüyün çəkisindən, qardan, vakuumdan və istilik qoruyucudan əmələ gələn yüklərdir.
Bütün yüklər artıq yüklənmə əmsalları ilə götürülür. Çənin divarına dirənən lövhənin kənarına düşən yükün ordinatının qiyməti aşağıdakı düstur ilə təyin edilir:
Burada, r-çənin radiusu: n-örtüyün lövhələrinin sayı.
Örtüyün lövhəsi P yükü ilə yüklənmiş sadə biraşırımlı tir kimi hesablanırşBu halda əyici moment bərabər olur:
Əyici momentin maksimal qiyməti x=0.577 l olduqda alınır və Mmax=0.064 l2 Maksimal əyinti (x=0.5119 olduqda) aşağıdakı düstur ilə təyin edilir.
burada, J-uzununa daşıyıcı elementin ətalət momenti.
Yolveriləbiləndən artıq əyilmə zamanı çənin qapağında su toplanır, örtüyü korroziya edir və onun quraşdırılmasını çətinləşdirir.
33. Dəmirbeton neft çənlərinin konstruktiv xüsusiyyətləri Neft və neft məhsullarının saxlanılmasında şaquli polad çənlərlə yanaşı dəmirbeton çənlər də geniş yayılmışdır. Dəmirbeton çənləri polad çənlərə nisbətən aşağıdakı üstünlüklərə malikdirlər:
-korroziyaya davamli olduğu üçün uzunmüddətli işləmə qabiliyyətinə malikdir;
-neftin buxarlanma itkiləri, çənlərarası məsafə, çənlər parkının sahəsi və texnoloji kommunikasiyaların uzunluğu azdır;
-Çənlərin tikilməsində poladın sərfi azdır. Məsələn, həcmi 10000-30000 m3 olan dəmirbeton çənləri üçün poladın sərfi 5-6 kq/m3 təşkil edir. Çənlərin tikilməsinə defisit olmayan yerli tikinti materialları sərf olunur.
Dəmirbeton çənləri formalarına görə silindrik və düzbucaqlı olurlar. Silindrik dəmirbeton çənləri düzbucaqlıya nisbətən bir sıra ciddi üstünlüklərə malikdirlər. Silindrik çənlərdə əvvəlcədən gərginlikli gövdənin yaradılması, onların möhkəmliyini və etibarlılığını xeyli artırır.
Dəmirbeton çənləri yer səthinə nisbətən yerüstü, yarımyeraltı və yeraltı olurlar. Yeraltı çənlərin örtüyü yer səthindən adətən 30-60 sm aşağıda olur. Yarımyeraltı çənlərin gövdəsinin yarıya qədəri yer səthindən yuxarıda olur. Yerüstü çənlər isə bütövlükdə yer səthindən yuxarıda olur. Hazırda yanğın təhlükəsizliyinə və temperatur rejiminin sabitliyinə görə yeraltı dəmirbeton çənləri daha geniş tətbiq olunur(şəkil 3.27)
Şəkil3.27. Silindrik dəmir beton neft çəni
1 – sütunlar; 2 – baxış qapağı; 3 – sorma borusu üçün deşik; 4 – boşaldıcı qapaq.
Düzbucaqlı və silindrik dəmirbeton neft çənlərinin tikinti parametrləri cədvəl 3.9-da göstərilmişdir
Hazırda həcmi 50, 100, 250, 1000 və 2000 m3 olan düzbucaqlı dəmirbeton çənləri tünd neft məhsullarını, qalanları isə suyu saxlamaq üçün istifadə olunur.
Həcmi 1000, 3000, 5000, 10000, 20000, 30000 və 40000 m3 olan silindrik dəmirbeton çənləri nefti saxlamaq üçün həcmi 1000, 3000, 50000, 10000 və 20000 m3 olan çənlər isə neft məhsullarını (mazutu) saxlamaq üçün istifadə olunur.
Silindrik dəmirbeton neft çənləri konstruktiv xüsusiyyətlərinə görə iki qrupa ayrılır:
-gövdəsi, monolot dibi və yığma örtüyü birlikdə əvvəlcədən gərginlikli çənlər,
-ancaq gövdəsi əvvəlcədən gərginlikli çənlər.
Hər iki qrup dəmirbeton çənlər monolit dibdən, yığma silindrik gövdədən və yığma örtükdən ibarətdir. Hər iki qrup çənlər arasında bəzi konstruktiv fərqlər vardır.
Çənin monolit dəmirbeton dibi əsasən qalınlığı 100 mm olan betondan, qalınlığı 50 mm olan quru qum qatından, birtutumlu perqament qatlarından ibarət maye buraxmayan qatdan və monolit dəmirbeton örtükdən ibarətdir. Çənin dibinin kənarlarının gövdənin divarları ilə birləşən hissəsinin qalınlığı 600 mm-ə qədər artırılır. Çənin örtüyü ayrı-ayrı tirlər üzərinə qoyulmuş lövhələrdən ibarətdir. Onlar trapes formasında olub ölçüləri 3000x2120x5900 mm, qalınlıqları isə 120 mm-dir. Örtüyün ortasında diametri 6700 mm olan dairəvi lövhə 4 ədəd mərkəzi sütunlar üzərinə oturdular. Sonra isə onların üzərində armatur yerləşdirilir və beton tökülür. Növbəti sütunlar üzərinə tirlər qoyulur, onların üzərinə isə lövhələrin bir tərəfi, digər tərəfi isə mərkəzi lövhənin üzərinə bərkidilir. Tirlərin uzunluqları 6 m-dir. Tirlər sütunlara qaynaqla birləşdirilir. Örtüyün lövhələrinin üzəri bütöv sintetik polimer materialla xalça kimi örtülür ki, bu da onun hermetikliyini təmin edir.
Dəmirbeton çənlərin gövdəsinin divarı(şəkil 3.28) əsasən həlqəvi armaturlarla 3 sıxılaraq əvvəlcədən gərginlik yaradılan armaturlu 2 beton özəkdən 1, armaturu 3 korroziyadan qorumaq üçün xarici beton örtükdən 4 və neft sızmasının qarşısını almaq üçün daxili mühafizə ekranından 5 ibarətdir.