İnkişafetdirici tələblər:
-şagirdlərdə müsbət təlim-tərbiyə motivlərini, maraqlarını, yaradıcı təşəbbüskarlığı və fəallığı formalaşdırıb inkişaf etdirmək;
-şagirdlərin inkişaf səviyyəsini və psixoloji xüsusiyyətlərini öyrənib nəzərə almaq, onların (yaxın inkişaf zonasının) layihələşdirmək;
-tədris məşğələlərini “qabaqlama” səviyyəsində keçmək, inkişafda yeni keyfiyyət dəyişmələrinin başlanmasını stimullaşdırmaq,
-şagirdlərin intellektual-emosional, sosial inkişafında “sıçrayışları” proqnozlaşdırmaq və baş verəcək dəyişmələri nəzərə almaqla tədris məşğələlərini operativ surətdə yenidən qurmaq.
Əsas didaktik məqsədinə görə riyaziyyat dərslərinin aşağıdakı növləri vardır:
1) Yeni materialla tanışlıq dərsi;
2)Öyrənilənlərin möhkəmləndirilməsi dərsi;
3) Bilik, bacarıq və vərdişlərin yoxlanılması dərsi;
4)Öyrənilən materialın sistemləşdirilməsi və ümumiləşdirilməsi dərsi.
Dostları ilə paylaş: |