1. Statistika



Yüklə 325,92 Kb.
səhifə2/6
tarix07.01.2024
ölçüsü325,92 Kb.
#202917
1   2   3   4   5   6
Statistika (Mühazirələr)

Hesabat müşahidəsi;- burada ayrı ayrı müəsissə, idarə və təşkilatların verdikləri hesabat məlumatları mühim rol oynayır.Bu müşahidə əsasında ölkənin iqtisadi vəziyyəti haqqında
müntəzəm və geniş proqram əsasında ətraflı ,düzgün məlumat almaq mümkündür.Hesabat – dövlət tapşırıqlarını tərtib etmək və onları həyata keçirmək ,ayrı ayrı hadisələrin iqtisadi- statistik təhlilini aparmaq üçün lazım olan ən dəqiq məlumat mənbəyidir.
Xüsusi təyin edilmiş müşahidə -özünün təşkil xarekterinə görə hesabatlardan əhəmiyyətli dərəcədə fərqlənir.Məs,mal-qaranın ,əhalinin ,bağların ,üzümlüklərin,məktəblərin vəs. siyahıya alınması.Azərbaycan müstəqillik əldə etdikdən sonra 1999 və 2009- cu ildə əhalinin siyahıya alınması həyata keçirilmişdir. Əhalinin siyahıya alınması onun yaş tərkibi ,cinsi,təhsil dərəcəsi ailə tərkibi və.s kimi bir çox əlamətlər haqqında dəqiq, dolğun məllumat əldə etməyə imkan verir.
Statistik müşahidə statistikanın mühüm metodlarından biridir. İctimai hadisələrin kəmiyyət tərəfini öyrənmək üçün hər şeydən əvvəl, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistik məlumat əldə etmək lazımdır. Ona görə də statistik tədqiqatın birinci mərhələsi statistik müşahidədəir. İctimai hadisələr haqqında kütləvi məlumatların toplanması prosesinə statistik müşahidə deyilir. Tədqiqatın bu mərhələsində buraxılan hər hansı bir səhv sonrakı tədqiqat mərhələlərində mütləq özünü göstərməlidir. Ona görə də hər bir tədqiqatın nəticəsi toplanılan məlumatın düzgünlüyündən, dəqiq-liyindən və vaxtında uçota alınmasından çox asılıdır. Bütün bunları nəzərə alaraq, statistik müşahidə planlı surətdə, müntəzəm və elmi əsasda aparılmalıdır. Statistik müşahidənin başlıca vəzifəsi ölkəmizin iqtisadi və mədəni inkişafını, xalqımızın həyat səviyyəsinin durmadan artmasını xarakterizə etmək üçün lazım olan statistik məlumatları toplamaqdan ibarətdir.
Statistik müşahidənin təşkilinin əsas formaları hesabat və xüsusi təşkil edilmiş statistik müşahidədən ibarətdir.
Hesabat müşahidənin elə təşkil olunmuş formasıdır ki, burada ayrı-ayrı mü əssisə, idarə və təşkilatların verdikləri hesabat məlumatları mühüm rol oynayır. Hesabat vasitəsilə ölkənin iqtisadi vəziyyəti haqqında müntəzəm və geniş proqram üzrə ətraflı və düzgün məlumat almaq mümkündür. Hesabat iqtisadiyyata operativ rəhbərliyi təmin etmək, iqtisadiyyatın inkişafına dair dövlət tapşırıqlarını (sifarişlərini) tərtib etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, ayrı-ayrı hadisələrin iqtisadi-statistik təhlilini aparmaq üçün lazım olan ən dəqiq və dolğun məlumat mənbəyidir. Statistik
müşahidənin təşkilinin ikinci forması xüsusi təşkil edilmiş müşahidələrdir. Hesabat vasitəsilə toplana bilməyən, lakin mühüm əhəmiyyətə malik olan bir çox ictimai hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistik müşahidə vasitəsilə əldə edilir. Məsələn, əhalinin tərkibi (cinsi, yaşı, ictimai mənşəyi və s.) haqqında məlumatı hesabat vasitəsilə almaq qeyrimümkündür. Bu cür məlumat angaq xüsusi təşkil edilmiş uçot və siyahıyaalmalar vasitəsilə əldə edilə bilər. Müşahidənin bu növünə respublikamızda
2009-cu il yanvarın… üçün əhalinin siyahıyaalınmasını, 2005-ci ilin iyununda keçirilən
kənd təsərrüfatının siyahıyaalınmasını misal göstərmək olar. Beləliklə, xüsusi təşkil
edilmiş statistik müşahidələrin məlumatları da hesabat məlumatı kimi mühüm yer tutur.

Statistik müşahidə təşkil olunma forması ilə bərabər başqa əlamətə görə də fərqlənir. Belə əlamətə misal olaraq hadisələrin qeydə alınmasının dövriliyini göstərmək olar.


Müşahidə dövriliyə görə iki yerə bölünür: 1) cari (fasiləsiz); 2) fasiləli. Cari müşahidəyə misal olaraq doğum, ölüm, kəbin və boşanma hallarının qeydə alınmasını, məhsul buraxılışının uçota alınmasını və s. göstərmək olar. Fasiləli müşahidə isə vaxtaşırı, ya da ehtiyacdan asılı olaraq aparılır.
Statistik müşahidənin bu və ya digər növünün təcrübədə tətbiqi məsələsi, öyrənilən ictimai hadisənin xüsusiyyətindən, müvafiq məlumata olan ehtiyacdan asılı olaraq həll edilir. İctimai həyatda baş verən hadisə və proseslərin əksəriyyəti cari müşahidənin aparılmasını tələb edir. Bununla bərabər, bir sıra hadisələr üzrə cari uçot aparmaq xeyli vaxt tələb etdiyi üçün əlverişli deyildir. Digər tərəfdən bəzi ictimai hadisələr haqda cari uçotun təşkilinə ehtiyac yoxdur. Məsələn, əhalinin sinfi, milli, yaş tərkibi və s. əlamətlər üzrə cari uçotun təşkilinə ehtiyac yoxdur. Bu kimi ictimai hadisələr üzrə dövri və birdəfəlik müşahidə aparmaq məqsədəuyğundur. Statistik müşahidə öyrənilən hadisənin vahidlərinin əhatə olunmasına görə də təsnifləşdirilir. Vahidlərin əhatə olunmasına görə statistik müşahidə iki yerə bölünür: 1) Başadan-başa müşahidə; 2) Başdan-başa olmayan müşahidə. Öyrənilən obyektin bütün vahidləri uçota alınarsa, buna başdan-başa (ümumi) myşahidə deyilir. Başdan-başa müşahidəyə misal olaraq bütün mü əssisələrdə məhsul istehsalı, işçilərin sayı, əhalinin və mal-qaranın uçota
alınmasını göstərmək olar. Obyektin vahidlərinin bir hissəsi uçota alınarsa, buna başdan- başa olmayan (qeyri-ümumi) müşahidə deyilir. Başdan-başa olmayan (qeyri-ümumi)
müşahidənin aşağıdakı növlə ə müşahidə əsas kütlənin müşahidə monoqrafiya müşahidə ə əsi.

Statistik məlumatları müxtəlif üsullarla toplamaq olar. Ən mühüm üsullardan aşağıdakıları göstərmək olar: btlavasitə müşahidə, sənəd üsulu və sorğu üsulu. Bilavasitə müşahidə üsulunda statistika sənədləri statistika orqanlarının və yaxud digər təşkilatların nümayəndəlri tərəfindən ictimai hadisəni şəxsən sayması, ölçməsi və çəkməsi əsasında doldurulur. Bilavasitə müşahidə üsuluna misal olaraq əhalinin şəxsi təsərrüfatında olan mal-qaranın siyahıyaalınmasından sonra aparılan nəzarət gəzintisini, bağların və giləmeyvə kollarının, vaqonların siyahıyaalınmasını göstərmək olar. Bu


müşahidə üsulu yaxşı təşkil edilərsə, toplanılan statistik məlumatın düzgün olmasını təmin etmək olar. Çünki müşahidənin bu üsulunda təlimatlandırılmış, hazırlıqlı kadrlar iştirak edirlər. Sənədli müşahidə üsulunda məlumatlar müxtəlif sənədlər əsasında toplanılır. Ayrı-ayrı mü əssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtibi başlıca olaraq sənəd üsuluna əsaslanır. Statistik hesabatlar, adətn, ilk uçot sənədələri əsasında tərtib edilirlər. Statistik məlumatların qeydə alınması üsullarından biri də sorğu üsuludur. Sorğu üsulunun üç növü vardır: şifahi sorğu, özünüqeydəalma və müxbir üsulu.
Şifahi sorğu üsuluna ekspedisiya üsulu da deyilir. Bu üsulla daha çox məlumat əldə etmək mümkündür, çünki məlumatın qeydə alınmasını xüsusi təlimat keçmiş hazırlıqlı kadrlar həyata keçirirlər. Əhalinin siyahıyaalınması əsasən şifahi sorğu üsulu əsasında aparılır. Özünüqeydəalma üsulunda statistika sənədləri soruşulan şəxslərin özləri tərəfindən doldurulur. Statistika orqanlarının nümayəndələri müvafiq sənədləri soruşulan şəxslərə əvvəlcədən paylayır, onlara sənədlərdəki suallara necə cavab yazmağı izah edir və mü əyyən vaxtdan sonra həmin sənədləri toplayır. Müxbir üsulunda sual vərəqələri yerlərdə olan könüllü müxbirlərə göndərilir. Müxbirlər vərəqələrdə qoyulmuş suallara cavab yazaraq statistka orqanlarına, yaxud həmin vərəqəni göndərən təşkilata qaytarırlar. Müəssisələrdə baş verən hadisə və proseslərin xüsusi sənədlərdə qeyd olunmasına ilk uçot deyilir. Belə sənədlər ilk uçot sənədləri adlanır. İlk uçot məlumatı
mü əssisələrin fəaliyyətinə gündəlik rəhbərliyi həyata keçirmək üçün lazımdır. İlk uçot mü əssisə, idarə və təşkilatların cari və illik hesabatlarını tərtib etmək üçün əsasdır.
Ümumiyyətlə, mü əssisələrdə statistika və mühasibat uçotu ilk uçot əsasında aparılır. Hesabatlar dövrün əhatə olunması və məlumatın verilmə müddətinə görə cari və illik hesabata bölünürlər. Gündəlik, həftəlik, aylıq, rüblük hesabatlara cari hesabatlar deyilir. İl üçün verilən hesabata illik hesabat deyilir. Ən dolğun, geniş məlumat illik hesabatda verilir.
Hesabatın qoyuluşuna bilavasitə rəhbərliyi DSK və onun yerli orqanları həyata keçirir .
XÜSUSİ TƏŞKİL EDİLİMŞ STATİSTİK MÜŞAHİDƏ

Mühüm məlumat mənbəyinin biri də xüsusi təşkil edilmiş statistik müşahidədir. Xüsusi statistika müşahidəsi özünün təşkili xarakterinə görə hesabatlardan əhəmiyyətli dərəcədə fərqlənir. Xüsusi təşkil edilmiş müşahidəyə misal olaraq mal-qaranın, əhalinin, bağların, üzümlüklərin, məktəblərin və s. siyahıya alınmasını göstərmək olar. Əhalinin siyahıya alınması xüsusi statistik müşahidənin ən qədim növüdür. SSRİ-də əhalinin siyahıyaalınması 1920, 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılmışdır.


Azərbaycan müstəqillik əldə etdikdən sonra isə 1999-cu və 2009-cu illərdə siyahıyaalma həyata keçirilmişdir. Əhalinin siyahıya alınması əhalini sayı, onun yerləşməsi, cinsi, yaşı, milli tərkibi, təhsil dərəcəsi, ailə tərkibi, məşğuliyyəti, ictimai qrupları və digər əlamətləri haqqında dolğun, dəqiq məlumat əldə etməyə imkan verir.

YEKUNLAŞDIRMA HAQQINDA ANLAYIŞ


Statistika müşahidəsi nəticəsində müşahidə edilən obyektin (hadisə və proseslərin) hər bir vahidini müxtəlif əlamətlər üzrə xarakterizə edən məlumat toplanır. Məsələn, əhalinin siyahıyaalınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqqında bir sıra əlamətlər üzrə (cinsi, yaşı, milliyyəti, təhsili, ana dili və s. haqqında) məlumat toplanır. Bu məlumatlar ilkin materialdır və onlar rus statistiki A.A.Kaufmanın ifadəsi ilə desək, statistik bina tikmək üçün lazım olan daş, kərpic, truba, qum və s. rolunu oynayır.


Adətən, ayrı-ayrı vahidlər haqqında toplanmış məlumat, daha böyük məqsədə nail
olmaq üçün - müşahidə edilən obyekti xarakterizə etmək üçün vasitə rolunu oynayır. Toplanmış bu məlumatı ayrıayrılıqda nəzərdən keçirməklə, müşahidə edilən obyekti xarakterizə etmək, hadisənin inkişaf qanunauyğunluğunu dərk etmək olmaz. Bunun üçün həmin məlumatı yekunlaşdırmaq, sistemləşdirmək, başqa sözlə desək,
ümumiləşdirmək lazımdır. Məsələn, əhali haqqında toplanmış məlumat işlənməzsə,
ümumiləşdirilməzsə onun sayında və tərkibində baş vermiş dəyişikliklər haqqında heç bir nəticə çıxarmaq olmaz. Ölkənin əhalisini bu məlumat əsasında xarakterizə etmək üçün həmin məlumatı sistemləşdirmək və əhalinin sayını bir sıra əlamətlər üzrə
müəyyənləşdirmək, yəni yekun məlumat əldə etmək lazımdır.

Ölkə əhalisinin sayını, şəhər və kənd əhalisinin sayını, əhalinin yaş qrupları üzrə sayını, kişi və qadınların sayını, əmək qabiliyyətlilərin sayını və s. müəyyən etmək üçün


yekunlaşdırmadan istifadə edilir. Onun nəticəsində ölkənin əhalisi haqqında aydın təsəvvür əldə etmək olar. Beləliklə, sosial-iqtisadi hadisələrin tipik xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkar etmək üçün ilkin statistika materiallarının sistemləşdirilməsi və işlənilməsi statistika materiallarının yekunlaşdırılması adlanır. Yekunlaşdırma, statistik tədqiqat işinin müşahidədən sonra ikinci mərhələsidir və bunun nəticəsində hadisə və proseslər rəqəml ər vasitəsilə izah edilir (aydınlaşdırılır). Statistika yekunlaşdırması sözün geniş və məhdud mənasında başa düşülür. Geniş mənada yekunlaşdırma statistika
materiallarının müvafiq əlamətlər üzrə qruplara ayrılmasından, statistika məcmuyunu bütövlükdə və onun ayrı-ayrı qruplarını xarakterizə edən göstəricilər sisteminin işlənilməsindən, qrup və ümumi yekunların hesablanmasından, onun nəticələrinin statistika cədvəllərində, sıralarında və qrafiklərdə təsvirindən ibarətdir. Yekunlaşdırmanı aparmazdan əvvəl statistika müşahidəsi nəticəsində toplanmış məlumat yoxlanılmalıdır.
Məlumat öyrənilən hadisənin vahidlərinin tam əhatə olunması və onun keyfiyyəti nöqteyi-nəzərindən yoxlanılmalıdır. Yekunlaşdırma statistik tədqiqatın vəzifəsinə uyğun
olaraq, əvvəlcədən tərtib edilmiş proqram əsasında aparılır. Proqramda hər şeydən əvvəl yekunlaşdırmanın xəbəri və mübtədası təyin edilir. Mübtədada təşkil ediləcək qruplar göstərilir. Hər bir qrupu və bütövlükdə statistika məcmuyunu xarakterizə edən göstəricilər sistemi xəbəri təşkil edir. Ümumiyyətlə proqramın əsas məzmununu
yekcins qrupları təşkil etmək üçün əlamətin seçilməsi, qrupların sayının müəyyən edilməsi, iş cədvəlinin maketinin qurulması, statistika məcmuyunu bütövlükdə və onun ayrı-ayrı qruplarını xarakterizə edən göstəricilər sistemi təşkil edir. Proqram işlənərkən statistika məlumatlarını istifadə edənlərin tələbləri hərtərəfli nəzərə alınmalıdır.
Proqramın tərtibində, yekunlaşdırmanın nəticəsindən
istifadə edənlər də iştirak etməlidirlər. Onun proqramında ayrı-ayrı işlərin hansı
müddətdə yerinə yetirilməsi və onların cədvəldə, statistika məcmuələrində və s. təsvir edilməsi ilə əlaqədar olan tədbirlər şərh edili
2.Statistika materiallarının qruplaşdırılması.Statistika cədvəlləri və qrafika. PLAN:
1.Satistik məlumatın qruplaşdırma əlamətinin seçilməsi, qrup və fasilələrin təşkili prinsipləri. 2.Tipik,quruluş,analitik,çoxölçülü və təkrar qruplaşdırma,onların aparılma qaydaları.
3.Statistik qrafiklər və cədvəllər
Statistika materiallarının yekunlaşdırılmasında qruplaşdırma mühüm yer tutur. Yekunlaşdırma prosesində bir qayda olaraq statistika materialları sıraya düzülür, sistemləşdirilir, mühüm əlamətlər üzrə öz tərkib hissələrinə ayrılır və bunun əsasında statistika məcmuyu təşkil olunur. Bunun nəticəsində statistika məlumatını, onun xarakterizə etdiyi sosial-iqtisadi hadisəni dərk ediləcək şəklə salmaq
mümkün olur. Statistika məcmusu vahidlərinin onlara xas olan mühüm əlamətlər üzrə hissələrə ayrılmasına qruplaşdırma deyilir. Qruplaşdırma kütləvi statistika məlumatlarının işlənməsinin və təhlilinin elmi əsasını təşkil edir. Məlumdur ki, sosial-iqtisadi hadisələr, əsasən kəmiyyətcə və keyfiyyətcə bir-birindən fərqlənən küllü miqdarda vahidlərdən ibarətdir. Həmin vahidləri müəyyən əlamətlər üzrə
yekcins qruplara ayırmadan sosial-iqtisadi hadisəni dərk etmək olmaz. Məsələn, əhalinin siyahıya alınmasında əhali haqqında bir çox əlamətlər üzrə məlumatlar toplanır. Əhalinin ümumi sayını sadəcə olaraq mü əyyən etsək, bu, əhalini hərtərəfli xarakterizə etmək üçün heç də kifayət etməz. Bunun üçün onun ümumi sayını müəyyən etməklə bərabər, cinsi, yaş qrupları, məşğuliyyəti, təhsili, yaşayış yeri haqqında göstəricilər əldə etmək lazımdır ki, bu da əhalinin həmin əlamətlər üzrə qruplaşdırılması nəticəsində mümkün olur. Qruplaşdırma metodu hadisə və proseslərin tipik xüsusiyyətlərini müəyyən etmək, onların inkişaf qanunauyğunluqlarını dərk etmək üçün statistik təhlilin digər metodlarının tətbiqinə əsas yaradır. O, tədqiqat prosesindəki öz roluna görə, təbiət elmlərində sınağın funksiyasına uyğun funksiyanı yerinə yetirir. Ayrı-ayrı əlamətlər və ya onların kombinasiyası üzrə qruplaşdırma hadisənin qanunauyğun
Qruplaşdırma metodunun mühüm məsələlərindən biri qruplaşdırma əlamətinin seçilməsidir. Statistika materiallarının işlənməsinin nəticəsi qruplaşdırma əlamətinin düzgün seçilməsindən çox asılıdır. Müxtəlif üsullarla qruplaşdırdıqda eyni bir material bir-birinə tamamilə zidd nəticələr vermiş olur. Buna görə də qruplaşdırma əlaməti öyrənilən hadisənin hərtərəfli nəzəri təhlili əsasında müəyyən edilməlidir.
Hadisənin mahiyyətinin və inkişafının hərtərəfli nəzəri-iqtisadi təhlili ona yönəldilməlidir ki, tədqiqatın vəzifə və məqsədinə uyğun olaraq qruplaşdırma mühüm əlamətlər üzrə aparılsın. Qruplaşdırma əlaməti konkret şəraitdən və vaxtdan asılı olaraq seçilməlidir. Konkret şəraitdən asılı olaraq qruplaşdırma əlaməti dəyişməlidir, yəni müxtəlif şəraitdə eyni bir tipi ayırdıqda o, xüsusiləşməlidir. Məsələn, indiki zamanda sənaye mü əssisələrini onların həcmlərinə görə qruplaşdırdıqda qruplaşdırma əlaməti olaraq, istehsal gücünü, əsas fondların dəyərini, sənaye-istehsal heyətinin sayını, istifadə edilən enerji gücünü götürmək olar. Əgər əmək tutumlu sahələr üçün qruplaşdırma əlaməti olaraq işçilərin sayını götürmək məqsədəuyğundursa, fondtutumlu sahələr üçün istehsal fondlarının dəyərini, enerji tutumlu sahələr üçün isə – istifadə edilən elektrik enerjisinin miqdarını götürmək məqsədəuyğundur. Bununla yanaşı qeyd etmək lazımdır ki, hadisənin tam xarakteristikasını ancaq əlamətlər sistemindən (göstəricilər sistemindən) istifadə etməklə vermək olar. Ancaq əlamətlər sistemi hadisənin inkişafını əks etdirməyə, real əlaqələri hərtərəfli aşkar etməyə, hadisələrin ayrı-ayrı tərəflərinin qarşılıqlı əlaqəsini mü əyyən etməyə imkan veir.
Qruplaşdırmanın vəzifələrindən biri öyrənilən statistika məcmuyunun vahidlərini sosial-iqtisadi tiplərə ayırmaqdır. Hadisələri sosial-iqtisadi tiplərə ayırmaq məqsədilə aparılan qruplaşdırmaya tipik
qruplaşdırma deyilir. Tipik qruplaşdırmaya misal olaraq əhalinin cinsinə, təsərrüfatların mülkiyyət
formalarına, əhalinin sosial qruplara, işçilərin əməyin xarakterinə görə bölgüsünü və s. göstərmək olar. Tipik qruplaşdırmanın metodologiyası öyrənilən hadisələrdə keyfiyyət fərqlərinin nə dərəcədə aydın görünməsi ilə müəyyən edilir. Məsələn, sənaye mü əssisələrini məhsulun iqtisadi təyinatına görə
qruplaşdırdıqda əmək vasitələri və əmək alətləri istehsal edən sahələri, pərakəndə mal dövriyyəsinin mak
rostrukturunda isə ərzaq və qeyri-ərzaq məhsullarını fərqləndirirlər. Əksər hallarda hadisələr arasındakı keyfiyyət fərqi o qədər də aydın görünmür. Məsələn, sənaye sahəsində iri, orta və kiçik müəssisələrin seçilməsi metodoloji baxımdan kifayət qədər çətin problemdirHadisələri sosial-iqtisadi tiplərə ayırmaq onların bütün əlamətlər üzrə yekcins olması deyildir. Məsələn, kənd təsərrüfatı müəssisələri təsərrüfat tipi kimi yekcins, lakin istehsal istiqamətlərinə, əkin sahəsinə, əsas istehsal fondlarının həcminə, gəlirlərin həcminə və s. görə bir-birindən fərqlənirlər. Qruplaşdırmanın mühüm vəzifələrindən biri məkan və zaman daxilində hadisələrin quruluşunu və quruluşunda baş vermiş dəyişiklikləri konkret rəqəml ərlə işıqlandırmaqdan ibarətdir. Eyni tipli statistik məcmuyun vahidlərinin hər hansı əlamətə görə bölgüsünü xarakterizə edən qruplaşdırmaya quruluş qruplaşdırması deyilir. Sosial-iqtisadi hadisələrin tədqiqində quruluş qruplaşdırmasından geniş istifadə edilir. Quruluş qruplaşdırması öyrənilən hadisələrin
quruluşunu xarakterizə etməklə bərabər, zaman etibarilə quruluşda baş vermiş dəyişiklikləri də mü əyyənləşdirməyə imkan verir. Əhalinin ginsi, yaş qrupu, yaşayış yeri və s. əlamətlər üzrə qruplaşdırılması da quruluş qruplaşdırmasına aiddir. Əhalinin təkrar istehsalını öyrənmək üçün bu əlamətlər üzrə
qruplaşdırmanın böyük əhəmiyyəti vardır. Məsələn, əhalinin yaşa görə qruplaşdırılması onun
quruluşunu, yəni əhalinin ümumi sayında ayrı-ayrı yaş qruplarının xüsusi çəkisini müəyyən etməyə imkan verir. Bu məlumatdan isə əhalinin təkrar istehsalının öyrənilməsində, məktəbəqədər müəssisələrin və məktəb şəbəkələrinin planlaşdırılmasında, həmçinin əmək məhsuldarlığının müəyyən edilməsində istifadə edilir.
Qruplaşdırmanın üçüncü mühüm məsələsi sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqları öyrənməkdən ibarətdir. Sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün aparılan qruplaşdırmaya analitik qruplaşdırma deyilir. Qarşılıqlı əlaqədə olan əlamətlər təsiredici amil və nəticə əlamətinə ayrılır. Məsələn, müəssisələri əsas fondların həcminə görə
qruplaşdırıb, hər qrup üzrə bir mü əssisəyə düşən məhsul istehsalı hesablansa, onda əsas fondlar amil əlaməti, hər mü əssisəyə düşən məhsul buraxılışı isə nəticə əlaməti olar. Başqa sözlə desək, əsas fondun həcmi nəticəyə (məhsul istehsalına) təsir edən amildir. Müəssisələr əmək məhsuldarlığının səviyyəsinə görə qruplaşdırılaraq hər bir qrup üçün məhsulun orta maya dəyəri hesablansa, əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, məhsulun orta maya dəyəri isə nəticə əlaməti olar. Eyni bir əlamət bir halda amil, digər halda isə nəticə əlaməti ola bilər. Belə ki, əmək məhsuldarlığı ilə maya dəyəri arasındakı əlaqəni öyrənərkən əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, əməyin enerji ilə təchiz olunma səviyyəsi ilə əmək məhsuldarlığı arasındakı əlaqənin öyrənilməsində isə əmək məhsuldarlığının səviyyəsi nəticə əlaməti olur. Amil əlaməti üzrə qruplaşdırma aparıb nəticə əlaməti üzrə nisbi və orta kəmiyyətlər
hesablanarsa, bu göstəricilər arasındakı qarşılıqlı əlaqə aşkar edilər.
Bəzən aparılmış qruplaşdırmanı yenidən qruplaşdırmaq zərurəti meydana çıxır. Əvvəlki qruplar tədqiqatın məqsədlərini təmin etmədikdə (məsələn, qruplar çox xırda olduqda) və məlumat müqayisəli şəkildə olmadıqda təkrar qruplaşdırmadan istifadə edilir. Əvvəlcədən aparılmış qruplaşdırma əsasında yeni qrupların təşkil edilməsinə təkrar qruplaşdırma deyilir. Yeni qrupların təşkili iki üsulla aparıla bilər:
ələrini dəyişməklə (adətən fasilələri iriləşdirməklə yekunda qrupların xüsusi çəkisini tapmaqla.
Bir əlamət üzrə qruplaşdırmada qruplaşdırmalar mürəkkəb sosial-iqtisadi hadisələrin ancaq bir tərəfini xarakterizə etməyə imkan verir. Hadisələri dərindən, hərtərəfli öyrənmək üçün həmin hadisəyə təsir edən bütün amilləri nəzərə almaq lazımdır. Lakin bir çox amillərin təsirini nəzərə alan yekcins qrupların təşkilində bir sıra çətinliklərə rast gəlinir. Belə çətinliklərdən biri öyrənilən məcmudakı vahidlərin sayının çox zaman az olması ilə əlaqədardır. Bununla əlaqədar bəzi iqtisadçılar yekcins qrupların təşkilində klaster təhlilindən istifadə olunmasını təklif edirlər. Məlumdur ki, bu metodun tətbiqi elektron
hesablayıcı maşınlardan istifadə edilməsi yolu ilə mümkündür. Son zamanlar amil əlamətlərinin nəticə əlamətinə təsirinin təhlilində çoxölçülü qruplaşdırma metodundan istifadə edilir. Bu metod öz sadəliyi ilə klaster və korrelyasiya təhlilindən əhəmiyyətli dərəcədə fərqlənir. İqtisadiyyatın inkişafı ona təsir edən amillərin hərtərəfli təhlili əsasında istifadə olunmamış ehtiyatların aşkar edilməsi və onların istehsala yönəldilməsi yolu ilə təmin edilə bilər. Deməli, hadisələrin dəyişilməsinə təsir edən bütün iqtisadi amillər nəzərə alınmalıdır. Bu çoxölçülü qruplaşdırma metodunun vasitəsilə öyrənilir. Bu metod amilləri yekcins şəkildə idarə etməyə imkan verir. Çoxölçülü qruplaşdırma metodunun mahiyyəti ondan ibarətdir ki, məcmu vahidləri üzrə amil əlamətlərinin natural qiymətlərinin orta kəmiyyətə nisbətlərinin
hesablanması nəticəsində göstəricilər yekcins şəklə salınır. Sonra məcmu vahidləri üzrə orta nisbi göstərici hesablanır. Bunun üçün amil əlamətlərinin nisbi göstəricilərini cəm edib əlamətlərin sayına bölmək lazımdır. Orta nisbi göstərici əsasında qruplaşdırma apardıqda, bir neçə amil əlamətinin nəticə əlamətinə birgə təsirini müəyyənləşdirmək mümkündür. . Bu cür hallarda tiplərin təxmini qeyd
edilməsindən sonra, tiplərin ayrılmasını müəyyən edən əlamətlərin seçilməsini müəyyən etmək vacibdir.
verir. Hadisələri sosial-iqtisadi tiplərə ayırmaq onların bütün əlamətlər üzrə yekcins olması deyildir. Məsələn, kənd təsərrüfatı müəssisələri təsərrüfat tipi kimi yekcins, lakin istehsal istiqamətlərinə, əkin sahəsinə, əsas istehsal fondlarının həcminə, gəlirlərin həcminə və s. görə bir-birindən fərqlənirlər.
Qruplaşdırmanın mühüm vəzifələrindən biri məkan və zaman daxilində hadisələrin quruluşunu və
quruluşunda baş vermiş dəyişiklikləri konkret rəqəml ərlə işıqlandırmaqdan ibarətdir. Eyni tipli statistik məcmuyun vahidlərinin hər hansı əlamətə görə bölgüsünü xarakterizə edən qruplaşdırmaya quruluş qruplaşdırması deyilir. Sosial-iqtisadi hadisələrin tədqiqində quruluş qruplaşdırmasından geniş istifadə edilir. Quruluş qruplaşdırması öyrənilən hadisələrin quruluşunu xarakterizə etməklə bərabər, zaman etibarilə quruluşda baş vermiş dəyişiklikləri də mü əyyənləşdirməyə imkan verir. Əhalinin ginsi, yaş
qrupu, yaşayış yeri və s. əlamətlər üzrə qruplaşdırılması da quruluş qruplaşdırmasına aiddir. Əhalinin təkrar istehsalını öyrənmək üçün bu əlamətlər üzrə qruplaşdırmanın böyük əhəmiyyəti vardır. Məsələn, əhalinin yaşa görə qruplaşdırılması onun quruluşunu, yəni əhalinin ümumi sayında ayrı-ayrı yaş
qruplarının xüsusi çəkisini müəyyən etməyə imkan verir. Bu məlumatdan isə əhalinin təkrar istehsalının öyrənilməsində, məktəbəqədər müəssisələrin və məktəb şəbəkələrinin planlaşdırılmasında, həmçinin əmək məhsuldarlığının müəyyən edilməsində istifadə edilir.
Qruplaşdırmanın üçüncü mühüm məsələsi sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqları öyrənməkdən ibarətdir. Sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün aparılan qruplaşdırmaya analitik qruplaşdırma deyilir. Qarşılıqlı əlaqədə olan əlamətlər təsiredici amil və nəticə əlamətinə ayrılır. Məsələn, müəssisələri əsas fondların həcminə görə qruplaşdırıb, hər qrup üzrə bir mü əssisəyə düşən məhsul istehsalı hesablansa, onda əsas fondlar amil əlaməti, hər mü əssisəyə düşən məhsul buraxılışı isə nəticə əlaməti olar. Başqa sözlə desək, əsas fondun həcmi nəticəyə (məhsul istehsalına) təsir edən amildir. Müəssisələr əmək məhsuldarlığının səviyyəsinə
görə qruplaşdırılaraq hər bir qrup üçün məhsulun orta maya dəyəri hesablansa, əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, məhsulun orta maya dəyəri isə nəticə əlaməti olar. Eyni bir əlamət bir halda amil,
digər halda isə nəticə əlaməti ola bilər. Belə ki, əmək məhsuldarlığı ilə maya dəyəri arasındakı əlaqəni öyrənərkən əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, əməyin enerji ilə təchiz olunma səviyyəsi ilə əmək məhsuldarlığı arasındakı əlaqənin öyrənilməsində isə əmək məhsuldarlığının səviyyəsi nəticə əlaməti olur. Amil əlaməti üzrə qruplaşdırma aparıb nəticə əlaməti üzrə nisbi və orta kəmiyyətlər
hesablanarsa, bu göstəricilər arasındakı qarşılıqlı əlaqə aşkar edilərBəzən aparılmış qruplaşdırmanı yenidən qruplaşdırmaq zərurəti meydana çıxır. Əvvəlki qruplar tədqiqatın məqsədlərini təmin etmədikdə (məsələn, qruplar çox xırda olduqda) və məlumat müqayisəli şəkildə olmadıqda təkrar qruplaşdırmadan istifadə edilir. Əvvəlcədən aparılmış qruplaşdırma əsasında yeni qrupların təşkil edilməsinə təkrar
qruplaşdırma deyilir. Yeni qrupların təşkili iki üsulla aparıla bilər:
ələrini dəyişməklə (adətən fasilələri iriləşdirməklə yekunda qrupların xüsusi çəkisini tapmaqla.
Bir əlamət üzrə qruplaşdırmada qruplaşdırmalar mürəkkəb sosial-iqtisadi hadisələrin ancaq bir tərəfini xarakterizə etməyə imkan verir. Hadisələri dərindən, hərtərəfli öyrənmək üçün həmin hadisəyə təsir edən bütün amilləri nəzərə almaq lazımdır. Lakin bir çox amillərin təsirini nəzərə alan yekcins qrupların təşkilində bir sıra çətinliklərə rast gəlinir. Belə çətinliklərdən biri öyrənilən məcmudakı vahidlərin sayının çox zaman az olması ilə əlaqədardır. Bununla əlaqədar bəzi iqtisadçılar yekcins qrupların təşkilində klaster təhlilindən istifadə olunmasını təklif edirlər. Məlumdur ki, bu metodun tətbiqi elektron
hesablayıcı maşınlardan istifadə edilməsi yolu ilə mümkündür. Son zamanlar amil əlamətlərinin nəticə əlamətinə təsirinin təhlilində çoxölçülü qruplaşdırma metodundan istifadə edilir. Bu metod öz sadəliyi ilə klaster və korrelyasiya təhlilindən əhəmiyyətli dərəcədə fərqlənir. İqtisadiyyatın inkişafı ona təsir edən amillərin hərtərəfli təhlili əsasında istifadə olunmamış ehtiyatların aşkar edilməsi və onların istehsala yönəldilməsi yolu ilə təmin edilə bilər. Deməli, hadisələrin dəyişilməsinə təsir edən bütün iqtisadi amillər nəzərə alınmalıdır. Bu çoxölçülü qruplaşdırma metodunun vasitəsilə öyrənilir. Bu metod amilləri yekcins şəkildə idarə etməyə imkan verir. Çoxölçülü qruplaşdırma metodunun mahiyyəti ondan ibarətdir ki, məcmu vahidləri üzrə amil əlamətlərinin natural qiymətlərinin orta kəmiyyətə nisbətlərinin
hesablanması nəticəsində göstəricilər yekcins şəklə salınır. Sonra məcmu vahidləri üzrə orta nisbi göstərici hesablanır. Bunun üçün amil əlamətlərinin nisbi göstəricilərini cəm edib əlamətlərin sayına bölmək lazımdır. Orta nisbi göstərici əsasında qruplaşdırma apardıqda, bir neçə amil əlamətinin nəticə əlamətinə birgə təsirini müəyyənləşdirmək mümkündür.
STATİSTİKA CƏDVƏLLƏRİ. STATİSTİK QRAFİKLƏR
STATİSTİKA CƏDVƏLLƏRİ
Yekunlaşdırma və qruplaşdırmanın nəticələri statistika cədvəllərində əks etdirilir. Statistika məlumatının izahı bir neçə formada, məsələn, mətn, cədvəl və qrafiklər şəklində verilə bilər. Statistika cədvəlləri tədqiq olunan ictimai hadisənin rəqəml ərlə təsvirinin və təhlil edilməsinin ən səmərəli formasıdır.
Statistika cədvəlində yekun məlumatı daha yığcam, aydın, ifadəli və əyani şəkildə görünür. Cədvəllər hadisəni daha yaxşı təhlil etməyə, məlumatı müqayisə etməyə geniş imkan verir. Mətn hadisə haqqında nəticə çıxartmağa da çətinlik törədir. Cədvəldə göstəricilər arasındakı əlaqə daha asanlıqla müəyyən edilir. Statistika cədvəlləri yekunlaşdırılmış və qruplaşdırılmış materialların əlverişli şəkildə verilməsinin
mühüm vasitəsidir. Statistika cədvəlinin əsas elementləri mübtəda və xəbərdir. Statistik məcmunun vahidləri, onların qrupları cədvəlin mübtədasını təşkil edir. Statistika məcmusunu, yəni mübtədanı xarakterizə edən göstəricilərə cədvəlin xəbəri deyilir. Statistika cədvəli üfüqi sətirlərdən və şaquli sütunlardan ibarətdir. Sətirlər və sütunlar bir-birini kəsən düz xətlərlə ayrılır və onların kəsişən yerlərində
xanalar əmələ gəlir. Cədvəlin ümumi, yan və yuxarı başlığı olmalıdır. Ümumi başlıq, bir qayda olaraq, cədvəlin üstündə yazılır və onun məzmununu xarakterizə edir. Cədvəlin yan başlığı onun sol tərəfində, mübtəda hissəsində yazılaraq cədvəlin sətirlərinin məzmununu bildirir. Yuxarı başlıq cədvəlin yuxarı hissəsində yazılır və şaquli sütunları xarakterizə edir. Sətirlərin yekun məlumatı cədvəlin sağ tərəfində, sütunların yekun məlumatı isə cədvəlin aşağı hissəsində yazılır. Statistika cədvəlinin maketi aşağıdakı şəkildədir. Cədvəlin adı (ümumi başlıq)
Xəbər
Mübtəda
Sütunların başlığı (yuxarı başlıq)
A 1 2 3 4 5 Xanaların Nömrələri
Sətirlərin adları (yan başlıqlar)
Xana Sətirlərin yekunu Sütunlar Sütunların yekunu
Mübtədasının xarakterinə görə, statistika cədvəlləri sadə, qruplu və quraşıq cədvəllərə ayrılır.
Mübtədasında müşahidə vahidlərinin, xronoloji tarixlərin, yaxud ərazi bölgülərinin siyahısı verilən cədvələ sadə cədvəl deyilir. Eyni zamanda müşahidə vahidlərinin siyahısı və ərazilərin adları verilən cədvəllər də sadə cədvəl adlanır. Cədvəlin növü onun qurulma məqsədinə əsasən mü əyyən edilir. Sadə cədvəllər öyrənilən hadisənin tipini, quruluşunu və hadisələr arasındakı qarşılıqlı əlaqəni aşkar etməyə imkan vermir. Bu cəhətdən qruplu və quraşıq cədvəllər böyük imkana malikdir. Mübtədasında bir əlamət üzrə təşkil edilmiş qruplar olan cədvələ qruplu statistik cədvəl deyilir. Qruplu statistik cədvələ misal olaraq ……… ildə Azərbaycan Respublikasının əhalisinin yaşayış yerinə görə qruplaşdırılmasını göstərmək olar.



Yüklə 325,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin