1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Uşaq bağçasının böyük yaş və hazırlıq qruplarında riyaziyyat məşğələlərinin təşkili və keçirilməsi



Yüklə 340,27 Kb.
səhifə58/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   54   55   56   57   58   59   60   61   ...   71
riyazimtahansualları

48.Uşaq bağçasının böyük yaş və hazırlıq qruplarında riyaziyyat məşğələlərinin təşkili və keçirilməsi
Böyük yaş
“ Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı” böyük yaşlı qrupun uşaqlarında elementar riyazi təsəvvürlərin daha da genişləndirilməsini, dərinləşdirilməsini və ümumiləşdirilməsini, sayma fəaliyyətinin inkişaf etdirilməsini nəzərdə tutur. Uşaqlar 5-ə qədər ancaq görmə hissi ilə qavranılan əşyaları deyil, həm də səsləri, əl ilə toxunmaqla qavranılan əşyaları, hərəkətləri saymağı öyrənirlər.Uşaqların əşyaların sayının onların ölçülərindən. Fəzada yerləşməsindən və sayma istiqamətindən asılı olmaması haqqında təsəvvürləri dəqiqləşdirilir.
Onlar müxtəlif əşyalardan çoxluqlar tərtib etmək nümunələri üzərində 5-ə qədər ədədlərin vahidlərdən ibarət miqdar tərkibi ilə tanış olurlar. Əyani vəsaitlərə istinad edərək 5 dairəsində qonşu ədədləri müqayisə edərək, onlardan hansının az, hansının çox olduğunu mənimsəyirlər, ədədi ardıcıllıq-natural sıra haqqında elementar təsəvvür alırlar.
Böyük qrupda uşaqlar əşyaları və həndəsi fiqurları 2 və 4 hissəyə bölməyi öyrənirlər. Onlar tam və hissəni müqayisə edirlər.
Bu qrupda fəza və zaman təsəvvürlərinin formalaşmasına böyük diqqət verirlər. Belə ki, uşaqlar əşyaların ölçülərini 3 ölçü-uzunluq, en və hündürlük baxımından qiymətləndirməyi öyrənirlər; onların kəmiyyətlərin xassələri haqqında təsəvvürləri dərinləşdirilir.
Uşaqlara formaca yaxın olan həndəsi fiqurları: dairə və ovalı fərqləndirməyi, tədriclə əşyaları formalarına görə təhlil və təsvir etmək öyrədilir.
Uşaqlarda bu və ya başqa əşyanın özünə və başqa əşyaya görə vəziyyətini sözlə müəyyən etmək bacarığı möhkəmləndirilir.Məs. “Məndən solda qapı var. Məndən qabaqda stol var.” “Dovşandan sağda ayı dayanmışdır, dovşandan solda isə at dayanmışdır”
Fəzada səmtləşmə bacarığını yeriyərkən, qaçarkən, qimnastika hərəkətlərini yerinə yetirərkən inkişaf etdirirlər. Uşaqlar həftənin günlərinin adlarını və ardıcıllığını yadda saxlayırlar.
Məşğələlərdə işin təşkili. Tərbiyəçi uşaqların riyazi təsəvvürlərinin səviyyəsini müəyyənləşdirmək və möhkəmləndirmək məqsədilə ilin əvvəli məşğələlərdə keçirilənlərin təkrarını verir. O, əsas diqqəti geridə qalan və bağçaya yeni gələn uşaqlara verir, onların biliklərinin bərabərləşdirilməsini təmin edir. Bu məşğələlərdə əsasən “Miqdar və say”, uşaqların forma və olçü və s. haqqında təsəvvürləri möhkəmləndirilir, onlara məntiqi çalışmzları yerinə yetirmək öyrədilir.
Böyük qrupda il ərzində 36 məşğələ keçirilir, məşğələnin müddəti 20-25 dəq. Olur. Məşğələdə uşaq 3-4 tapşırıq yerınə yetirir, lakin uşaqların hamısı tapşırığı eyni səviyyədə yerinə yetirə bilmirlər. Bu uşağın hazırlığından və fərdi xüsusiyyətindən asılıdır.
Tərbiyəçi bir mövzunu bir məşğələdə, lazım gələrsə iki məşğələdə keçə bilər.Tapşırıq həcmcə böyük olmamalıdır ki, uşaq öhdəsindən gələ bilsin. Uşağa imkan verilir ki, tapşırığı müstəqil icra etsin, ən əsaı isə-uşağın işi düzgün qiymətləndirilsin və ona imkan verisin ki, səhvini başa düşərək müstəqil aradan qaldırsın.
Yeni materialın öyrədilməsinə yeni bilikləri mənimsənilmiş biliklər sisteminə daxil etməyə imkan verın materialın təkrarından başlayırlar. Təkrar çox vaxt oyun-çalışmalar formasında aparılır. Məs. “Cırtdanın səhvini tapın”. Kompleks məşğələlərdə verilən idraki inkişaf etdirən çalışmalar uşaqların fəallığını xeyli artırır. Motivasiyanın yaranması uşaqlara təqdim olunmuş məsələnin həlli yolunu müəyyən etməyə imkan verir. Müqayisə metodu ilə uşaqlar “azdır, çoxdur, bərabərdir, uzundur, qısadır, ucadır, alçaqdır, hündürdür, enlidir, ensizdir, tamdır, hissədir” kimi anlayışları öyrənirlər. Uşaqlar əşyaları, həndəsi fiqurları rənginə, ölçüsünə, formasına görə qruplaşdıra bilirlər.

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin