1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi



Yüklə 340,27 Kb.
səhifə60/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   56   57   58   59   60   61   62   63   ...   71
riyazimtahansualları

5 dairəsində say. 5 dairəsində ədədləri almaq və 5-ə qədər saymağı öyrətmək də 3-ə qədər ədədləri almaqda olduğu kimidir.
Ədədlərin əmələ gəlməsi iki əşya qruplarını tutuşdurmaq əsasında nümayiş etdirilir.
Uşaqlar hər sonra gələn ədədin özündən əvvəlki ədəddən və hər əvvəl gələn ədədin özündən sonra gələn ədəddən alınması prinsipini başa düşməlidir. Ortayaşlılar qrupunda olduğu kimi, burada da hər sonra gələn ədədin əmələ gəlməsini göstərməmişdən qabaq əvvəl gələn ədədin alınması qaydasını təkrar etmək lazımdır. Beləliklə, həmişə üç ardıcıl ədəd müqayisə olunur.
Ancaq müxtəlif növdən əşyalar toplularını (məs. yolkalar, göbələklər vəs.) tutuşdurmaq deyil, həm də eyni bir növdən əşyalar qrupunu hissələrə bölmək və onları bir-birilə tutuşdurmaq (böyük almalar və kiçik almalar), nəhayət əşyalar toplusunu öz hissəsi ilə tutuşdurmaq da faydalıdır. (Hansılar şoxdur? Boz dovşanlar,yoxsa birlikdə boz və ağ dovşanlar?)
Böyük qrup uşaqları əşya çoxluqlarını təşkil edən elementlərin miqdarını qiymətləndirərkən əşyaların aşkar görünən fəza xassələri onları hələ də çaşdırır. Uşaqlara əşyaların sayının onların fəza xassələrindən asılı olmadığını və yeni ədədlər almağı eyni vaxtda öyrətmək mümkündür. Bu vaxt müxtəlif tutuşdurma üsullarından istifadə olunur: üstəqoyma, yanınaqoyma.
Uşaqlar əşyaları az olan qrupa bir əşya əlavə etməklə , yaxud əşyaları çox olan qrupdan bir əşya götürməklə qrupları bərabərləşdirib müqayisə edilən hər bir ədədin alınması priyomunu mənimsəyirlər.
“Çoxdur”, “azdır” münasibətlərinin qarşılıqlı əlaqəsinin nəzərdən keçirilməsi gələcəkdə uşaqlara ədədlər arasında münasibətlərin qarşılıqlı tərs xarakterdə olmasını başa düşməkdə kömək edir. Məs. Qar adamları çoxdur, yoxsa vedrələr? 3<4; 4>3

Uşaqlar hər bir ədədin necə alındığını danışmalıdırlar. Məs. 4 armuda 1 armud əlavə etdilər, oldu 5 armud, 5 armuddan 1 armud götürdülər qaldı 4 armud. Uşaqlar cavab verməkdə çətinlik çəkəndə istiqamətləndirici suallar vermək olar: “Nə qədər vardı? Nə qədər əlavə etdilər? Nə qədər oldu? ”


Didaktik materialın növbələşdirilməsi, tapşırıqların dəyişdirilməsi hər bir ədədin alınması üsulunu daha da yaxşı dərk etmək üçün uşaqlara kömək edir.
Bilikləri möhkəmləndirmək üçün mütləq uşaqlara paylama materialları ilə tapşırıq vermək lazımdır.

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin