1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşmasında əyləncəli məsələlər və onların rolu



Yüklə 340,27 Kb.
səhifə48/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   44   45   46   47   48   49   50   51   ...   71
riyazimtahansualları

39.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşmasında əyləncəli məsələlər və onların rolu
Görkəmli pedaqoqlar qeyd etmişlər ki,bağça yaşlı uşaqların həyatında oyunlar böyük əhəmiyyətə malikdir.Belə ki,uşaqlar üçün oyun həm əməkdir,həm təlimdir və həm də ciddi tərbiyə formasıdır.
Deməli bağça təlimi prosesinin bütün mərhələlərində uşaqları oyuna cəlb etmek olar.4-6 yaşlı uşaqların təlimində oyun təliminin metodlarından biri kimi deyil,əsas metod kimi qiymətləndirilməlidir.Məktəb təlimində isə oyunun yerini tədricən digər metodlar əvəz etsə də,ibtidai siniflərdə riyaziyyat təlimində maraqlı və əyləncəli məsələlər və oyunlar şagirdlərin marağını artırmaqda,riyaziyyat çaterialı mənimsəməkdə az rol oynamır.
Bağça yaşlı uşaqların yaş xüsusiyyətləri və bilik səviyyələri tələb edir ki,elementar riyazi təsəvvürlər əyləncəli oyunlar və məsələlər vasitəsilə formalaşdırılsın.
Bağçada riyaziyyat elementlərinin təlim məqsədləri-uşaqlarda ədədlər,sadə həndəsi fiqurlar,toplama və çıxma əməlləri,bəzi kəmiyyətlər və onların ölçülməsi,ölçü vahidləri haqqında təsəvvürlərin formalaşdırılması ilə bitmir.Riyaziyyat təliminin müasir konsepsiyasında məsələ daha geniş qoyulur:uşaqların riyazi bilikləri mənimsəməyə hazırlamaq üçün onların məntiqi təfəkkürlərini inkişaf etdirmək lazımdır.Məhz oyun prosesində uşaq əqli fəallıq göstərməyə çalışır.Əyləncəli riyazi material üzərində qurulan müxtəlif oyunlar uşağı mühakimə yürütməyə,tələb olunanı tapmağa sövq edir.Düşündürücü xarakterə malik olan oyun-məsələlər təlimdə öyrəədici funksiya rolunu oynayır.
Oyun üzərində qurulan maraqlı və əyləncəli prosesə tədricən təlim xarakteri vermək və riyazi materialı zəruri mənimsəmə materialı kimi təqdim etmek lazımdır.
Oyun öz emosianal xarakterinə görə uşaqları əqli və fiziki cəhətdən az yorur.Uşaq özü hiss etmədən tədris materialını asanlıqla mənimsəyir və tərbiyəçidən yeni oyunlar istəyir.Beləliklə uşaqlarda riyaziyyata tədicən maraq və həvəs yaranır və tərbiyə olunur.
Son illər pisixoloji-pedaqoji tədqiqatları və qabaqcıl məktəbəqədər müəssələrin iş təcrübəsi göstərir ki,bağça təlimində tətbiq olunan əyləncəli məsələ və oyunları didaktik məqsədlərinə görə aşağıdakı kimi təsnif etmək olar.
1.Uşaqların məntiqi təfəkkürünü inkişaf etdirən əyləncəli məsələlər və oyunlar.
2.Öyrədici xarakter daşıyan əyləncəli məsələlər və oyunlar.
3.Uşaqların fəallığını artırmağa xidmət edən əyləncəli məsələlər və oyunlar.
4.Keçilmiş materialın möhkəmləndirilməsinə xidmət edən əyləncəli məsələlər
və oyunlar.
Qeyd edək ki,bu təsnifi mütləq hesab etmək olmaz.Çünki elə əyləncəli məsələ və ya oyun var ki,onlar yuxarıda göstərilən bir neçə didaktik məqsədə xidmət edir.
Uşaq bağçasında əyləncəli məsələ və oyunları aşağıdakı şəkillərdə keçirmək olar:
1.Məsələ-oyunların kollektiv şəkildə keçirilməsi.
2.Məsələ-oyunların yarımqruplarla keçirilməsi.
3.Məsələ-oyunların fərdi şəkildə keçirilməsi.
Oyunları keçirmək üçün tərbiyəçinin vəzifəsi aşağıdakılardan ibarət olmalıdır:

1.Oyunun keçirilməsi üçün şəraitin yaradılması.


2.Uşaqlarda oyuna maraq yaradılması və onun inkişaf etdirilməsi.
3.Uşaqların müstəqil axtarışlara həvəsləndirilməsi və nəticənin
rəğbətləndirilməsi.
Əyləncəli məsələlər və oyunlar uşaqlarda bir sıra müsbət və faydalı keyfiyyətlərlə,o cümlədən,müstəqillik,müşahidəçilik,hazırcavablıq,səbrlilik,araşdırma,yoxlama-tədqiq etmə və s.tərbiyə edir.
Bağçada riyaziyyat təlimində verilən əyləncəli məsələ və oyunların bir neçə nümunəsini verək.

  1. 5 çöpdən iki bərabər üçbucaq düzəldin.

  2. 7 çöpdən iki bərabər kvadrat düzəldin.

  3. 7 çöpdən üç bərabər üçbucaq düzəldin.

  4. 9 çöpdən dörd bərabər üçbucaq düzəldin.

Bu kimi çalışmalar uşaqların fəza təsəvvürlərini inkişaf etdirir.

  1. Həkim xəstəyə üç həb verdi və hər 2 saatdan sonra bir həb qəbul etməyi tapşırdı. 3 həbi xəstə neçə saata qəbul edər?

  2. 3 adam qatarı 3 saat gözlədi.Hər biri neçə saat gözlədi?

  3. Otaqda 3 şam yanırdı.Bir şamı söndürdülər.Otaqda neçə şam qaldı?

  4. Göldə 4 çöl ördəyi üzürdü.Ovçu bir ördək vurdu.Göldə neçə ördək qaldı?

  5. Torbada 2 qırmızı və 1 sarı kürə var.Arif torbadan bir kürə çıxartdı.Həmin kürələr hansı rəngdədir?Sarı kürə ola bilərmi?Qırmızı kürə ola bilərmi?

  6. Torbada 2 qırmızı və 2 sarı kürə var.Arif torbadan 2 kürə çıxartdı.Həmin kürələr hansı rəngdədir?

Bu kimi məntiqi çalışma-oyunlar uşaqlarda hadisələri əlaqələndirməyi,təhlil etməyi,mümkün halları araşdırmagı və s.tələb edir.
Əyləncəli məsələlər və oyunlar uşaqların hələlik gizli qalmış intellektual imkanlarını aşkar etməyə və inkişaf etdirməyə kömək edir.
İlk məşğələlərdən başlayaraq,ikinci kiçik yaş qrupu uşaqlarını tədris fəaliyyəti vərdişləri formalaşdırılır.Uşaq öz yerini tutmağı,düzgün oturmağı,yalnız müəllimin göstərişilə durmağı öyrənir.Müəllimin izah və göstərişlərini dinləməyi və ondan tələb olunan işləri görməlidir.Yoldaşlarına mane olmamalı və sakit oturmalıdır.
Uşaqlar yorulmasınlar deyə,müəllim arabir uşaqlarla müxtəlif hərəkətləri yerinə yetirir.
Bu yaş qrupunda uşaqlar ilk dəfə paylama materialı ilə işləmək vərdişləri qazanırlar.Hər bir uşağa ayrıca qutuda didaktik material verilir.Məşğələ başlayanda hər bir uşağın materialı hazır olmalıdır.Oyuncaqlar və digər əşyalar həddindən artıq ağır və xardı olmalıdır.Uşaqlara öyrədilir ki,didaktik materialları qorumaq,məşğələnin sonunda isə qutuya yığmaq lazımdır.
Orta yaş qrupu uşaqlarını ilk gündən öyrətmək lazımdır ki,onlar müntəzəm məşğul olsunlar,müəllimin hərəkətlərini diqqətlə müşahidə etsinlər və dediklərini dinləsinlər.Çalışmaq lazımdır ki,uşaqlar ancaq müəllimin göstərişi ilə başlasınlar.Uşaq verimiş suala yalnız müəllimin icazəsi ilə cavab verməlidir.
Uşaqları öyrətmək lazımdır ki,öz yoldaşlarının hərəkət və cavablarını diqqətlə izləsinlər.Çünki düzgün cavab verməyə və ya hərəkəti düzgün yerinə yetirməyən uşağa kömək etmək üçün başqasınıdan soruşmaq lazımdır.
Müəllim uşaqların hərəkətlərini və cavablarını düzgün qiymətləndirir və qrup qarşısında elan edir.
Çalışmaq lazımdır ki,uşaqlar vəsaitləri,paylama materialını,didaktik materialları qorusunlar və onlardan düzgün istifadə etməyi bacarsınlar.Materiallardan birgə istifadə etməyi,bir-birinə hörmət etməyi uşaqlara aşılamaq lazımdır.
Böyük yaş qrupu uşaqlarında diqqəti tərbiyə edib,formmalaşdırmağa xüsusi fikir verməlidir.Fikrini cəmləyib işləyən,yoldaşından geri qalmayan uşaqların fəaliyyətini müəllim bəyənir və qrup qarşısında elan edir.Məşğələnin sonunda materialı yaxşı mənimsəyən uşaqlarla yanaşı,özünü nümunəvi aparanlara da xüsusi qeyd edilir.
Riyaziyyat məşğələlərinə elə çalışmalar da daxil edilir ki,onlar uşaqların diqqət və yaddaşlarını inkişaf etdirsin.Məs:,,oyunu və s.
Uşaqların özünə nəzarətinin inkişafına diqqət yetirilir.Bu işdə uşağın tədris fəaliyyəti nəticələrinin müəllim tərəfindən sistematik qiymətləndirilməsi mühüm rol oynayır.Bəzən imkan vermək lazımdır ki,uşaqlar bir-birinin işlərini (tapşırıqlarını) yoxlasınlar,nəzarət təlim prosesində səhv və nöqsanlarını vaxtında aradan qaldırılmasına kömək edir.
Bu qrupun riyaziyyat məşğələsində o birilərinə nisbətən daha çox vəsait tətbiq olunur.Bunları düzgün yığmaq,düzmək qaydasını uşaqlara öyrətmək lazımdır.Həmin vəsaitlər istifadə olunması ardıcıllığı ilə düzülməlidir.Onları əvvəlcə uşaqdan sol tərəfdə yerləşdirmək,istifadə olunduqca,onları sağ tərəfdə yığmaq lazımdır.
Riyaziyyat məşğələlərində uşaqların diqqət və yaddaşlarının formalaşdırılmasına,mühakimə əməliyyatlarının (analiz,sintez,müqayisə,ümumiləşdirmə) inkişaf etdirilməsinə xüsusi fikir verilir.


Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin