37.Böyük yaş qrupunda miqdar və say haqqında təsəvvürlərin formalaşması (ədədin sıra va miqdar qiymati) Böyük qrupda miqdar və say anlayışı. Böyük qrupda saymaq vərdişlərinin möhkəmləndirilməsinə böyük diqqət verilir: uşaqlara əşyaları soldan sağa saymağı, sayın nəticəsini adlandırmağı öyrədirlər.
İndi uşaqlara əşyaları məsafədən, danışmadan, ürəyində saymaq təklif edilir. Böyük yaşlılar qrupunda ədədləri yadda saxlamağı inkişaf etdirməyə başlayırlar. Bundan ötrü əşyaları saymağa aid çalışmalar tədriclə mürəkkəbləşir. Məs. uşaqlara eyni vaxtda iki ədəd deyirlər, dərhal təklif edirlər ki, iki növ əşyaları, ya da eyni növdən, lakin rəngi, yaxud ölçüləri müxtəlif olan əşyaları sayıb ayırsınlar.Əşyaların adlarını onların qoyulduğu yerlə əlaqələndirirlər.
Əşyaları saymaq və sayıb ayırmaq vərdişlərinin möhkəmləndirilməsinə yönəldilmiş işlə paralel halda uşaqları həndəsi fiqurları ayırmaqda, əşyaların ölçülərini müqayisə etməkdə çalışdırırlar. Bəzi fəza təsəvvürlərini möhkəmləndirirlər: əşyanın özünə nəzərən yerini-qabaqda, arxada, solda, sağda; kağız vərəqində təsvir olunan əşyaların vəziyyətini yuxarıda, aşağıda, solda, sağda, ortada.
Bu qrupda əsasən kombinəedilmiş çalışmalardan istifadə edirlər, yəni eyni vaxtda iki-üç proqram məsələsi üzərində işlənilir. Məs. Uşaqları eyni vaxtda səsləri saymaqda və iki əşyalar toplusunu tutuşdurmaqda və bərabərləşdirməkdə, ədədlərin əmələ gəlməsində çalışdırırlar.
Ədədin sıra və miqdar qiyməti. Böyük qrup uşaqları ilk dəfə sıra saylarından istifadə etməyi öyrənirlər. Çox vaxt uşaqlar sıra və miqdar sayını qarışdırırlar. Miqdar sayı neçə? sualına cavab verərək əşyanın qrupda sayını, sıra sayı isə əşyanın başqa əşyalar içərisində növbəsini, yerini bildirir və neçənci? sualına cavab verir.
Uşaqlar çox vaxt neçənci? və hansı? sualını qarışıq salırlar. Hansı? Sualı əşyanın keyfiyyətini bildirir.
Uşaqlar öyrənirlər ki, miqdar sayında əşyaları hansı istiqamətdə saymağın əhəmiyyəti yoxdur. Lakin sıra sayında sayma istiqamətinin böyük əhəmiyyəti var. Tərbiyəçi eyni bir əşyaları müxtəlif istiqamətdə saymaqla bunu nümayiş etdirir. O aydınlaşdırır ki, məs. 7 bayraq içərisində göy bayraq soldan sayanda beşinci yerdə, sağdan sayanda isə üçincü yerdədir.
Say materialı olaraq olaraq, əvvəlcə rəngi, yaxud ölçüləri ilə fərqlənən eynicinsli əşyalardan. Məs.Müxtəlif rəngli bayraqlardan, yaxud dairələrdən. Müxtəlif hündürlükdə yolkalardan vəs.sonralar isə müxtəlif növ əşyalardan, oyuncaqlardan ictifadə edirlər.
Kombinəedilmiş çalışmaların xüsusi əhəmiyyəti var, bu çalışmalarda sıra ilə saymaiki və daha çox əşyalar toplularının tutuədurulması, həndəsi fiqurların qruplaşdırılması. əşyaların ölçülərinə görə düzülməsi ilə uzlaşır.