1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Dünya iqtisadi böhranı və sonrakı dövründə (1929-1939) beynəlxalq münasibətlər



Yüklə 198,71 Kb.
səhifə10/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   6   7   8   9   10   11   12   13   ...   58
Müasir cavablar [1 - 60]..

12. Dünya iqtisadi böhranı və sonrakı dövründə (1929-1939) beynəlxalq münasibətlər
1929-1933-cü illərin dünya iqtisadi böhranı kapitalist dövlətləri arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bunun əsas mənbəyi isə kapitalist dövlət­lərinin iqtisadi və siyasi inkişafının qeyri-bərabərliyinin güc­lən­məsi idi. Dünya iqitsadi böhranı illərində hərbi dəniz gəmilərinin tikintisinə dair həll olunmamış məsələləri qaydaya salmaq üçün 1930-cu ilin yanvarın 21-dən aprelin 22-dək Londonda keçirilən dəniz konfransında ABŞ, İngiltərə və Yaponiya arasında donanma sahəsində münaisbətlər qismən tənzimləndi.İmperilistlərarası ziddiyyətlərin kəskinləşməsi antisovet sövdələşmə imkanını qətiyyən istisna etmirdi. Antikommu­nizm zəncirində eyni vaxtda faşist dövlətləri təcavüzkar xarici siyasət xətti yeridirdilər ki, 30-cu illərdə Böyük Britaniya, Fransa, ABŞ bunu müdafiə edirdilər.Dünyanı yenidən bölüşdürmək uğrunda silahlı mübari­zəyə birinci olaraq Çində və Sakit Okean hövzəsində şəriksiz hökmran olmaq istəyən Yaponiya başladı. 1931-ci ilin sentyab­rında yapon ordusu Çinə soxuldu və üç ay ərzində Mancu­riyanı işğal etdi. ABŞ, Böyük Britaniya və Fransa Yaponiyanın tezliklə SSRİ üzərinə hücum edəcəklərini gözlədikləri üçün təcavüzkara qarşı çıxmadılar. ABŞ və İngiltərə maliyyə-sənaye maqnatlarının alman inhisarları ilə çoxillik əlaqəsi Almaniyanı «sakitləşdirmə» si­ya­­sətinin iqtisadi əsasını təşkil edirdi. 1933-cü ilin oktyabrında Almaniya nümayişkaranə surətdə Millətlər Cəmiyyətindən çıxdı və bu addımla sürətlə silahlanma və təcavüz üçün öz əl-qolunu tamam açdı. Hitler Versal müqaviləsinin hərbi maddələrini birtərəfli surətdə pozaraq 1935-ci ilin martında ümumi hərbi mükəlləfiy­yət keçirdi. 1935-ci il ingilis-alman dəniz müqaviləsi almanlara hərbi dəniz donanmasını artırmağa, sualtı qayıqlar hazırlamağa yol açdı ki, bu da faktiki olaraq Versal sazişlərinə ikitərəfli yenidən baxılması demək idi. 1936-cı ilin martında alman ordusu hərbisizləşdirilmiş Reyn zonasını tutdu. Hitler əslində bu addımı ilə riskə getdi. 1935-ci ilin oktyabrında yaxşı silahlanmış İtaliya ordusu Efiopiyaya soxuldu. 1936-cı ilin mayında Efiopi­ya xal­qının inadlı müqavimətinə baxmayaraq paytaxt Əddis-əbəbə tutuldu. Efiopiya İtaliyanın müstəmləkəsi elan edildi. Beynəlxalq ictimaiyyətin təzyiqi altında Millətlər Cə­miy­yəti İtaliyanı təcavüzkar dövlət elan etməyə məcbur oldu və onun­­la ticarətdə bəzi məhdudiyyətlər qoydu. Ciddi surətdə dünya müharibəsinə hazırlaşan Almaniya, İtaliya və Yaponiya tədricən hərbi blok yaratmağa başladılar. 1936-cı ilin oktyabrında beynəlxalq siyasətin əsas məsələlə­rində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nü­fuz dairələrinin hüdudlarını müəyyən etmək haqqında Alma­niya-İtaliya müqaviləsi imzalandı. 1936-cı ilin noyabrında Almaniya ilə Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra İtaliya da bu pakta qoşuldu. "Antikomintern paktı" bağlandıqdan sonra faşist dövlət­lə­rinin təcavüzkarlığı daha da artdı. 1934-cü ildə Yunanıstan, Rumıniya, Türkiyə və Yu­qoslaviya "Balkan Antantası" adlanan ittifaq yaratdılar. La­kin sonrakı hadisələr göstərdi ki, belə cəhdlər kiçik ölkələrə Almaniya və İtaliya təcavüzündən xilas olmağa təminat ver­mir. İkinci dünya müharibəsi başlanmazdan əvvəl "Balkan An­tantası" dağıldı. 1935-ci ilin mayında SSRİ-nin təşəbbüsü ilə təcavüzkara qarşı qarşılıqlı yardım haqqında Sovet-Fransa, Sovet-Çexos­lo­vakiya paktları imzalandı. 1938-ci ilin sentyabrın 29-30-da İngiltərənin baş naziri N.Çemberlen, Fransanın baş naziri E.Daladye, İtaliyanın "du­çe"si B.Mussolini və Almaniyanın "fürerı" A.Hitlerin iştirakı ilə Münhendə konfrans oldu. İngiltərə və Fransanın faşist döv­lətləri ilə sövdələşməsi Çexoslovakiyanın parçalanması haq­qın­da qeyri-qanuni müqavilənin imzalanması ilə möhkəm­lən­dirildi. Çexoslovakiya ərazisinin və əhalisinin 3/1 təşkil edən Sudet vilayəti və başqa rayonlar Hitler Almaniyası, bur­jua-mülkədar Polşası və Xorti Macarıstanına ve­rildi. Çünki Münhen sövdələşməsi Almani­ya­nın iştahasını daha da artırdı. 1939-cu ilin martında Almaniya Çexoslovakiyanın qalan hissəsini də işğal etdi. Çe­xiya və Mo­raviya Almaniya "protektoratı" oldular, "Müstəqil" Slovakiya­da isə oyuncaq faşist hökuməti yaradıldı. Münhen sazişi ilə SSRİ beynəlxalq aləmdən təcrid olun­muş oldu. Hitler və Çemberlen bir-birinə hücum etməmək haq­qında alman-ingilis deklarasiyasını imza­la­dılar ki, bununla da Almaniyaya Şərqi Avropada azad hərə­kət etmək imkanı ve­rildi. SSRİ 1939-cu ilin noyabrında Finlandiya ilə müha­ribəyə başladığına görə elə həmin ilin dekabrın 14-də təca­vüzkar dövlət kimi Millətlər Cəmiyyətindən çıxarıldı.1939-cu ilin aprelin 17-də SSRİ Qərb dövlətlərinə bə­rabər öhdəliklərə əsaslanan üçtərəfli saziş və hərbi müqavilə bağlamağı təklif etdi. Bu müqavilədə Baltik və Qara dəniz ara­sında yerləşən dövlətlərə qarşı təcavüz olduqda onlara yardım göstərilməsi nəzərdə tutulurdu. 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ-nin bir-bi­rinə qarşı hər cür zorkaılıqdan, hər cür təcavüz hərəkətindən (istər tək, istərsə də başqa dövlətlərlə birlikdə) imtina etməyi öhdələrinə götürməsini nəzərdə tutan 10 il müddətinə bir-birinə hücum etməmək haqqında sovet-alman müqaviləsi imzalandı. Müqavilənin məzmunu 1926-cı il müqaviləsinin başlıca müd­dəasına əsaslanırdı. Lakin Moskvada Molotov və Ribbentrop Baltik dənizindən Qara dənizədək hər iki tərəfin "maraq dairə­sini" müəyyənləşdirən "gizli əlavə protokol" da imzaladılar. . Pro­­to­kolda alman müdaxiləsinin şərqə doğru hüdudları müəy­yən olundu Almaniya Pribaltika respubli­ka­larına və Finlandiyaya soxulmamaq barədə öhdəlik götürürdü. Alman qoşunlarının irəliləməsi Tissa, Narev, Visla və San çayları xətti ilə məhdudlaşdırılırdı. Almaniyanın SSRİ üzərinə hücumu ilə 1939-cu il SSRİ-Almaniya müqaviləsi və onun gizli protokolu qüvvədən düşmüş oldu.



Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin