7. Paris sülh konfransında Azərbaycan nümayəndə heyyətinin iştirakı 1918-ci il dekabrın 7-də açılmış Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün oraya nümayəndə heyəti göndərdi. Ona parlamentin sədri Ə.M.Topçubaşov başçılıq edirdi. Nümayəndə heyəti, çoxpartiyalılıq əsasında formalaşmışdı. Paris sülh konfransı Kolçak hökumətini bütün keçmiş Rusiya ərazisində ali hakimiyyət orqanı kimi tanımaq haqqında qərar qəbul etmişdi. Azərbaycan, Dağlılar Respublikası, Estoniya, Kuban, Gürcüstan, Latviya, Litva, Ukrayna nümayəndələri sülh konfransının sədrinə birgə müraciətlə bu qərara etirazlarını bildirdilər. Onlar Vilsondan «14 maddəlik» məşhur proqramında əksini tapmış öz müqəddəratını təyin etmək hüququnun müstəqil dövlətlər kimi mövcud olan bu ölkələrə də şamil edilməsini və onların da rəsmən tanınmasını xahiş edirdilər.1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Təqdim olunmuş memorandumda Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi, onun bir illik inkişaf yolundan, istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət bilmiş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun real çıxış yolu olduğunu göstərmişdir.
Azərbaycan nümayəndələrinin Paris sülh konfransında irəli sürdükləri memorandumda aşağıdakılar irəli sürülürdü:
1. Sülh konfransı Qafqaz Azərbaycanının Rus imperiyasından ayrılmasını bəyənsin. Azərbaycan tamamilə müstəqil dövlət olmaqla Azərbaycan Xalq Cumhuriyyəti adlansın və sərhədləri əlavə edilən xəritədəki kimi müəyyənləşdirilsin.
2. Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri sülh konfransının və onun komissiyalarının işinə cəlb olunsun.
3. Azərbaycan Respublikası yüksək himayəsi altında olmaq istədiyi Millətlər cəmiyyətinin üzvlüyünə qəbul edilsin.
Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nömayəndəliyinin göndərilməsi məqsədəuyğun hesab edildi. ABŞ-ın təşəbbüsü ilə Sülh konfransı 1919-cu il iyun ayının əvvəllərində polkovnik K.V.Haskeli Ermənistanın ali komissarı təyin etdi. Oktyabr ayının əvvəllərində general Xarbordun başçılığı ilə Amerika nümayəndəliyi Cənubi Qafqaza göndərildi. Yerlərdə vəziyyətlə ətraflı tanış olan V.Haskel 1919-cu il avqust ayının 29-da Bakıda apardığı danışıqlarda Qarabağ və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və Dərələyəzdə Haskel ABŞ general-qubernatoru tərəfindən idarə olunan neytral zona yaradılmasını təklif etdi. 1919-cu il oktyabr ayının 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması və Amerika polkovniki E.Dellinin buraya qubernator təyin edilməsi barədə V.Haskelin bəyanatı elan edildi. Paris sülh konfransının Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycan, Gürcüstan və bir qədər sonra, Ermənistanın müstəqilliyini de-fakto tanıdı. Buna baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və təsdiqi məsələsini həmin ölkələrin beynəlxaq vəziyyətinin tam aydınlaşdırılmasına qədər təxirə saldı.1920-ci ilin yanvarın 19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına dəvət edildilər. İclasda müzakirə olunan məsələlərin əksəriyyəti Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Paris sülh konfransında dövlətlər tərəfindən tanınandan sonra Azərbaycanın xarici işlər nazirliyində Avropa və Amerikanın altı dövlətində – İngiltərə, Fransa, ABŞ, İtaliya, İsveçrə və Polşada diplomatik nümayəndəliklərin açılması haqqında layihə hazırlandı.
8. Vaşinqton konfransı və konfransında bağlanan müqavilələr ABŞ Avropa, Asiya və Afrikada heç bir üstünlüyə nail olmadığı üçün bunun əvəzini Uzaq Şərq, Çin və Sakit okeanda çıxmağa çalışırdı. 1920-ci ildə keçirilən prezident seçkilərindən sonra ABŞ-da hakimiyyətə gələn respublikaçılar partiyası yeni bir konfrans çağırmaq təşəbbüsü ilə çıxış etdi. Bu işdə ən çox fəallıq göstərən ABŞ-ın dövlət katibi, yaxud xarici işlər naziri Yuz idi. ABŞ konfransı çağırmaq üçün böyük dövlətlərdən olan İngiltərə və Yaponiyanı razı salmağı birinci dərəcəli vəzifə hesab edirdi. İngiltərə bu məsələyə əvvəl razı olmadıqda ABŞ bildirdi ki, əks təqdirdə İngiltərənin ona borclu olduğu 850 milyon funt-sterlinqin və ya 4 milyard dolların dərhal verilməsini tələb edəcəkdir. Həm də bu tələb qızıl paritetinə uyğun olmalıdır. İngiltərənin dominionları da ABŞ-ı müdafiə edir, Atlantik və Sakit okeanda İngiltərə və Yaponiyanın üstünlüyünü təmin edən 1902-ci ildə bağlanmış ingilis-yapon sazişinin ləğv edilməsini və İngiltərənin ABŞ-la yaxınlaşmasını tələb edirdilər. ABŞ istəyirdi ki, hələ 1899-cu ildə Cənub-Şərqi Asiyaya qarşı irəli sürülmüş “açıq qapı” doktorinasını həyata keçirsin və Yantszı çayı hövzəsində və Çinin cənubunda İngiltərənin nüfuz dairəsini ləğv etsin. ABŞ Çində baş verən hadisələrdən qorxuya düşmüş Yaponiyanı da bu işə məcbur etdiNəticədə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda 14 dövlətin iştirakı ilə yeni bir konfrans çağırıldı. Onun iştirakçıları ABŞ, İngiltərə və onun 4 dominionu, həmçinin Hindistan, Fransa, Yaponiya, İtaliya, Portuqaliya, Belçika, Niderland və Çin idi. Konfransın gündəliyində əsasən iki məsələ dururdu. Bunlardan biri dəniz silahlı qüvvələrini məhdudlaşdırmaq və müharibədə yeni silahlardan istifadə qaydası, digəri Sakit okean və Uzaq Şərq məsələsi idi. ABŞ-ın dövlət katibi Yuz, İngiltərənin xarici işlər naziri Balfur, Yaponiyanın xarici işlər naziri Kato konfransda həlledici sima idi. 1922-ci ilin fevralın 4-də bağlanan «4 dövlət sazişi»nə əsasən (ABŞ, İngiltərə, Fransa, Yaponiya) 1902-ci il ingilis-yapon sazişi ləğv edildi ki, bu ABŞ diplomatiyasının uğuru idi. Həmçinin bu dörd dövlət Sakin okeandanı mülklərini birə qorumaq haqqında öhdəlik götürdülər. 1922-ci il fevralın 4-də Yaponiya ilə Çin arasında da saziş bağlandı. Bu sazişə əsasən Çinin xeyrinə olaraq Yaponiya Şandun əyalətindən imtina etdi. İngiltərə də icarəyə götürdüyü Veyxoveyi limanını Çinə qaytardı.1922-ci il fevralın 6-da isə Çinə dair «9 dövlət müqaviləsi» bağlandı. Bu müqaviləyə əsasən onu imzalayan dövlətlər bildirirdilər ki, Çinin ərazi bütövlüyünə, suverenliyinə hörmət edirlər. Çinin inkişaf etməsi və möhkəmlənməsi, hökumət təşkil etməsinə tam imkan yaradacaq və kömək edəcəklər. Əslində bu saziş ABŞ-ın «açıq qapılar» siyasətinin reallaşması, İngiltərə və Yaponiyanın Çindəki nüfuzuna zərbə endirilməsi demək idi. Çin üçün "açıq qapılar" doktrinası onun suverenliyinə böyük zərbə idi. Çin böyük dövlətlərin sövdələşmə obyektinə çevrildi. Bu müqavilə Çində milli-azadlıq hərəkatını boğmaq üçün imperialistlərin birləşməsi, həmçinin onu yenə də yarımmüstəmləkə halında saxlamaq demək idi. Çində xaricilərin rabitə şöbələri və radiostansiyaları ləğv edilmədi. Çin kömrük məsələsində bərabər hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun ərazisindən çıxartmadılar. Mühüm strateji ərazilər yenə də böyük dövlətlərin sərəncamında qaldı. Yaponiya Lyaodun yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab etdilər.Konfransda birinci məsələ çox böyük müzakirəyə səbəb oldu. ABŞ nümayəndələri təklif edirdilər ki, xətt, kreyser, sualtı qayıqların su tutumunun miqdarı (tonnajı) ABŞ və İngiltərəyə əsasən götürülsün. Yaponiyaya isə az miqdarda donanma təklif edilirdi. İngiltərə kreyserlər üzrə tam üstün olduğu üçün onların məhdudlaşdırılmasına razı olmadı. Yaponiya da buna etiraz etdi. Xətt gəmiləri üzrə nisbət aşağıdakı qaydada müəyyənləşdirildi. 5- ABŞ: 5 İngiltərə: 3 Yaponiya: 1.75 – Fransa: 1.75 – İtaliya. Bu məsələ ilə əlaqədar fevralın 6-da «5 dövlət sazişi» bağlandı. Bu saziş bağlanarkən Yaponiya belə bir diplomatik uduş qazandı ki, Yaponiyanın əsas adalarından ancaq 5 min km uzaqlıqda ABŞ öz hərbi donanmasını və hərbi bazalarını yarada bilərdi. Vaşinqton konfransı Sakit okeanda qüvvələrin yeni quruluşunu müəyyənləşdirdi. Konfransın qərarları 1919-1920-ci illərin Paris konfransının qərarlarını müəyyən dəyişikliklərlə tamamlamış oldu.