1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Böyük Britaniya üçün Birinci Dünya müharibəsinin nəticələri



Yüklə 198,71 Kb.
səhifə11/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   7   8   9   10   11   12   13   14   ...   58
Müasir cavablar [1 - 60]..

13. Böyük Britaniya üçün Birinci Dünya müharibəsinin nəticələri
Birinci Dünya müharibəsinin əsas iştirakçılarından biri olan Böyük Britaniya bu savaşda ABŞ və Yaponiyadan sonra ən çox qazanan dövlət oldu. Bununla belə, Böyük Britaniya müharibə nəticəsində öz milli sərvətinin hissəsini itirdi, sənaye məhsulları istehsalı 20% aşağı düşdü. Müharibə dövründə hərbi işə tələbatla əlaqədar ölkədə bir sıra yeni sənaye sahələri – avtomobil, aviasiya, kimya sənayesi sürətlə inkişaf etsə də, ənənəvi sənaye sahələri olan gəmiçilik, toxuculuq və kömürçıxarma sənayesi ciddi durğunluq keçirdi. Bütövlükdə götürsək, müharibə illərində Böyük Britaniyada istehsal genişlənsə də, ingilis mallarının dünya bazarında rəqabət qabiliyyəti xeyli aşağı düşdü. Bu dövrdə ölkədə əkin sahələri 375 mln akra qədər artsa da, əvvəllər olduğu kimi, Böyük Britaniya yenə də ərzaq məhsullarına olan tələbatını xaricdən mal gətirilməsi hesabına ödəyirdi. Müharibə nəticəsində Böyük Britaniyada idxal iki dəfə artdı. Müharibəyə qədər o borc verən ölkə idisə, müharibədən sonra o, borclu ölkəyə çevrildi. Onun ABŞ-a borcu 850 mln funt-sterlinq, yəni 4 milyard dollara bərabər idi. Böyük Britaniya dünya maliyyə mərkəzi rolunu da itirdi. Belə ki, müharibədən sonra dünya maliyyə mərkəzi Londonun Siti bankından Nyu-Yorkun UollStrit bankına keçdi. O, ABŞ-dan asılı vəziyyətə düşdü. Avropada Fransa ilə, Asiyada isə Yaponiya ilə rəqabətə onun malları davam gətirə bilmədi. Xaricə kapital qoyuluşu 25% ixtisar edildi. Ölkənin dövlət borcu 12 dəfə artaraq 650 mln funt-sterlinqdən 7 milyard 829 mln funt-sterlinqə çatdı.
Müstəmləkə imperiyası kimi tanınan Böyük Britaniyanın Birinci Dünya müharibəsidən sonra müstəmləkələr ilə münasibətlərində də ciddi dəyişikliklər baş verdi. Böyük Britaniya müstəmləkələrə münasibətində siyasi manevr etmək metodunu tutmağa məcbur oldu. Birinci dünya müharibəsində Böyük Britaniya 744 min adam itirdi, 1 milyon 693 min adam isə yaralandı və şikəst oldu. Müharibə fəhlə hərəkatına da təsir etdi. Tred-yunion təşkilatlarının üzvlərinin sayı 1,5 dəfə artdı. Müharibənin ən mühüm nəticələrindən biri də istehsalın və kapitalın sürətlə təmərgüzləşməsi və mərkəzləşməsi idi. Müharibə dövründə bir sıra yeni inhisar bilikləri yarandı. Bunlardan ən məşhuru 1916-cı ildə yaradılmış Böyük Britaniya Sənaye Federasiyası idi. Müharibə Böyük Britaniya inhisarçılarına çox böyük gəlir gətirdi. Müharibənin Böyük Britaniya üçün uğurlu nəticələrindən biri də Almaniyanın müvəqqəti də olsa, ondan asılı vəziyyətə düşməsi, Almaniya donanmasının tamamilə məhv edilməsi idi. Müharibə nəticəsində Böyük Britaniya Almaniya və Türkiyənin müstəmləkələri hesabına öz müstəmləkə ərazisini 2,6 mln.km2, əhalisini isə 9 mln nəfər artırdı. Ümumiyyətlə, Böyük Britaniya dünyada yeganə dövlət idi ki, öz ərazisindən 109 dəfə çox müstəmləkə ərazisinə sahib idi. İngiltərə yenə də güclü donanmaya malik idi və dənizlər hökmdarı rolunu özündə saxlaya bildi. Böyük Britaniya Millətlər Cəmiyyətində hakim mövqe tutdu. Almaniyadan alınan təzminatın da 22%-i ona çatmalı idi. Müharibənin son mərhələsində Rusiyada baş verən Fevral inqilabı və Oktyabr çevrilişi Böyük Britaniyada narahatlığa səbəb oldu. Böyük Britaniya digər iri kapitalist dövlətləri ilə birgə bolşevizmə qarşı «xaç yürüşü»nün təşkilində fəal iştirak etdi. Təsadüfi deyil ki, o zaman İngiltərənin hərbi naziri olan Uinston Çörçill demişdi ki, gələcəkdə bolşevizmin bəşəriyyət üçün fəlakətə çevrilməməsindən ötrü onun körpəsini beşiyindəcə məhv etmək məqsədilə mən Sovet Rusiyasına 14 dövlətin yürüşünü təşkil etmişəm.


Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin