377
12-ci Fəsil
Kəşfiyyatin İdarə Edilməsi
və Onun Üzərində Nəzarət
Albay Fred Şreyrer
Kəşfiyyat nədir?
Kəşfiyyatın çoxlu sayda tərifi vardır
342
,lakin onlar aydınlaşdırıcı yox, da-
ha çox çaşdırıcıdır
343
. Ümumiyyətlə baxsaq,kəşfiyyat beş məna daşıyır: (1)
xüsusi bilik;(2) həmən biliyi yaradan təşkilat növü; (3) bu təşkilatın apardı-
ğı fəaliyyət
344
; (4) bu fəaliyyətləri istiqamətləndirən proses; və (5) bu fəa-
liyyətlər və proseslərdən çıxan nəticə.
Kəşfiyyat,dar çərçivədə geniş kateqoriya məlumatların ixtisar olunmuş
variantıdır və bu məlumat,müasir bilik idarəetmə nəzəriyyəsi ierarxiyasında
dəyər yaradılması zəncirinin bir addımdır və o,məlumat bazasından başlayıb
informasiya əldə olunmasına gətirir və sonra bilgi formalaşdırıb son nöqtəyə
çatır. Bilgi, toplanmış məlumatlarda deyil, istifadəçidə yığılır və bilgi yara-
dılmasında ancaq insan amili mərkəzi rol oynaya bilər. Külli miqdarda mə-
lumat(o çox olduqca ucuz olur),istehsalın yeganə amilidir ki,ondan istifadə
zamanı dəyər qazanır
345
. Əgər daha çox adam eyni məlumat bazası və məlu-
matlarla işləyirsə, o zaman onlar bilgi formasında daha böyük dəyərlər qaza-
nırlar. Ümumiyyətlə, informasiya, üzə çıxarılmasından asılı olmayaraq mə-
lum olan istənilən şey ola bilər,kəşfiyyat isə xüsusi bilgiyə isnad edir və si-
342
Başqa təriflər üçün bax:
http://intellit.muskingum.edu/whatis_folder/whatisintelintro. html
343
Tərif məsələlərinin geniş müzakirəsi üçün bax: Codevilla, Angelo. 1992. Informing Statecraft:
Intelligence for A New Century; New York: The Free Press; pp. 3-47.
344
Kent, Sherman. 1965. Strategic Intelligence for US World Policy. Hamden: Archon Books, p.
xxiii.
345
Torpaq,əmək və pul –istehsalın ənənəvi amilləri– itmir, lakin onlar bilgi üçün ikinci dərəcəli olur.
Şirkətlər Net-in virtual formasında doğulurlar, məsələn ‘etoys’ və ‘amazon.com’ bir çox hallarda
ənənvi istehsalat amillərinə məhdud yatırım qoyaraq öz dəyərlərini çox sayda artırdılar.
378
yasətcilərin və siyasi rəhbərliyin və ya hərbi komandirlərin və planlaşdırıcı-
ların bəyan edlmiş və ya başa düşülən ehtiyaclarını təmin edir. Digər tərəf-
dən, bu xüsusi bilgi gizli bilgi sayılır və gözlənilməyənin öncədən gözlənil-
məsidir.
Bu xüsusi bilgini verən təşkilata da kəşfiyyat deyilir. Xarici Kəşfiyyat
Xidməti xarici təhlükəsizliklə bağlı məlumatlar verir; Daxili Kəşfiyyat və ya
Təhlükəsizlik Xidmətləri ölkənin daxili təhlükəsizliyi ilə bağlı müvafiq kəş-
fiyyat məlumatlarını verir.
Kəşfiyyat təsisatlarının apardığı fəaliyyətlərə də kəşfiyyat deyilir. Bu fəa-
liyyətlər kəşfiyyat təsisatlarının dörd kateqoriyalı funksiyalarının çərçivəsin-
də olur; kəşfiyyat toplanması;kəşfiyyat analizi; cəmiyyəti və özünün kəşfiy-
yat imkanlarını düşmən kəşfiyyatı fəaliyyətlərindən,aldatma və sabotajdan
qorumaq üçün əks-kəşfiyyat; və milli maraqlardan çıxış edərək xaricdə və-
ziyyətə və şəraitlərə təsir edən gizli fəaliyyətlərdən ibarət olan gizli əməliy-
yat.
Kəşfiyyat təsisatlarının fəaliyyətlərini istiqamətləndirən prosesə də kəş-
fiyyat deyilir-onların vasitəsilə hökümətin və ya hərbi rəhbərliyin tələbatla-
rına cavab vermək üçün məlumat bazası və məlumatın özü müəyyən edi-
lir,əldə edilir və analiz edilir. Və ya daha ümumi olaraq: proses kimi, kəşfiy-
yat bir vasitəsdir və hökümət və ya hərbi rəhbərlik sorğu verir və kəşfiyyat
təşkilatları məlumatları toplayır,analiz edir və müəyyən növ tələb olunan in-
formasiyanı yayır. Bu bir növü beş addımdan ibarət kəşfiyyat dairəsində baş
verir: planlama və istiqamətlənmə; məlumatların toplanması; informasiya
üzərində işləmə, analiz və nəticə ortaya qoyma və məlumatların yayılması.
İnformasiya üzərində işləmə dərəcələri fərqlidir. Tutulan mesajlar,görü-
nüş və gizli əldə edilmiş çoxlu sənədlər ehtiyatlı izahat tələb edir. Başqa
yollar nisbətən şəffaf ola bilər,lakin hətta onlar da izahatı zəruriləşdirir. Be-
ləliklə, çoxlu sayda kəşfiyyat materialları informasiya üzərində işləmənin
vacib elementləridir və bu fərqlilik dəqiq olaraq hərbçilərin qəbul etdiyi fər-
qlilik kimidir,“üzərində işlənməmiş istənilən növ məlumat bazası” sadəcə
məlumatdır və “məlumat üzərində işləmdən alınan məhsul” isə kəşfiyyat-
dır
346
. Ona görə də , bütün kəşfiyyat məlumatdır,lakin bütün məlumatlar
kəşfiyyat sayılmır.
347
346
British Joint Operational Intelligence. 2000. Joint Warfare Publication 2-00; Annex 1A, p. 1.
347
Lowenthal, Mark. 2003. Intelligence: From Secrets to Policy. 2
nd
ed. Washington D.C.: CQ Press,
p. 2.
379
Diplomatik və digər mənbələrdən yığılan informasiyalarla müqayisədə,
kəşfiyyat daha çox “itələmək” nəinki “çəkmək”-lə işləyir və onların üzərin-
də işlənmə toplanmış dəlillərə əlavə dəyər verir. Yekun nəticə odur ki, kəş-
fiyyat çətin suallarla məşğul olmağa çalışır və burada gizlətmə və ya aldat-
ma elementləri də ola bilər.
Nəhayət,kəşfiyyat təsisatlarının fəaliyyətlərindən və proseslərindən çı-
xan məhsul də kəşfiyyat adlanır. Bu məhsullar xəbərdarlıqdan və vəziyyətlə
bağlı hesabatdan,brifinq, qiymətləndirmə,təxminlərdən başlamış ən yaxşı is-
tifadə oluna biləcək formada analizlərə qədər uzanır. Məhsul, dəqiq və vax-
tlı-vaxtında olmalıdır.
Kəşfiyyat dəqiq məhsul olduğundan,istifadəçinin xüsusi tələbatlarını ödə-
mək üçün, o özünün sifarişçilərini,şahid ifadələri,gümanlar və nəticələrə
əsaslınmış analitik materiallarla inandırmalıdır. Digər tərəfdən, ehtimal
analizi məsləhət görülür: siyasəti irəli aparmaq və ya müdaxilə planlaşdır-
maq və ya hərbi əməliyyatlar aparmaq üçün imkanlar,şanslar və zəif nöqtə-
lərin ayırd edilməsi. Beləliklə, kəşfiyyat analizlərə,təqdimatlara və inandır-
malara edilən vurğulardır və o kəşfiyyatı daha çox xəbər xarakterli məlu-
matlardan ayırır. Əlavə olaraq, informasiya üzərində işləmənin vurğulanma-
sı kəşfiyyatın proqnoz rolu ilə də gücləndirilir,çünki kəşfiyyatın ən böyük
dəyəri onun gələcəyə bələdciliyidir
348
. Ona görə də, kəşfiyyat arxeologiya
kimidir: dəlilləri tapmaqla bərabər onları şərh eləməkdır
349
. Kəşfiyyatı me-
dia tipli məlumatdan fərqləndirən, bacarıq və zəkadır-baxmayaraq ki, ən
yaxşı kəşfiyyat əldə edilməsi də biliyin təminatı deyil. Buna baxmayaraq,
kəşfiyyat obyektiv təxmin və proqnoz kimi taninmalı və təkcə, demokratik
qaydanın hər hansı konsepsiyasında yox, həm də beynəlxalq əməkdaşlığın
çoxtərəfli miqyasında da əhəmiyyətli yer tutmalıdır.
Kəşfiyyatın Məqsədi Nədir?
Kəşfiyattın məqsədi höküməti məlumatlandırmaqdır:həqiqəti hakimiyyətə çat-
dırmaq. Kəşfiyyat xidmətlərinin vəzifəsi, başqa vasitələrlə daha yaxşı,daha təhlü-
kəsiz və ya daha ucuz əldə edilə bilinməyən gizli və sirli saxlanılan məlumatların
toplanmasıdır.Kəşfiyyat,qərar verən siyasi və hərbi rəhbərliyə xidmət edir və onla-
348
Herman, Michael. 2001. Intelligence Services in the Information Age. London: Frank Cass
Publishers, pp. 7-9.
349
Ibid. p. 10.
380
rın tabeçiliyindədir. O, (1) öncədən xəbərdarlıq üçün; (2)uzun müddətli ekspertiz
təmin etmək üçün
350
; (3) münaqişə və hərbi əməliyyatlarda qərar vermə və siyasi
qərarlar qəbul etmə proselərini dəstəkləmək üçün; və (4) sirləri saxlamaq və qoru-
maq üçün mövcuddur və bunlar kəşfiyyatın məğzini göstərir.
• Öncədən Xəbərdarlıq
Kəşfiyyat xidməti həmişə hökümətə,ölkəyə və onun silahlı qüvvələrinə strateji
sürprizin qurbanı olmamaları üçün kömək etməlidir. Beləliklə, kəşfiyyat xidmətləri
yaxınlaşan böhranlar haqqında xəbərdarlıq etmək iqtidarında olmalı və mümkün
sürprizləri,təhlükələri,qorxuları və ya hücumları öncədən aşkarlamalıdır. Mühüm
milli infrastrukturun müdafiə olunmaq dərəcəsinin zəifliyini və kiçik hərbi və təh-
lükəsizlik qüvvələrini nəzərə alsaq,xəbərdarlıq funksiyasının əhəmiyyəti atrır. Mü-
dafiəni təşkil etmək və silahlı qüvvələri yenidən qurmaq lazım olarsa, onu adaptasi-
ya etmək üçün müəyyən vaxt tələb olunur.Öncədən xəbərdarlıq beləliklə zərurətə
çevrilir.
• Uzun Müddətli Təcrübənin Təmin Edilməsi
Kəşfiyyat orqanları, qismən hökümət mütəxəssisi kimi müəyyən metodlardan
istifadə edərək məlumat bazası və məlumatlardan kəşfiyyat toplayır, analiz edir və
məhsul ortaya qoyur, eyni zamanda onlar müəyyən sahələr üzrə qismən ekspert
olur və bu iki sahə arasında tarazlıq saxlamaq rolunu da oynayırlar. Rəsmi olaraq,
kəşfiyyatın əhatə etdiyi miqyas qeyri-məhduddur,lakin bir necə sahə üzrə mövcud
qaydalar kəşfiyyat xidmətinə onlarla məşğul olmağa imkan vermir. Kəşfiyyat xid-
mətlərinin məşğul olduğu bir çox subyektlərlə bağlı açıq məhdudiyyətlər vardır. Bu
o sahələrdir ki, onlar orada başqa bilgi mənbələri üzərində nisbət üstünlüyünə ma-
likdirlər və bunlar milli təhlükəsizliyin bir-birini qarşılıqlı əvəz edən, lakin asan ta-
nina bilən ideyalarını birləşdirir. Orada kəşfiyyatın ən böyük işi, real və potensial
rəqiblərin niyyətlərini, zorakı dəyişikliyə aparan riskləri, onun qorxularını və yara-
nacaq qeyri -sabitliyi üzə çıxartmaqdır və həmçinin, bu hadisələri meydana gətirə
bilən vəziyyəti,münaqişələrdə istifadə oluna biləcək metodları və vasitələri,təhlü-
kənin potensialını və artma miqyasını aşkar etməkdir.
Strateji vəziyyətin dəqiq bilinməsi,mümkün və ehtimal olunan gedişlər,ris-
klər,təhlükələr,qorxular və imkanlar öncədən xəbərdarlığı təmin etmək etmək zəru-
rətindən başqa, həm də ilkin şərtdir: (1) milli maraqların müəyyən edilməsi; (2)
sanballı milli təhlükəsizlik strategiyasının hazırlanması, müvafiq milli təhlükəsizlik
strategiyası və uyğun hərbi strategiyalar; (3) mühüm ölkə infrastrukturunu qoruyan
350
Ibid. pp. 2-5.
381
qüvvələrin,həm təhlükəsizlik qüvvələrinin , həm də silahlı qüvvələrin missiyaları-
nın müəyyən edilməsi; və (4) doktrinlərin müıyyən edilməsi və onların əməliyyat-
lara köcürülməsi.
Sadəcə,əgər ali siyasi qərar verənlər və rəhbərliyin,silahlı qüvvələrin rəhbərliyi
və onların planlaşdırıcıları və müşavirlərinin dünyada gedən proseslər,mümkün ge-
dişlər,potensial və mövcud təhlükələr,qorxular, risklər,imkanlar və şanslarla bağlı
lazımi səviyyədə məlumatları olsa,onlardan daxili və xarici təhlükəsizlik,milli mü-
dafiə və beynəlxalq münasibətlər sahəsində sanballı fikirlər və siyasətlər gözləmək
olar. Digər tərəfdən, bilgi,gözlənilməyən hadisələr üzrə planlaşdırma və vaxtlı-vax-
tında xəbərdarlıq,məhsuldar və səmərəli milli böhran idarəetməsi üçün ilkin şərtlər
sayılır. Kəşfiyyat xidmətləri belə bilgi üçün əsas verir.
Qərar vemə və siyasət formalaşdırma proseslərinin dəstəklənməsi
Strateji,siyasi və iqtisadi mühitin Soyuq Müharibə bitəndən sonra dəyişməsi,hö-
kümətlərin təhlükəsizliklə bağlı məsələlərə tələbatlarını artırdı. Transnasional ris-
klərin və qorxuların hakim olması,milli təhlükəsizliyi bölgəsəl və qlobal sabitliyin
və eyni inkişaf səviyyəli ölkələrin asılılığına çevririr. Coqrafi uzaqlıq müvafiq təh-
lükəsizliyi artıq təmin edə bilmədiyindən, dövlətlər böhranlara və münaqişələrə tə-
sir etməli və təlükəsizlik və xarici siyasətin səyləri artıq daha çox münaqişələrin
qarşısının alınması,böhran idarəetməsi, böhrana cavab və koalisiya tərkibində mü-
daxiləyə fokuslanmalıdır. Bu daha çox belədir,çünki qlobal,bölgəsəl və transnasio-
nal siyasi,iqtisadi,sosial və hərbi problemlərin rəngarəngliyi və artan büdcə məhdu-
diyyətləri,dövlətləri riskdən qaçınmaq yanaşmasından, riski idarəetmə yanaşması-
na keçməyi tələb edir.
Qərar vemə və siyasət formalaşdırmasına, təkmilləşmiş kəşfiyyat dəstəyi lazım-
dır,çünki 21-ci əsrin dünyası yeni təhlükələrlə,tarixdə hec bir zaman rast gəlinmə-
yən qeyri-müəyyənlik və gözlənilməzliklərlə qorxudulmuşdur. Perspektiv gediş-
lər,üç tendensiyanı üzə çıxarır və onlar təhlükəsizlik problemlərini artırır,qiymət-
ləndirmələri mürəkkəbləşdirir,gedişlərin gözlənilməzliyini azaldır və böhran və
münaqişələri hesablana bilməyən edir:
• Böhranların,münaqişələrin və təhlükələrin səbəblərini çoxölçülü
edən subyektlərin,böhran mənbələrinin və güc tətbiqi və müharibə apar-
maq vasitələrinin artırılması.
• Zorakılığın artan istiqamətdə şəhərə yerdəyişməsi və daxili təhlükə-
sizliyin və ya ictimai asayişin sahəsinə çevrilməsi, şəxsi həyatın toxunulmazlı-
ğını sarsıdan, yeni və əsasən asimmetrik və ya qeyri-adi münaqişə formaların-
da iqtisadi,etnik,dini və ideloji əsasda sosial ziddiyyətlərin artması.
382
• Texnoloji yeniliklərin və inkişafın sürətləndirilməsi, bir tərəfdən,
qarşılıqlı bağlılığa,informasiyaya çıxışa,artan iqtisadi və maliyyə qarşılıqlı
asılılığa və beynəlxalq münasibətlərin genişlənən şəbəkələrinə və digər tə-
rəfdən, regional və qlobal qarşılıqlı asılılığı və həmçinin,inkişaf etmiş ölkə-
lərin zəif nöqtələrini artıran müdaxilə,dağıntı və pozuntu vasitələri və me-
todlarının geniş tətbiqinə gətirir.
Yeni dinamikaların və zəif nöqtələrin yaranması ilə,ölkəyə rəhbərlik daha
çətinləşmişdir. Onlara cavab vermək üçün bütün bunları hökümətlər başa düş-
məlidir. Tez-tez, mümkün variantlar problemin nə qədər erkən müəyyən edil-
məsindən asılı olur. Düzgün variantın seçilməsi,öz növbəsində,nəticələrin necə
olacağını hesablamaqdan asılıdır. Fəaliyyət istiqaməti seçiləndən sonra, lazımi
dəyişikliklərin edilməsi üçün verilən qərarın təsirlərinin nə olacağını bilmək
əhəmiyyətlidir. İstənilən halda,düzgün qərarın verilməsi alınan kəşfiyyatın key-
fiyyəti ətrafında fırlanacaqdır. Ona görə də, savadlı qərar –vermə və siyasət for-
malaşdırılması yaxşı kəşfiyyat,qiymətləndirmə və xəbərdarlıq tələb edir. Yaxşı
kəşfiyyat yaxşı siyasətə təminat vermir,lakin pis kəşfiyyat uğursuz siyasətə tə-
minat verir.
Bu baxımdan,kəşfiyyat məsuliyyətli demokratik rəhbərliyin əlində, öz xalqı
qarşısında tam cavabdeh olması və ölkəyə qarşı yönəlmiş niyyətləri bilməsi və
təhlükəsizliyə yönəlmiş qorxuların vaxtında aşkarlanması və zərər,ölüm və da-
ğıntılara qarşı vaxtında önləyici tədbirlərin hazırlanması baxımından əsas təmi-
natçıdır
351
.
Sirlərin saxlanması və Qorunması
Əgər hökümət xalq,seçicilər və vergi-verənlər tərəfindən legitimliyi saxla-
maq,qəbul edilmək,dəstək almaq istəyirsə,demokratik cəmiyyətdə hökümətin,döv-
lət idarəetməsinin və bütün idarələrin fəaliyyətinin şəffaflığı vacibdir
352
. Lakin,baş-
qalarının gizli və sirli saxladıqları informasiyanı əldə etmək üçün,hökümət kəşfiy-
yat xidmətlərinə arxalanmalıdır və onları əldə etmək başqa hökümət idarələrinin
əlində olmayan imkanlar və səlahiyyətlər tələb edir. Kəşfiyyat xidmətləri müdaxilə-
351
Lustgarten, Laurence & Leigh, Ian. 1994. In from the Cold: National Security and Parliamentary
Democracy, Oxford: Clarendon Press
352
Hulnick, Arthur. Winter 1999. Openness: Being Public About Secret Intelligence. International
Journal of Intelligence and Counterintelligence. Vol. 12, no. 2; pp. 463-483. Robertson, K. G. 1999.
Secrecy and Open Government. New York: Macmillan. And: Turner, Stansfield. 1985. Secrecy and
Democracy. Boston: Houghton Mifflin.
383
edici metodlardan istifadə üçün qanuni səlahiyyətlərə malik olmalıdırlar
353
. Önəmlisi
odur ki, onlar məlumat toplanmasını və analizini sirli etməlidirlər. Beləliklə,sirlilik qiy-
mətsiz resursdur
354
. Sirliliyin mənası odur ki, kəşfiyyat xidmətlərinin fəaliyyətləri və
məhsuldarlığı başqa hökümət idarələri kimi şəffaf ola bilməz və həm də onlar, o biri
təşkilatlarla eyni dərəcədə ictimai nəzarət və müzakirə mövzusu ola bilməz. Resursla-
rın ayrılması üzrə məlumatların və ya kəşfiyyat xidmətlərinin uğurları barədə məlumat-
ların dərc olunması, onun imkanlarını və hədəflərini üzə çıxarmaq baxımından riskli-
dir, və belə etməklə onların səmərəliliyi ciddi surətdə təhlükədə qala bilər. Beləliklə,
kəşfiyyat xidmətlərinin öz işlərini səmərəli aparmaları üçün, bir çox fəaliyyət sahələri
vardır ki, onlar sirli olmalı və sirli qalmalıdır
355
. Demokratik ölkələrdə, kəşfiyyatın ən
azı üç mövzusu həssas məsələ kimi qəbul edilmişdir.
1. Kəşfiyyat hədəfləri,mənbələri,əməliyyatları,metodları,prosedurları
və toplama vasitələri ilə bağlı bütün məlumatlar.
2. Operativ işçilərin anonimliyi və onların bilgilərinin qorunması.
3. Xarici kəşfiyyatın və inanılmış təhlükəsizlik xidmətlərinin təmin
etdiyi kəşfiyyat xəbərlərinin mənbəyi və detalları.
Bütün təhlükəsizlik xidmətləri bu məsələlərdə sirrin saxlanılmasını tələb edirlər.
Onlar mənbələrin kimliyini və alınan məxvi məlumatın gizliliyini qorumağa təmi-
nat vermək iqtidarında olmalıdırlar. Bu təkcə kəşfiyyat xidmətinin işçilərinin qo-
runması üçün deyil,həm də bu xidmətlərlə dünyanın başqa yerlərində işləyən
adamlar üçün də edilməlidir. Sirlilik zərurətdir,çünki bu real və potensial mənbələ-
rin təhlükəsizliyinə təminat vermək üçün yeganə yoldur. Heç kim, mənbələri icti-
maiyyətə açıqlayan kəşfiyyat xidmətinə könüllü işləməz.
Xidmətin operativ işçilərinin anonimliyinin zərurəti birinci mövzudan çıxır.
Əgər əməliyyata cəlb olunan işçilər ictimaiyyətə məlumdursa,hədəflər,mənbələr,
əməliyyatlar,metodlar,prosedurlar və toplama vasitələri sirli qala bilməz. Kəşfiyyat
353
Kəşfiyyat xidmətləri, xidmətlərin məsuliyyət sahəsini,onların səlahiyyətlərinin miqyasını,nəzarət
və hesabatlılıq mexanizmlərini və həmçinin,hüquqlar pozulan zaman şikayətlərlə məşğul olmaq üçün
hüquqi vasitələri müəyyən edən hüquqi çərçivə haqqında qanun qəbul edilməsini tələb edirlər.
Kəşfiyyat fəaliyyətinə rəhbərlik etmək üçün nizamnamə tənzimləmələri,koordinasiya və nəzarət
sistemləri tələb olunur. Bu cür sistem qanunlardan,sərəncamlardan,göstərişlərdən və nazirlik və idarə
təlimatlarından təşkil olunur.
354
Herman, Michael. 2001. Intelligence Services in the Information Age. London &
Portland, OR: Frank Cass,pp. 4-6.
355
ABŞ-da Milli Təhlükəsizlik Aktına görə, MKİ şəxsən ABŞ kəşfiyyatının mənbələrini və
metodlarını qorumağa cavabdehdir.
384
xidmətinin işçilərinin kimliklərinin açıqlanması onları təhlükə altına qoyar və əks-
kəşfiyyat hücümlarına məruz qoyar. Kəşfiyyat xidmətlərinin bilgiləri və fəaliyyət-
ləri qorunmalıdır,çünki açıqlanarsa niyyətlər,məlumat toplama səylərinin konkret
hədəfləri,həmçinin,toplama sistemlərinin imkanları üzə çıxar –acıqlanmalar ehtiyat
tədbirlərinə və səmərəli əks-tədbirlərə,əməliyyatların və həmçinin, gələcəkdə məlu-
mata çıxış və məlumat toplanmasının pozulmasına gətirər. Çox zaman kəşfiyyyat
uğurları gizli saxlanılır ki, davamlı kəşfiyyat məlumatları toplanması davam etsin.
Əgər hökümət,öz kəşfiyyat xidmətlərinin xarici ölkələrin kəşfiyyat və təhlükə-
sizlik xidmətləri ilə əməkdaşlıq etməsində və kəşfiyyat mübadiləsi aparmasında
maraqlıdırsa
356
,o zaman kəşfiyyat məlumatlarının mənbəyinin sirli saxlanması və
məlumatların məzmunu və verilən qiymətləndirmələrin gizliliyinin təmin oluması
mühüm məsələyə çevrilir. Bütün sənədlər və kəşfiyyat məlumatları daşıyıcıları bu
işləri təmin edən ölkənin varıdır və bu ölkənin izni olmada onlar yayıla bilməz.
Kəşfiyyat məlumatları,hansı ölkə ilə kəşfiyyat mübadiləsi haqda razılıq varsa, onla-
rın uyğun xidmətlərinə verilə bildiyindən,onlardan da eyni dərəcədə sirliliyin sax-
lanması gözlənilməlidir. Kəşfiyyat məlumatlarına çıxış,onların gizlədilməsi, yayıl-
ması və onların arxivi üçün aydın prinsiplər və qaydalar müəyyən edilməlidir və bu
qaydalar və prinsiplər kəşfiyyat xidmətinin öz işçiləri və ictimaiyyət üçün və həm-
çinin, xarici hökümət rəsmiləri və idarələri üçün də edilməlidir.
Lakin, hər şey qorunmamalı və sirli saxlanmamalıdır. O zaman bu edilməlidir
ki, açıqlanan məlumat həssas məlumat mənbələrini və metodlarını çıxılmaz vəziy-
yətdə qoyur və ya onu aşılayır və məlumatın açıqlanması kəşfiyyatın öz-özünü
məhv etməsinə aparır. Kəşfiyyatın həm faktiki,həm də uydurulmuş formada ictima-
iləşməsi sərtləşdikcə,liberal demokratik ölkələrdəki əhali hökümətin informasiyala-
rı həddən artıq gizli saxladığını və həddən artıq sirr saxladığını düşünürlər. Açıq
cəmiyyətdə, xalqın iradəsinin uzun müddət qarşısnin alınması nəticəsiz qala bil-
məz. İndiyə kimi,müəyyən şəffaflığı təmin etmək üçün və eyni zamanda ictimai
maarifləndirmə məqsədinə çatmaq üçün ən səmərəli yol, ictimaiyyətin birbaşa ola-
raq kəşfiyyatın,onun bilgisinin və qiymətləndirmələrinin verdiyi məhsuldan birbaşa
faydalanmasıdır. İndiki zamanda, ABŞ-da rəsmi kəşfiyyat üzrə çap olunmuş, bir
çoxu hədsiz dərəcədə faydalı olan materialları açıq surətdə əldə etmək mümkündür
və ya onlar açıq satışdadır. Çoxlu sayda kəşfiyyat orqanlarının İnternetde öz web
saytları vardır və onların içindəki məlumatlar hər gün artır
357
. Hətta kəşfiyyat xid-
356
Richelson, Jeffrey T. & Ball, Desmond. 1985. The Ties That Bind: Intelligence Cooperation
among the UKUSA Countries. Boston: Allen & Unwin. And: Wylie, Neville. July 1996. Keeping the
Swiss Sweet: Intelligence as a factor in British Policy Towards Switzerland During the Second World
War. Intelligence and National Security. Vol. 11, no. 3; pp. 442-467.
357
Bax: The US Central Intelligence Agency (
http://www.cia.gov/
). The British Security Service
(MI5) (
http://www.mi5.gov.uk/
). The German Bundesnachrichtendienst
385
mətləri üçün etika kodeksləri də web saytlarında yerləşdirilir. Aydındır ki, hər bir
kəşfiyyat xidməti ictimaiyyəti Mərkəzi Kəşfiyyat İdarəsi kimi öz saytında World
Fact Book məlumat bazası ilə təmin etmir
358
. Akademik dairələrdə bu məlumatlar-
dan çox istifadə olunmasına və yüksək qiymətləndirilməsinə baxmayaraq, ancaq
böyük xidmətlər bu cür məlumat bazalarının yenilənməsi üçün resurslara malikdir-
lər. Buna baxmayaraq,hətta kiçik ölkələrin xidmətləri də ictimai maraq kəsb edən
öz məhsullarını və qiymətləndirmələrini sirli məlumatdan ayırıb ictimaiyyətə açıq-
laya bilərlər, xüsusilə də,bu cür materiallar faktiki olaraq mübahisəli məsələlərin,
gedişlərin, hadisələrin və hökümətin movqeyini aydınlaşdırmağa kömək etdiyi hal-
larda.
Demokratik ölkələrdə həm arzulanan,həm də tələbat olan, kəşfiyyata qarşı xoş
ictimai münasibətdən əlavə,ictimai əməkdaşlıq çox əhəmiyyətlidir. Kəşfiyyat xid-
mətləri öz telefon,faks və e-mail adreslərini açıqlayaraq, vacib ictimai dəstəyi artı-
rırlar.
Dostları ilə paylaş: |