Kəşfiyyatın hansı Kateqoriyaları vardır?
Kəşfiyyat müxtəlif yollarla qruplaşdırıla bilər. Ümumiyyətlə,iki cür kəşfiyyat
kateqoriyası fərqləndirilə bilər.
• Təhlükəsizlik Xidməti, daxili təhlükəsizliyə müvafiq kəşfiyyat mə-
lumatları verir; dövlətin, Konstitusiya qaydalarının, cəmiyyətin və ölkənin
ərazi bütövlüyünün, hava və dəniz məkanının xarici mənbəli fəaliyyətlər-
dən, məsələn,devirim,casusluq,sabotaj və siyasi motivli zorakılıqdan qo-
runması ilə bağlı. Təhlükəsizlik məlumatları,daxili təhlükəsizliyi təmin et-
mək və ictimai asayişi qorumağa kömək etmək üçün daxili kəşfiyyat və ya
təhlükəsizlik xidmətləri vasitəsilə toplanır
359
.
• Xarici Kəşfiyyat, xarici təhlükəsizlik və erkən xəbərdarlıqla əlaqə-
dar müvafiq kəşfiyyat məlumatları verir. Xarici təhlükəsizliyin təmin edil-
məsi, risklər,təhlükələr,qorxular və imkanlar və hadisələr və onların nəticə-
ləri haqqında bilgi tələb edir. Ona görə də,dövlətə və onun xaricdəki ma-
raqlarına real və potensial təhlükələri təmsil edən xarici dövlətlərin, təşki-
latların,qeyri-dövlət qruplarının,onların agentlərinin və tərəfdaşlarının niy-
(
http://www.bundesnachrichtendienst.de/start.htm
). The Canadian Security and Intelligence
Service (
http://www.csis-scrs.gc.ca/
) and the Russian Intelligence Service (
http://www.fsb. ru/
)
358
Bax:
http://www.cia.gov/cia/publications/factbook/goes/af.html
359
Böyük Britaniya Təhlükəsizlik Xidməti(MI5),təhlükəsizlik kəşfiyyatı agentliyi olsa da, onun
fəaliyyətinə Britaniyanın iqtisadi firavanlığına xaricdən gələn təhlükələri qorumaq missiyası da
daxildir. Bax:
http://www.mi5.gov.uk/function.htm
386
yətləri,imkanları və fəaliyyətləri haqqında kəşfiyyat tələb olunur. Xarici
kəşfiyyat, xarici və ya beynəlxalq kəşfiyyat xidmətləri vasitəsilə toplanır və
siyasi,iqtisadi,hərbi,elmi,sosial və digər təhlükəsizlik maraqları daxil milli
maraqları gücləndirməyə və qorumağa kömək edir.
Xarici kəşfiyyatın və təhlükəsizlik xidmətinin məlumat toplamaq məqsədləri və
hədəfləri fərqlidir. Onların məruz qaldığı risklərin də təbiəti və dərəcəsi fərqli-
dir.İdarəetmə,nəzarət və hesabatlılıq strukturlarının bu fərqlilikləri əks etdirməsi
vacibdir. Daxili kəşfiyyat xidmətlərinin fəaliyyətlərinin müdaxiləedici təbiətinə
görə və məlumat toplanmasının potensial olaraq ölkə vətəndaşlarına qarşı baş ver-
diyi faktına görə, fərdi vətəndaşların və əhalinin hüquqlarına riayət etməklə, daxili
təhlükəsizlik və asayış arasında müvafiq tarazlığın təmin edilməsi təhlükəsizlik xid-
məti üzərində ciddi nəzarət tələb edir
360
.
Kəşfiyyat Xidmətinin hansı Funksiyaları vardır?
Ümumilikdə, kəşfiyyat xidmətlərinin üç əsas funksiyaları vardır:məlumat top-
lanması,analiz və bütün kəşfiyyat proseslərinə xas olan, əks-kəşfiyyat. Daha çox bə-
zən xarici kəşfiyyat xidmətlərinin dördüncü funksiyası sayılan, gizli əməliyyatın
müasir demokratik ölkədə uyğun kəşfiyyat funksiyası olub-olmadığı getdikcə mü-
bahisə doğurur
361
.
• Məlumat Toplanması
Məlumat toplanması kəşfiyyatın əsasını təşkil edir: hökümətə lazım olan adam-
lar,yerlər,hadisələr və fəaliyyətlər haqqında məlumat bazası və məlumatların əldə
olunması açıq mənbələr,diplomatik və başqa əlaqələr vasitəsilə əldə oluna bilməz.
Məlumat toplanmsı olmasa,kəşfiyyat tapmacadan bir az irəli gedər
362
.
Məlumat toplanması idarəetmə sistemi, hər bir üç əsas məlumat toplayan me-
todlar üçün istifadə olunur: agentura kəşfiyyatı (human intelligence-HUMİNT)- in-
san tərəfindən,casuslar,agentlər və içəriyə soxulanlar və ya o biri tərəfə keçənlər-
360
Johnson, Loch. 2002. Bombs, Bugs, Drugs and Thugs: Intelligence and America’s quest
for security. Chapter 9, Balancing Liberty and Security. New York: New York University
Press. pp. 199-222.
361
Caparini, Marina. 2002. Challenges of control and oversight of intelligence services in a
liberal democracy. Paper presented at the Workshop on Democratic and Parliamentary
Oversight of Intelligence Services, organized by the Geneva Centre for the Democratic
Control of Armed Forces, Geneva 3
rd
-5
th
October 2002, p.2.
362
Lowenthal, Mark. op. cit. pp. 54-86.
387
dən toplananlar,xəbərçilər,biznesmenlər,səyahətçilər və media, və s. tərəfindən
toplanan məlumatdır; siqnal kəşfiyyatı( signals intelligence -SİGİNT), danışıqları
tutmaq vasitəsilə,müşahidə və radio vasitəsilə,mikrodalğalar,radar və ya başqa
elektronik şüalanmalar, o cümlədən,lazer,görünən işıq və elektro-optik material-
lar
363
vasitəsilə toplanan məlumat bazası və məlumatlardır;və təsvir kəşfiyyatı
(imagery intelligence-İMİNT),peyk və ya müasir quru,hava və suda quraşdırılmış
sistemlərin köməyi ilə fotoqrafiya,elektronik, ultrabənövşəyi, infraqırmızı,hiper-
spektral
364
və ya digər görünüş çəkən texnologiyalar vasitəcilə toplanan məlumat
bazası və məlumatlardır
365
.
Agentura kəşfiyyatı açıq və gizli məlumat toplamalarına bölünə bilər. Gizli
agentura kəşfiyyatının təcrübələri və texniki metodları,açıq agenturadan tələb olu-
nan kəşfiyyatdan tam fərqlənir
366
və ona görə də onların işlərinin təşkili və məsu-
liyyətləri də fərqlidir. Eynilə hər iki metod vasitəsilə toplanan məlumatalrın xəbər
verilməsi və yayılmasının təşkili də fərqlidir. Gizli yolla toplanan məlumatlarda in-
san amili daha vacib rol oynayır, ən müasir audio və video dinləmə avadanlığını işə
salaraq,mikrobotlar və ya insektoidlər kimi kiçik,görünməz kəşfiyyat toplayan və
fərqli siqnal aşkarlayıcıları daşıyan robotları isə salıb, müşahidə apararaq,xəbərləş-
mənin kodlarını açıqlayan kompyuter avadanlıqlarından istifadə olunur.
Kartoqrafiya və xəritələşmə ağırlıqlı olaraq təsvirdən asılı olduğundan, bu cür
məlumat toplanması metodundan hərbi xəritələrin tərtib edilməsi üçün istifadə edil-
məsi yaxşı arqument ola bilər
367
.
363
Bu barədə ən yaxşı yazılar üçün bax: Bamford, James. 2001. Body of Secrets: Anatomy of the
Ultra-Secret National Security Agency – From the Cold War Through the Dawn of a New
Century. New York: Doubleday. And: Bamford, James. 1982. The Puzzle Palace: A Report on
America’s Most Secret Agency. Boston: Viking.
364
Hiper-spektral sensorlar müxtəlif diapazonlu şüalanmanmada işığın əks etməsini tutur və o
maskalanmış yerlərdən keçərək obyektləri və onların tərkibini müəyyənləşdirir. Bu funksiyanı
başqa qabaqcıl işıq diapazonunda işləyən adi rəngli sensorlar və kameralar edə bilmir.
365
Təyyarə və peyk görüntüləri üçün bax: US National Commission for the Review of the National
Reconnaissance Office. November 14, 2000 . Report: The National Commission for the Review of the
National Reconnaissance Office. Washington D.C.: GPO. Also at:
http://
www.nrocommission.com
And: Best, Richard A. 2000. Airborne Intelligence, Surveillance, and
Reconnaissance (ISR): The U-2 Aircraft and Global Hawk UAV Programs. Washington D.C.:
Congressional Research Service, Library of Congress. Also: Space Reconnaissance and the
Management of Technical Collection. At:
http://www.fas.org/irp/offdocs/int015. html
366
Steele, Rob ert Da vid. 1996. Open Source In tel li gence: What Is It? Why Is It Im por tant to the
Mil i tary? Amer i can In tel li gence
Jour nal. Vol. 17, nos. 1 and 2; pp. 35–41.
367
Odom, William W. 2003. Fixing Intelligence. For a More Secure America. New Haven and
London: Yale University Press; pp. 137-138.
388
Nəzəri olaraq, bütün məlumat toplanması imkanları
368
eyni vəzifənin yerinə ye-
tirilməsi üçün istifadə olunmalıdır. Bu, metodlardan birinin vasitəsilə əldə edilən
faktların təsdiqini təmin etmək üçün edilir. Çoxlu sayda mürəkkəbliklərə görə və
ya rəqabətli tələblərə görə, bu həmişə mümkün deyil və praktiki də deyil və çox za-
man da maliyyəti böyükdür. Beləliklə,açıq mənbə və ya ictimaiyyətə açıq olan mə-
lumatlar,alınan bilgilərin fərqlərini müəyyənləşdirir və ya məlumatın mümkün ol-
mamasını təsdiqləyir, məlumatın bahalı və riskli imkanlar hesabına əldə edilməsinə
bəraət verdiyinə əmin olur və ancaq ondan sonra məlumat toplamaq üçün tapşırıq
verilir.
Kəşfiyyat toplama sistemləri ictimaiyyətə məlum olan məlumatların toplanması
ilə məşğul olmamalıdır. Baxmayaraq ki, kəşfiyyat toplanması gedişində,ictimai
məlumatlar çox vaxt yaxın əlaqəli kəşfiyyat xəbərləri kimi toplanır,ictimai məlu-
matlar gizli yollarla yox, başqa vasitələrlə əldə olunmalıdır. Gizli kəşfiyyat məlu-
matları toplanması imkanları o zaman istifadə olunmalıdır ki, o ağıllı surətdə mü-
əyyən edilsin və ya ali rəhbərlik üçün və ya kəşfiyyat xidməti üçün əhəmiyyət daşı-
sın. Və bütün mümkün siyasi fayda və itkilərini ölçüb biçmək lazımdır. Ona görə
də, ali siyasi rəhbərlik bu işə cəlb olunmalıdır.
• Analiz
Xam məlumat bazasının müqayisə edilməsi,analizi və qiymətləmdirmə proses-
ləri üçün istifadə olunan termin analizdir və bütün mənbələrdən gələn məlumatları
ümumiləşdirib onların kəşfiyyata çevrilməsi üçün,yəni,erkən xəbərdarlıq və vəziy-
yət haqda hesabatlar,analizlər,qiymətləndirmələr,təxminlər,proqnozlar və brifinqlər
üçün istifadə olunan termin analizdir
369
. Hətta,məlumat toplanmasında ağıllı texno-
logiya üstünlük təşkil etsə də,analiz,müqayisə və qiymətləndirmə insan beyninin
məhsulu olur. Heç bir məlumat bazası yığımı geniş sayda çaşdırıcı və ziddiyyətli
məlumatların içərisində gizlənən hadisənin,fəaliyyətin və ya gedən prosesin siyasi
368
Əlavə məlumat toplanması vasitələri üçün bax: USAF Intelligence Targeting Guide. February
1998. Air Force Pamphlet 14-210 Intelligence; Attachment 3: Sources of Intelligence,
at:
http://www.fas.org/irp/doddir/usaf/afpam14-210/part 16.htm
369
Analizlərlə daha dərin tanışlıq üçün bax: MacEachin, Douglas J. 1994. The Tradecraft of Analysis:
Challenge and Change in the CIA. Washington D.C.: Consortium for the Study of Intelligence.
And: Johnson, Loch K. October 1996. Analysis for a New Age. Intelligence and National
Security, 11, pp. 657-671. Also: Analysis. Directorate of Intelligence in the 21
st
Century.
Strategic Plan. August 1996. Washington D.C.: CIA; Unclassified; For Public Release. And:
Nielson, Harold. October 1995. The German Analysis and Assessment System. Intelligence and
National Security. Vol. 10, no. 4; pp.54-71.
389
və ya operativ vaciblliyini anlamaqda düşüncəli təhlilçini əvəz edə bilməz
370
. Təh-
lilçi üçün burada tələb olunan, “nöqtələri bir birinə birləşdirmək” bacarığıdır.
Məlumat toplanmasını idarə edərək,analizlər,məlumat toplanma metodlarından
istifadə edərək xam və ya üzərində işlənmiş məlumatları qiymətləndirməyə göndə-
rir və istifadəçinin dəqiq ehtiyacları üçün hazır materialları təmin edir. Bu material-
lar məlum olan faktların mənbələr vasitəsilə necə əldə olunduğunu özündə cəmləş-
dirməlidir; bu nəticəyə gəlmənin aparıcı elementi nədir- aparıcı gümanlar; bu aparı-
cı elementlər dəyişsə hansı təsiri olur-alternativ nəticələr; və məlum olmayan nədir.
Ümumi məqsəd, siyasi rəhbərliyin milli təhlükəsizlik və xarici siyasətlə bağlı qərar
verdikləri zaman, mövcud qeyri-müəyyənliyi minimumlaşdırmaqdır. Daha son-
ra,analizlər kompleks məsələlərin düşünülməsi üçün kömək etməlidir və milli ma-
raqlara qarşı yönəlmiş problemlərə və ya təhlükələrə diqqəti cəlb etməlidir.Tək-
cə,kəşfiyyat məlumatının daha dəqiq olmasını müəyyən etmək əhəmiyyət daşı-
mır,həm də siyasi rəhbərliyin tələbatları üçün nəyin önəmli olduğu da önəmlidir
371
.
Əgər kəşfiyyat xidmətlərinə bir mövzu ilə bağlı analiz etmək sorğuları gəlirsə
və onlar həmin mövzu ilə bağlı əldə etdikləri məlumatların ümumi analizlərə çox
az fayda verəcəyini əvvəlcədən bilirlərsə,o zaman bu sorğuları yerinə yetirməməli-
dirlər. Onlar,həmçinin,ictimaiyyətə açıq mənbələrdən istifadə etməklə yerinə yetiri-
lə bilən belə analizləri etməməlidirlər. Bu o zaman olar ki, kəşfiyyat xidməti təhlil-
çisinin təcrübəsi və ya kəşfiyyat xidmətinin təcrübəsi bu cür analizlərə əhəmiyyət
gətirər.
• Əks-Kəşfiyyat
Əks-kəşfiyyat, xarici kəşfiyyat xidmətlərinin və xaricdən idarə olunan siyasi hə-
rəkat və qrupların( çox vaxt kəşfiyyat xidmətləri tərəfindən dəstəklənən) dövlət tə-
sisatlarına,silahlı qüvvələrin və nazirliklərin sıralarına, həm ölkə daxili,həm də xa-
ricdə, casusluq, çevriliş və sabotaj məqsədləri ilə sirayət etməsinin qarşısını almağa
yönəlmiş ölkə səyləridir
372
. Lakin hədəf hökümətlə bağlı olmayan həm vətəndaşla-
370
Dupont, Alan. 2003. Intelligence for the Twenty-First Century. Intelligence and National Security;
Volume 18, no. 4; p. 22.
371
Davis, Jack. 1996. A Policymaker’s Perspective on Intelligence Analysis. Studies in Intelligence.
Vol. 38, no. 5; pp. 7-15. At:
http://www.cia.gov/csi/studies/95unclass/Davis. html
372
Əks-kəşfiyyat haqda daha yaxşı fikirlər üçün bax: Johnson, William R. 1994. Thwarting Enemies
at Home and Abroad: How to Be a Counterintelligence Officer. Bethesda, Md.: Stone Trail Press.
And: Zuehlke, Arthur A. 1980. What is Counterintelligence? In: Intelligence Requirements for the
1980s: Counterintelligence. Godson, Roy; ed. Washington D.C.: National Strategy Information
Center. Also: Olson, James M. 2001. A Never-Ending Necessity. The Ten Commandments of
Counterintelligence. Washington D.C.: Studies in Intelligence. CIA. At:
http://www.odci.gov/csi/studies/fall_winter_2001/article08. html
390
rı,həm də əhalini əhatə edə bilər. Əks-kəşfiyyat həm də,ölkədaxili və ya xaricdə ol-
masından aslılı olmayaraq terrorculuqla da mübarizə aparır. Beləliklə, o xarici və
daxili sərhədlər boyu hərəkət edir.
Əks-kəşfiyyat fəaliyyəti hücum və müdafiə tədbirlərindən ibarətdir: müdafiə
tədbirlərinə, dövlət qulluqçularını və əməkdaşlarını sorğulamaq və sınaqdan keçir-
mək və məlum və şübhəli bilinən agentləri təhqiqat etmək və yoxlamaq, xarici kəş-
fiyyat xidmətinin varlığını müşahidə fəaliyyətləri ilə aşkarlamaq və neytrallaşdır-
maq daxildir; hücum tədbirlərinə, xarici kəşfiyyat xidmətlərinin fəaliyyətləri və fə-
aliyyət tərzi haqqında məlumatların toplanması,agent tapıb öz məqsədləri üçün bu
xidmətlərə və əlaqədar təşkilatlara nüfuz etdirilməsi,onların işlərinin pozulması,al-
datma və özlərinə işlətmə kimi əməliyyatlar təşkil edilməsi daxildir.
Əks-kəşfiyyat, toplanan məlumatların həqiqiliyinə əmin olmaq üçün, davamlı
olaraq mənbələri və məlumatları yoxlamaq baxımından bütöv kəşfiyyat prosesinin
ayrılmaz bir hissəsidir. O, kəşfiyyat toplanması ilə onunla fərqlənir ki, o təhlükənin
düşmən kəşfiyyat xidmətindən və ya qeyri-dövlət təşkilatlarından gəlməsindən asılı
olmayaraq, təhlükəyə qarşı durmaq üçün fəaliyyət göstərir və müəyyən mənada ca-
vabverici xarakter daşıyır. Əks-kəşfiyyatın nəticələri qısa müddət ərzində üzə çıx-
mır və əks-kəşfiyyat araşdırmaları ixtiyari zaman müddəti ilə məhdudlaşmır.
Casusluq cinayət olduğundan,bir çox əks-kəşfiyyat işləri hüquq mühavizə əmə-
liyyatlarına gətirir. Lakin,casusları və xarici kəşfiyyatın texniki məlumat toplamaq
imkanlarını tutmaq, daxili və xarici cinayətgarları tutmaqdan çox mürəkkəb işdir.
Cinayətgarları cinayətə sövq edən əsaslar və resurslar,xarici kəşfiyyat xidmətləri-
nin dəstəklədiyi adamlardan fərqlidir. Ona gərə də, əks-kəşfiyyat əməliyyatlarında
cinayət təhqiqat təcrübələrinin tətbiqi fayda vermir
373
. Beləliklə, hücum agentura
kəşfiyyatının, əks kəşfiyyatla vahid bir təşkilatda birləşdirilməsi haqqında güclü
dəlillər gətirmək mümkün olduğu halda, əks-kəşfiyyatın və hüquq mühavizə orqan-
ların birləşdirilməsi arqumentləri inandırıcı deyil. Bundan əlavə, məlumat toplan-
ması üçün müxtəlif metodlardan istifadə edilməsi və siqnal və təsvir kəşfiyyatı da
daxil olmaqla, bu günün əks-kəşfiyyat tələbatları üçün daha vacibdir.
• Gizli əməliyyatlar
Keçmiş sovet və digər Varşava Müqaviləsi ölkələrinin apardığı “Aktiv tədbir-
lərlə” müqayisə olunan gizli əməliyyatlar siyasi,hərbi və ya iqtisadi şərait və vəziy-
yətlərə təsir edən fəaliyyətlərdir və bu fəaliyyətlərdə məxsus olduğun hökümətin
373
Hulnick, Arthur S. Fall 1997. Intelligence and Law Enforcement: The ‘Spies Are Not Cops’
Problem. International Journal of Intelligence and Counterintelligence. Vol. 10, no. 3; pp. 269-286.
And: Baker, Stewart L. Winter 1994/1995. Should Spies be Cops? Foreign Policy. No. 97; pp. 36-52.
391
rolu görünmür və ya açıq şəkildə ifadə olunmur
374
. Bu fəaliyyətlər, təbliğat tədbir-
ləri,konkret ölkə daxilində siyasi və ya hərbi qruplara dəstək, ölkə daxilində prob-
lemləri həll etmək üçün texniki və maddi- texniki yardım və ya onların milli təhlü-
kəsizliyinə qorxu yaradan qanunsuz fəaliyyətləri, o cümlədən, terrorçuluq,mütəşək-
kil cinayət və ya narkotik daşımalarına qarşı addımlardan təşkil oluna bilər.
Gizli əməliyyat diplomatik yolla əldə oluna bilməyən hərbi əməliyyat səviyyə-
sində olmayan varianta deyilir
375
. Hərbi xarakterli olmayan gizli əməliyyatın, yəqin
ki,gizli agentura məlumatı toplamaqdan başqa, heç bir digər məntiqi təşkilati tapşı-
rığı olmur
376
. Lakin gizli əməliyytalardan istifadə çox mübahisəli məsələdir
377
.
Prinsipcə, ümumiyyətlə, gizli əməliyyatlar ancaq müəyyən edilmiş xarici siyasət
məqsədlərinə dəstək kimi istifadə oluna bilər. Bu cür addımlar diplomatiya,hərbi
fəaliyyətlər və ya ticarət sanksiyaları kimi açıq tədbirləri müşaiyət etməli və ta-
mamlamalıdır. Gizli əməliyyatlar kəşfiyyat xidmətinin cüzi bir büdcəsini əhatə etsə
də,çoxluq onun idarəetməsi və nəzarətinə hədsiz iştirak tələb edir. Əsas problem
ondadır ki, onlar daha çox problemlər yaradır, nəinki problemləri həll edir. Belə-
liklə,açıqlanma və uğursuzluğun nəticələri diqqətlə qiymətləndirilməlidir və de-
mokratik ölkələrdə gizli əməliyyatlar siyasi nəticələr əhəmiyyət daşıdıqda, fövqala-
də qarşısıalınmaz vəziyyətlərdə, həyata keçirilməlidir: yəni, dövlətin təhlükəsi bir-
başa qorxu altında olduqda, dövlətin bir çox mexanizmləri işləmədikdə və əməliy-
yatın potensial pis təsirləri onun mümkün faydalarını aşmadıqda.
Kəşfiyyatın “idarəetməsi” nə deməkdir?
Kəşfiyyatın apardığı iki əsas fəaliyyətə –məlumat toplanması və analizə-geniş
perspektivdə yanaşılmalıdır: biri bu fəaliyyətləri siyasi rəhbərliyin tələb və tələbat-
larına və hazır kəşfiyyat məhsulunun istifadəsinə aid edilir. İdarəetmə bir proses ki-
mi, kəşfiyyat dairəsi konsepsiyası vasitəsilə həyata keçirilir və hökümət sorğu verir
və kəşfiyyat xidmətləri tələb olunan müxtəlif növ bilgini toplayır,analiz edir və ya-
yır: bu konsepsiya nəticəsində əldə olunan informasiya kəşfiyyata çevrilir və qərar
verənlərə və siyasi rəhbərliyə,hərbi rəhbərliyə və öz işlərini və vəzifələrini yerinə
374
MKİ gizli əməliyyatları “ hökümətlərə,hadisələrə,təşkilatlara və ya adamlara nüfuz etmək üçün
nəzərdə tutulmuş əməliyyatlar adlandırır və bu o tərzdə edilir ki,əməliyyatı aparan ölkə ilə əlaqə
bilinmir”
375
Bu problem haqda daha yaxşı məlumat üçün bax: Berkowitz, Bruce D., & Goodman, Allan E.
2000. Best Truth, Chapter 5: Covert Action in the Information Age. New Haven and London: Yale
University Press, pp. 124-146.
376
Odom, William E. 2003. Fixing Intelligence. For a more Secure America. New Haven and
London: Yale University Press, pp. 24-26.
377
Church, Frank. January/February 1976. Covert Action: Swampland of American Foreign Policy.
Bulletin of the Atomic Scientists. Vol. 52, no. 1; pp. 7-11. Lefever, Ernest W. Spring 1980. Can
Covert Action Be Just? Policy Review. No. 12; pp. 115-122. Rudgers, David F. April 2000. The
Origins of Covert Action. Journal of Contemporary History. Vol. 35, no. 2; pp. 249-262.
392
yetirmək üçün kəşfiyyata ehtiyacı olan digər rəsmilər və idarələrə təqdim olu-
nur
378
. Kəşfiyyat dairəsi adətən beş addımdan ibarətdir (1) planlaşdırma və istiqa-
mət; (2) məlumat toplanması; (3) məlumat üzərində işləmə;(4) nəticə ortaya qoyma
və analiz; və(5) kəşfiyyat məlumatını yayma.
Planlaşdırma və istiqamət bütöv kəşfiyyat səylərinin idarəetməsini nəzərdə tutur və
o: təhlükələri və prioritet məsələləri müəyyən edən və qiymətləndirən,hansı ölkələ-
rin,qeyri-dövlət subyektlərinin və ölkə daxilində və xaricdəki qrupların kəşfiyyat izlə-
mələrinə əsas yaratdığını məyyən edən zəruri informasiyalardan başlayaraq,sifarişçiyə
son kəşfiyyat məlumatlarının çatdırılmasına qədər prosesi təmin edir.
Bu bütöv proses, sifarişçilərin tələbatları əsasında müraciətlə və ya müəyyən
məsələlər üzrə kəşfiyyat tələbatları ilə irəli sürülür. Prezident,Baş Nazir, Milli Təh-
lükəsizlik Şurası, Nazirlər və ya başqa hökümət agentlikləri sifarişçi ola bilir. Bir
çox hallarda,müraciətlər və tələbatlar əsasında təsisatlar yaradılır.
Məlumat toplanması son kəşfiyyat materialını ortaya qoyacaq məlumat bazası
və məlumatları nəzərdə tutur. Məlumat toplanması prosesinə açıq mənbələr, başqa
heç bir yolla əldə edilə bilməyən informasiyaları verən agent və qarşı tərəfə keçən-
lərin sirli mənbələri və bütün texniki məlumat toplama metodları daxildir.
Məlumat üzərində işləmə,sistemə geniş miqyasda gələn məlumat bazasının və
məlumatın müqayisəsi və dil tərcuməsi və şifrlərin açılması da daxil, daha uyğun
formada son kəşfiyyat məhsuluna çevrilməsidir. Təhlilçilərə birbaşa getməyən mə-
lumatlar növləşdirilir və kompyuterlə tez bərpası üçün yararlı hala salınır. Beləlik-
lə,məlumat üzərində işləmə, mövzu üzrə növləşdirməyə də aiddir, bu proses həm
də məlumat bazasının azaldılmasına, məlumatların şərh edilməsi və sonra növləş-
dirilmiş materialların foto və elektronik alətlərə köçürülməsinə də aiddir.
Nəticə ortaya qoyma və analiz məlumat və bilginin son kəşfiyyat materialına
çevrilməsidir. O, bütün mümkün olan məlumat bazasının inteqrasiyasını, analizi-
ni,tutuşdurmalar və qiymətləndirmələrini və müxtəlif kəşfiyyat materiallarının ha-
zırlanmasını əhatə edir. Bu materiallar və ya təxminlər brifinq,qısa hesabatlar və ya
uzun tədqiqat materialları kimi təqdim oluna bilər. Toplanan məlumat bazası və
məlumatalr çox zaman parçalanmış formada olur,bir çox hallarda ziddiyətli olur və
mütəxəssislərdən bu materillara məna və əhəmiyyət verməyi tələb edir. Beləlik-
lə,yaxşı analiz hadisə və şəraitləri tutuşdurmaq və qiymətləndirmək üçün düşmən
tərəfdən əldə edilmiş açıq və gizli məlumatların qarışığını təmizləyən ən yaxşı be-
yinlərin toplanmasından asılıdır. Bu hadisə və şəraitlərə, cari hadisələr,niyyət-
lər,imkanlar,mümkün və ehtimal olunan gedişlər,müxtəlif bölgələr və problem-
lər,təşkilatlar,qruplar və ya siyasi,iqtisadi,maliyyə,elmi,hərbi və ya bioqrafiya kimi
müxtəlif kontekstdəki şəxsiyyətlər daxildir.
378
Johnson, Loch. 2002. Bombs, Bugs, Drugs and Thugs: Intelligence and America’s quest for
security. New York: New York University Press, p. 187.
393
Kəşfiyyat məlumatını yayma kəşfiyyat dairəsində sonuncu addımdır və son məh-
sulun kəşfiyyat istehlakçısına yayılmasını əhatə edir, yəni kəşfiyyat dairəsinin ya-
ranmasını törədən həmən qərar verənlər və ya siyasi rəhbərliyə son kəşfiyyat mate-
riallarının idarə edilib yayılmasını əhatə edir. Bu mərhələdə səhv üçün imkanlar
olur. İnformasiyanın faydalı olması üçün, onun beş mühüm özəlliyi olmalıdır: aktu-
allığı,vaxtında olması,dəqiqliyi,məzmun və təmizliyi-siyasi fəndlərdən uzaq olma
mənasında (yalan informasiya,təbliğat,aldatma və s.).
Çox vaxt kəşfiyyat prosesində daha iki mərhələni ayırırlar: istehlak və əks-əla-
qə. Necə və hansı formada siyasi rəhbərlik kəşfiyyatı istehlak edir və kəşfiyyatın
istifadə dərəcəsi, iki vacib məsələdir. Siyasi rəhbərlik ilə münasibətlər passiv
yox,aktiv olmalıdır. Lakin,obyektivlik,təkcə təhlilçinin və ya istehlakçının keçmiş-
də daha vacib saydığı dəyişənləri yox,bütün dəyişənlərə baxmaq üçün müəyyən
məsafə və istək tələb edir
379
. Əks əlaqənin, kəşfiyyat xidmətləri istədikləri zaman
az-az hallarda baş verməsinə baxmayaraq, kəşfiyyat istehlakçıları ilə onu istehsal
edənlər arasında dialoq,kəşfiyyat məlumatı alınandan sonra baş verməlidir. Beləlik-
lə, dövlət qərarı verənlər və siyasi rəhbərlik kəşfiyyatı əldə edənlərlə görüşüb onla-
rın tələblərinin necə yerinə yetirildiyini göstərməli və kəşfiyyat əldə etmə proseslə-
rinə hər hansı bir dəyişiklik edilməsinə ehiyac olub-olmadığını da müzakirə etməli-
dirlər
380
.
İstənilən modeldə olduğu kimi, kəşfiyyat dairəsinin də sxemi həqiqi dünyanın
sadələşdirilməsidir. Bir çox tələblər “daimi tələblərə” çevrilə bilər. Siyasi rəhbərlik
çox az hallarda,hansı məlumatın onlara lazım olduğunu konkretləşdirir. Daha çox
onlar,zəruri olan məlumatları necə əldə edib,hesabatları necə hazırlamaq məsuliy-
yətlərini kəşfiyyat orqanlarının üzərinə qoyaraq, müəyyən vəziyyət və ya gedişlərlə
bağlı hesabatlara istəklərini göstərəcəklər. Lakin,kəşfiyyat orqanlarının özlərinin
davamlı əməliyyatlarını təmin etmələri üçün məlumat almağa müəyyən daxili tələ-
batları vardır: gələcək potensial əməliyyatlarda faydalı ola biləcək kəşfiyyat məlu-
matları və ya əks-kəşfiyyat və təhlükəsizliklə bağlı. Kəşfiyyat məlumatlarının ya-
yılması kəşfiyyat dairəsinin ən çətin mərhələsi sayıla bilər.Hətta hökümət daxilində
kəşfiyyat paylaşması,kəşfiyyat metodlarının və mənbələrinin sirliliyini saxlamaq
baxımından cətindir. Amma, effektiv təhlükəsizlik və ictimai asayişi təmin etmək
üçün daha çox məsul rəsmilərə zəruri məlumatların verilməsi mütləq edilməlidir.
Yaxşı kəşfiyyat idarəetməsi,kəşfiyyat dairəsinin optimal idarə edilməsindən ası-
lıdır. Digər tərəfdən, gələcəkdə uğurlu kəşfiyyat idarəetməsini fərqləndirən ele-
379
Hulnick, Arthur S. May 1986. The Intelligence Producer – Policy Consumer Linkage: A
Theoretical Approach. Intelligence and National Security Journal, Vol. 1, no. 2, pp. 212-233. And:
Haass, Richard N. 2002. Policymakers and the Intelligence Community: Support US Foreign Policy
in the Post-9/11 World. Studies in Intelligence. Vol. 46, no. 3; pp. 1-13.
380
Dairənin,istehlakın və əks-əlaqənin idarə olunması “reallığı” üçün bax: Lowenthal. op. cit., pp. 50-51.
394
ment, siyasi rəhbərliyə və operativ komandanlığa tam dəstək vermək üçün prosesin
bütün elementlərini bir yerə yığıb inteqrasiya etmək bacarığıdır. Bu nəticəni əldə
etmək çox səylər tələb edir,çünki daha çox keçmiş fərziyyələr artıq tətbiq olunmur.
Kəşfiyyat idarəetməsinin yeni paradiqmasını üç əsas amil dəyişdirir:(1) kəşfiyyatın
əhatə etdiyi obyektdə baş verən dəyişikliklər; (2) daha çox kəşfiyyat paylaşması və
beynəlxalq əməkdaşlıq tələbatları; və (3)informasiya texnologiyasında və informa-
siyadan istifadə olunmasnda baş verən dəyişikliklər.
Dostları ilə paylaş: |