1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

Qanunvericilik Nəzarəti 

 

Nəzarət termini hesabatlılıq sistemini əhatə edir və orada səlahiyyətli müstəqil 

qrup, icra orqanlarının səlahiyyətlı fəaliyyətlərini,bəzən əvvəlcədən, yoxlayır. Siya-

si nəzarətin həqiqi demokratik olması,demokratik yolla seçilmiş nümayəndələ-

rə,yəni parlamentlərə hesabatlılıq deməkdir

415

. Qanunvericilər seçiciləri təmsil et-



mək üçün,konstitusiyaya uyğun olaraq xalq hökümətini qurmaq üçün  seçilmişlər. 

Onlar bunu, təhlükəsizlik və azadlıqları tarazlaşdırmaqla, qismən problemlərin icti-

mai müzakirəsini təşkil etməklə,qanunverici aktlar qəbul etməklə və icra fəaliyyəti-

ni gözdən keçirmək və onu izləməklə edir. Hökümətlə bağlı bütün məsələlərdə və 

dövlət maliyyəsinin sərf olunmasında, aparılan siyasətin və büdcənin monitorinq 

edilməsində  və gözdən keçirilməsində parlament əhəmiyyətli rol oynayır. Büdcə, 

kəşfiyyat tələbatlarının təpə nöqtəsini göstərir və eyni zamanda o,vergi verənlə-

rin,yəni parlamentarların birbaşa cavabdeh olduqları bütövlükdə seçicilərin töhvə-

sinin gostəricisidir. Qanunvericilik nəzarətinin siyasi xararkterli və  nəzəri olaraq 

qeyri- məhdud  olmasına baxmayaraq, seçim heç də kəşfiyyat xidmətləri üzərində 

icra və ya qanunverici orqanın suverenliyində deyil. Əsas problem hər iki qolun ən 

yaxşı atributlarından ölkənin təhlükəsizliyinə xidmət etmək üçün istifadə etmək-

dir

416


Parlamentin bir neçə üzvü seçildikləri zaman,milli təhlükəsizlik və ya kəşfiyyat 

məsələləri üzrə təcrübəyə malik olur. İcra qollarında çalışanlar isə,əksinə,bu vəzifə-

lərə,bilavasitə onlar milli təhlükəsizlik məsələlərinin bir çox sahələrində təcrübəyə 

sahib olduqlarına görə gətirilirlər. Ona görə də, hökümət fəaliyyətinin  parlament 

qarşısında nazirliklər tərəfindən hesabatlılıq məsuliyyətini aradan qaldıran istənilən 

qərarlar və addımlar səhv addım sayılır. Nə baş verəcəyi ilə bağlı kimisə arbitr tə-

yin etmək sadəcə doğru olmazdı. 

Milli təhlükəsizlik siyasətinin hazırlanmasında və  həyata keçirilməsində parla-

mentin rolu dörd istiqamətə bölünə bilər: (1) nəzarət, (2)ikinci rəy vermək,(3)şəf-

                                                                                                                                                       

əvvəlcə xidmət daxili idarələr vasitəsilə edə bilər amma istəsələr birbaşa Konqresin Kəşfiyyat 

Nəzarəti Komitəsinə də çıxa bilərlər. 

415


 Bax:Qərbi Avropa Birliyi Assambleyası. 4 Dekabr 2002. Report: Parliamentary oversight of the 

intelligence services in the WEU countries – current situation and prospects for reform. Paris: WEU. 

Document A/1801. Also: Jackson, William H. Jr. July 1990. Congressional Oversight of Intelligence. 

Search for a Framework. Intelligence and National Security. Vol. 5, no. 3; pp. 113-147. Also: 

Johnson, Loch K. The U.S. Congress and the CIA: Monitoring the Dark Side of Government. 



Legislative Studies Quarterly. Vol. 5; pp. 477-499. And: Sturtevant, Mary. Summer 1992. 

Congressional Oversight of Intelligence: One Perspective. American Intelligence Journal. Vol. 13, 

no. 3; pp. 17-20. And: Van Wagenen, James S. 1997. Critics and Defenders: A Review of 

Congressional Oversight. Studies in Intelligence. No. 1; pp. 97-102. 

416

 Knott, Stephen. Spring 2000. The Great Republican Transformation on Oversight. International 



Journal of Intelligence and Counterintelligence. Vol. 13, no. 1; pp. 49-63. 

 

412


faflığı təmin etmək,(4) kəşfiyyatla geniş ictimaiyyət arasında əlaqəni təmin etmək. 

Nəzarət parlamentin funksiyasdır və o,hakimiyyət bölgüsündən irəli gəlir və ic-

ra hakimiyyətini hesabatlı tutmaq üçün səlahiyyətdir

417

. Qanunverici aktların yerinə 



yetirilməsinin monitorinqi nəzarət rolunun nüvəsini təşkil edir. Lakin,nəzarət hadi-

sə yox,prosesdir. O həm aktiv,həm də reaktiv olmalıdır: aktiv dedikdə hadisələri 

öncədən görmək nəzərdə tutulur: reaktiv isə problemlər və ya hadisələr baş verdik-

də dinləmələr və sorğular təşəbbüsü edilir və qanunverici aktların effektiv olması 

və arzu olunan nəticələri verməsi müəyyən edilir. O, həmçinin, qanunların başqa 

hökümət qanadları və vətəndaş cəmiyyətlərinə kəşfiyyat fəaliyyətini izləmək üçün 

kifayət qədər səlahiyyətlər verməsini təmin etməlidir.  

Parlamentin  kəşfiyyat xidmətinə  nəzarəti  iki elementi əhatə edir: tələb etdiyi 

kəşfiyyat büdcəsinə görə və bu büdcəni necə sərf etməsinə görə höküməti cavabdeh 

tutmaq, başqa sözlərlə, kəşfiyyat resurslarının məhsuldar və effektiv xərclərə istifa-

də olunmasını təmin etmək; və kəşfiyyat siyasətinin hazırlanması və yerinə yetiril-

məsinə  təsir etmək.Parlamentlərin  əldə etdikləri hesabatlılıq

418


  və nüfuz dərəcəsi 

parlament prosesinin gücündən asılı olaraq geniş surətdə dəyişir. Bütün parlamen-

tlər öz hökümətlərini hesabat verməyə çəkirlər, o mənada ki,parlament icra orqan-

larının tələb etdiyi büdcəni,yəni ayrılan büdcənin miqdarını və büdcə daxilində xər-

clərin bölünməsini qəbul etməlidir. Lakin,kəşfiyyat sadəcə ictimai xərclərin digər 

bir forması deyil. Çünki bu kəşfiyyatdır və o,özünə, ona xas olan bir çox problem-

ləri gətirir və onlar bütöv parlamentin cəlb olunmasını məhdudlaşdırır və maneçilik 

törədir. Ona görə, bir çox demokratik olkələrdə, kəşfiyyat xidmətləri üçün və ya 

hər iki palatada xüsusi nəzarət komitələri ya da bir qayda olaraq parlamentarların 

kiçik qrupu halında xüsusi orqanlar mövcuddur və onlar  altkomitələr və ya xüsusi 

komitələr kimi qurulur. 

Bu xüsusi komitələrin,öz hökümətlərinin bu sahədə  fəaliyyətlərinə  nəzarət et-

mək üçün fərqli informasiya və yoxlama funksiyaları vardır

419


. Heç birinin ABŞ 

Konqresinin səlahiyyətləri ilə müqayisə olunan səlahiyyətləri yoxdur.  Büdcə üzə-

rində möhkəm nəzarətlə yan-yana, dinləmələr(cavabdeh rəsmilərdən informasiya 

                                                            

417

Bax: Robertson, K. G. Summer 1998. Recent Reform of Intelligence in the United Kingdom: 



Democratization or Risk Management. Intelligence and National Security. Vol. 13, no. 2; pp. 144-

158. Also: Gill, Peter. April 1996. Reasserting Control: Recent Changes in the Oversight of the UK 

Intelligence Community. Intelligence and National Security. Vol. 11, no. 2; pp. 313-331. U.S. Senate 

Select Committee on Intelligence. Legislative Oversight of Intelligence Activities: The U.S. 



Experience. 1994. Report, 103

rd

 Congress, 2



nd

 Session. Washington D.C.: GPO 

418

 Johnson, Loch K. January 1997. The CIA and the Question of Accountability. Intelligence and 



National Security. Vol. 12, no. 1; pp. 178-200. And: Johnson. Spring/Summer 1995. The Evolution of 

CIA Accountability. American Intelligence Journal. Vol. 16, no. 1; pp. 43-46. 

419

 Leigh, Ian. 2002. The UK’s Intelligence and Security Committees. Paper presented at the 



Workshop on Democratic and Parliamentary Oversight of Intelligence Services, 3

rd

–5



th

 October 2002, 

organized by the Geneva Centre for the Democratic Control of Armed Forces. 


 

413


almaq və  kənar ekspertlərdən alternativ fikirlər  əldə etmək)aşağıdakı altı  səlahiy-

yətlə birgə ABŞ qanunverici nəzarət prosesinin mühüm təsir mexanizmlərini təşkil 

edir: (1)namizədləri təsdiq etmək və ya rədd etmək;(2) müqavilə aktı

420


 ratifikasi-

yasına keçmyə xəbər vermək və razılıq vermək; (3) icra orqanları üzərində hesabat 

vermək tələbləri qoymaq;(4) təhqiqat aparmaq-çatışmazlıqlar və pozuntuları üzə çı-

xaran,dəyişikliklər üçün tövsiyələr verən və yeni siyasi istiqamət qurmağa kömək 

edən effektiv alət kimi xidmət edən səlahiyyət; (5)icra orqanları üçün əhəmiyyətli 

olan məsələlərdə addımlar atmaq; və (6) gizli əməliyyatlardan öncə məlumatlandı-

rılmaq

421


.  

Parlamentarlar xalqın nəyi dəstəklədiyi haqda güclü hisslərə malikdirlər və on-

ların bir qismi geniş xarici siyasət təcrübəsinə malikdirlər. Bir neçə ölkədə, xüsusi-

lə  də, ABŞ-da

422

, onlar hətta kəşfiyyat materiallarının sifarişçisi və istehlakçıları-



dırlar. Beləliklə,parlament nəzarət komitələrinin qapalı iclaslarında ikinci rəy də tə-

min edilə bilir. Ölkə üçün baha başa gələn və təhlükəli həssas məsələlərdə ikinci 

rəy həyati məna daşıyır. 

Nəzarət komitələrinin işlərinin digər cəhəti ondan ibarətdir ki, parlament üzvləri 

debatlar,dinləmələr və hesabatlar vasitəsilə kəşfiyyat xidmətini daha da şəffaf edə 

bilər və beləliklə ictimaiyyət üçün daha da görünən edə bilərlər

423

. Komitələrin ic-



laslarının gizli olmasına baxmayaraq,illik hesabatlar hesabına məlumatların çoxu 

ictimaiyyətə açıqlanır.İctimai dəstək, kəşfiyyat məsələləri açıq və maarifləndirmə 

yolu ilə müzakirə olunduqda qazanılır və o da öz növbəsində əhəmiyyətli dərəcədə 

aşkarlıq və  şəffaflıq tələb edir.Açıqlıq harda olursa olsun dəstəklənməlidir. La-

kin,ictimaiyyətə açıqlanmalı olan hər  şey, mütləq, vəziyyətdən asılı olaraq edi-

lir.Komitələrin rolu,təhlükəsizlik və azadlıqlar arasında tarazlıq yaratmaqdır və eh-

tiyat tədbirləri görmək lazımdır ki, açıqlanan məlumatlar kəşfiyyat orqanlarının öz 

vəzifələrini yerinə yetirməsinə  zərər vurmasın. Digər tərəfdən,milli təhlükəsizlik 

məqsədləri üçün tələb olunan məlumatlar yüksək dərəcədə özəldir və həmişə əvvəl-

cədən açıqlana bilməz və ya ictimai müzakirəyə çıxarıla bilməz. Kəşfiyyat xidmət-

ləri həm də kiçik detallara qədər nəzarət edilə bilməz,çünki bu halda operativ məh-

                                                            

420

 The ability to monitor adherence to treaty provisions can be a mission for intelligence. 



421

 Lowenthal. op. cit. pp. 155-173. 

422

 McCullough, James. Spring 1998. Commentary on ‘Congress as a User of Intelligence’. Studies in 



Intelligence. pp-71-74. At: 

http://www.cia.gov/csi/studies/spring98/mccullou. html

. And: 

Snider, Britt L. Spring 1998. Sharing Secrets with Lawmakers: Congress as a User of Intelligence. 



Studies in Intelligence. At: 

http://www.cia.gov/csi/studies/spring 98/ Congress.html

 Also: 

Glennon, Michael J. 1998. Congressional Access to Classified Information. Berkeley Journal of 



International Law. Vol. 16, no. 1; pp. 126-137. 

423


 Gill, Peter. January 2003. Democratic and Parliamentary Accountability of Intelligence Services 

after September 11

th

. DCAF Working Paper No. 103. At: 

http://www.dcaf.ch/ 

publications/Working_Papers/103.pdf

 


 

414


suldarlığa mane olunur. Ona görə də, bir çox ölkələrdə açıqlığı əldə etmək asan ol-

mamışdır. Bir sahə kimi,kəşfiyyat həmişə məxviliyə və istisnalılığa can atır. Müva-

fiq məlumatların verilməsi çox zaman milli təhlükəsizlik səbəbləri üzündən məh-

dudlaşdırılır və açıq debatların keçirilməsi isə bu məsələnin daha yaxşı olaraq peşə-

karlara buraxılması ilə izah edilib məhdudlaşdırılır. Milli təhlükəsizlik səbəblərin-

dən istifadə edərək,məlumatların məhdudlaşdırılması davam edəcək,lakin bu So-

yuq Müharibə dövründə olduğundan daha az və az bəraətlə ediləcək. Bundan əla-

və,daha çox şəffaflıq, kəşfiyyat xidmətləri üçün məsul olan nazirləri suallandır-

maqla da əldə edilə bilər. 

Parlament,digər tərəfdən,kəşfiyyat xidmətləri ilə geniş ictimaiyyət arasında kör-

pü yaratmaq baxımından rol oynaya bilər

424


. Kəşfiyyat nəzarəti komitəsinin səla-

hiyyəti, kəşfiyyat xidmətlərinin öz tapşırıqlarını düzgün yerinə yetirmələri üçün da-

imi xatırlamadır və digər komitələrin üzvlərini əmin etməkdir ki, kəşfiyyat xidmət-

ləri özbaşına deyillər.Kəşfiyyatın təbiəti ictimaiyyətə çatdırıla bilən məlumatları 

məhdudlaşdırır. İctimaiyyətin nümayəndələri kimi,parlament nəzarət komitələrinin 

gizli informasiyalara çıxışı olmalıdır. Beləliklə, onların hesabat üçün sorğu vermə-

yə,dinləmələr keçirməyə və çatişmazlıqlar və pozuntularla bağlı təhqiqat aparmağa 

hüquqları olmalıdır. Ümumi qayda oalraq,kəşfiyyat xidmətləri prezident və ya baş 

nazir tərəfindən müəyyən edilmiş prosedurlar və  həmçinin,icra,qanunverici və 

məhkəmə orqanları tərəfindən təsdiq olunmuş qanunlara riayət edərək öz mənbələ-

rini və metodlarını açıqlanmadan qorumalıdırlar: 

 

•  Nəzarət komitələrini öz kəşfiyyat fəaliyyətləri və o cümlədən,göz-



lənilən kəşfiyyat fəəaliyyətləri barədə tam və daimi olaraq məlumatlandır-

malıdırlar. 

•  Müraciət olarsa,nəzarət komitələrini istənilən məlumatla və ya xid-

mətlərin əlində olan və ya nəzarətində olan sənədlərlə təmin etməlidirlər. 

•  Qeyri-qanuni və ya uyğunsuz kəşfiyyat fəaliyyətləri ilə bağlı  və 

edilən və ya planlaşdırılan düzəltmələr haqqında vaxtlı- vaxtında nəzarət 

komissiyalarına hesabat verməlidirlər. 

 

Öz tapşırıqlarını yerinə yetirmək iqtidarında olmaları üçün,parlament nəzarət 



komitələrinin üzvləri həm kəşfiyyat xidmətlərinin,həm də ictimaiyyətin inamını qa-

zanmalıdırlar. İdeal olaraq, parlament komitələri,nəzarət funksiyalarına icra struk-

rurlarının tərkibində olan nəzarət və  nəzərdən keçirmə orqanlarından fərqli, yeni 

                                                            

424

 Born, Hans. May 2002. Democratic and Parliamentary Oversight of the Intelligence Services: 



Best Practices and Procedures. DCAF Working Paper No. 20. At: 

http://www. 

dcaf.ch/publications/Working_Papers/20.pdf

 


 

415


perspektiv gətirməlidirlər.

425


 Daha sonra,nəzarət, yüklənmiş  və müdaxiləedici ol-

malı deyil, belə oduqda kəşfiyyat  əməliyyatlarının keçirilməsinə  mənfi təsir olur. 

Bir tərəfdən də,qanunverici nəzarət çox zaman icra orqanlarının qərarlarının kiçik 

detalları ilə məşğul olmağa can atdığından,parlament nəzarət komitələri kəşfiyyat 

xidmətlərinə hər hansı təhqiqat aparmaq və ya müəyyən hadisələrlə bağlı tədbirlər 

görmək göstərişi vermək səlahiyyətində olmamalıdırlar. Kimləri,hansı qrupları,ha-

disələri və fəaliyyətləri təhqiqat etmək icra qollarının qərarları olmalıdır. Digər tə-

rəfdən,komitələr siyasi orqanlar olduğundan

426

 ,siyasi məqsədəuyğunluğa və siyasi 



təsirlərə uyğun şəkildə hərəkət edirlər. Ona görə də, parlament üzvləri böhranlı hal-

larda fövqaladə əks-cavab tədbirlərindən çəkinməlidirlər və kəşfiyyat xidmətləri öz 

diqqətlərini tapşırıqların yerinə yetirilməsində saxlamalıdırlar və komitələr tərəfin-

dən yeni tapşırıqlar dalınca sürüklənməməlidirlər. 

Qanunverici nəzarətin digər önəmli tərəfi,bir tərəfdən,müstəqillik ilə tənqid ara-

sında tarazlıq yaratmaq və digər tərəfdən,komitələrlə kəşfiyyat xidmətləri arasında 

işgüzar münasibətin saxlanmasıdır. Kəşfiyyat hökümət fəaliyyətinin yeganə sahələ-

rindən biridir ki, orada tətbiq edilən qanun və siyasət çərçivəsində risk etmək və 

yenilkiçi düşüncə  təşviq edilməlidir. Bu elə sahədir ki, o ağırlıqlı olaraq peşəkar 

düşüncəyə və kəşfiyyatçıların parlaqlığına söykənir. Bu sahə həm də başqa idarələ-

rin,xarici dövlətlərin və fərdlərin əməkdaşlığından da asılıdır. Nəzarət komitələri-

nin gördüyü iş, sorğu və ya təhqiqat  şərtlərindən asılı olmayaraq təsirə malikdir. 

Komitələr özlərinin apardığı nəzarətin təsirli olduğunu nümayiş etdirməyə can at-

dıqları halda,onların kəşfiyyat xidmətləri haqqında bəyanat və addımlarının ictima-

iyyətin düşüncəsini təhrif edə biləcəyi təhlükəsi haqda, potensial mənbələr,əmək-

daşlıq edən idarələr,xarici xidmətlər və hökümətlər arasında pis təəssürat yaradaca-

ğı haqda və kəşfiyyatçıları mənəvi cəhətdən sarsıdacağı haqda, xəbərdar olmalıdır-

lar. Ona görə də, qanunverici nəzarət siyasi tərəf tutmamalı və ehtiyatlı olmalı və 

dinləmələr ədalətli olmalıdır.Nəzarət komitələri rəqib kimi yox,hər şeyi bilmək is-

təyən kimi davranmalıdır. Və onlar nəzarət dairəsini, kəşfiyyat xidmətlərindən kə-

nara, kəşfiyyatın istehlakçılarına qədər uzatmalıdırlar. 

İnam artdıqca,məlumatlara çıxış da artacaq. Təbii, hər zaman sızma təhlükəsi 

vardır

427


. Digər tərəfdən,təcrübə göstərir ki,əgər komitə üzvlərinə inam olsa, kəş-

                                                            

425

 

Bax:  IPU and DCAF - Parliamentary Oversight of the Security Sector. Principles, mechanisms 



and practices. 2003. Handbook for parliamentarians, No. 5. Born, Hans, ed. and Lead Author. 

Geneva/Belgrade: Goragraf; 190 pp. Available at  

 

http://www.dcaf.ch/oversight/proj_english.cfm?navsub1=12&navsub2=3&nav1=3



 

426


 Ott, Marvin C. Spring 2003. Partisanship and the Decline of Intelligence Oversight. International 

Journal of Intelligence and Counterintelligence. Vol. 16, no. 1; pp. 69-94.

 

427



 

Hyde, Henry J. 1988. Leaks and Congressional Oversight. American Intelligence Journal. Vol. 9, 

no. 1; pp. 24-27. 


 

416


fiyyat xidmətlərinin üzvləri də onlarla səmimi və acıq olacaqlar. Ona görə də, nəza-

rətə mandatı olan komitə üzvləri anlamalıdırlar ki,onlara həssas məlumatlar etibar 

edilə bilər və onlar geniş,fokuslanmış və dəqiq(heç bir halda ölkənin milli təhlükə-

sizliyini təhlükə altına qoymayan), hesabatlar hazırlaya bilərlər. Parlament və həm-

çinin,sorğu komissiyasının icra orqanları ilə bağlı nəzarətinin təbiətinin ümumilik-

də  mənfi olmasına baxmayaraq 

428

,parlament nəzarəti ictimaiyyətə  vəziyyətin ta-



razlaşdırılmış şəklini çatdırmalıdır,harada müsbət nə varsa o da göstərilməlidir və 

kəşfiyyat  xidmətlərinin fəaliyyətləri qeyri-dəqiq təsvir edildiyi yerlərdə və ya onla-

rın dürüstlüyü ədalətsiz olaraq iftiraya məruz qaldıqda onları müdafiə etməlidirlər.  

Kəşfiyyat  xidmətləri özlərini etibarlı olaraq müdafiə edə bilməzlər

429

. Eyni zaman-



da,komitələr kəşfiyyat xidmətlərinin müdafiəçisi kimi çıxış etməkdən çəkinməlidir-

lər. 


İş bacarığı məsələsi daha mürəkkəbdir. Təbiətinə görə, kəşfiyyat unikal keyfiy-

yətlərlə idarə olunur və kənar adamlar tərəfindən asan başa düşülmür. Bir çox par-

lamentarlar üçün,kəşfiyyat nəzarəti komitəsinin üzvü olmaq cəlbedici deyil,çünki 

burada üzvlük ictimai ad üçün az imkanlar yaradır. Başqaları “müəyyən mənada 

daha böyük məsuliyyətlər və beləliklə, böyük risklər götürməkdən” qorxurlar

430


Onların qorxuları, əməliyyatlara razılıq verməklə uğursuzluq ehtimalı ilə və ya ye-

ni kəşfiyyat skandalı yaranarsa,onlar da bərabər surətdə günahlandırıla bilərlər qor-

xusu ilə dəyişir

431



Parlamentin kəşfiyyat orqanları ilə  işinə, parlamentin öz işinin təbiəti də  təsir 



edir. Onların məruz qaldıqları təzyiqlər və məsuliyyətlər ona gətirir ki, çox az par-

lamentarın real kəşfiyyat təcrübəsi qazanmaq üçün zəruru vaxtları qalır. Əgər üz-

vlər müəyyən vaxt üçün təyin olunublarsa, o zaman onlar bu mürəkkəb sahəni öy-

rənməyə başladıqları zaman başqa komitəyə dəyişilirlər. Öz üzvlük dövrünün məh-

                                                            

428


Bax: The 9/11 Commission Report. Final Report of the National Commission on Terrorist Attacks 

upon the United States. 2004. New York, London: Norton & Company. Or: Commission on the 

Intelligence Capabilities of the United States Regarding Weapons of Mass Destruction. Report to the 

President. 31 March 2005. At: 

http://www.wmd.gov/report /report.html

 

429



 Parlament nəzarəti üzrə Fransa yanaşmasının bir elementiI …il est nécessaire de prévoir des 

dispositifs de protection, non seulement des informations vitales pour la sûreté de l’Etat, mais aussi 

des hommes qui les servent dans des conditions difficiles, voire dangereuses ….Les services ont par 

ailleurs besoin de reconnaissance, il faut les valoriser… See: Denécé, Eric. Mars 2001. Le contrôle 

parlementaire des services de renseignement. Interview d’Arthur Paecht, député du Var, vice-

président de la Commission de la Défense et des Forces armées à l’Assemblée nationale. Paris: 

L’Harmattan. Renseignement & Opérations Spéciales, No. 7 ; p. 24. 

430


 

Haering, Barbara. 2002. Investigating the Strategic Intelligence Service of Switzerland. 

Experiences of a Parliamentarian. Paper presented at the Workshop on Democratic and Parliamentary 

Oversight of Intelligence Services, 3

rd

–5

th



 October 2002, organized by the Geneva Centre for the 

Democratic Control of Armed Forces. p. 6. 

431

 Lowenthal, op.cit. pp. 167-169. 



 

417


dud olduğunu bilərək,bir çoxları öz vaxtlarını başqa komitələrə sərf edirlər. Nəticə-

də,komitələrin effektivliyini zəiflədən təcrübə  və ardıcıllıq itir. Ona görə  də, bir 

çox ölkələr komitə üzvlüyünü müəyyən edilmiş müddətə bağlamır və yeni üzvləri 

komitələrdə yer boşaldığı hallarda qəbul edirlər. Kəşfiyyat nəzarəti komitələrində 

daha çox parlamentarın üzv olması,kəşfiyyat xidmətinin missiyasının hər iki pala-

tanın parlamentarları tərəfindən daha yaxşı başa düşüləcəyi inancı ilə dəyişən üsul-

lu komitələrə üstünlük verən ölkələrdə, kəşfiyyata daha çox çıxışı olan araşdırıcıla-

rın və yüksək ixtisaslı aparat işçilərinin köməyinə arxalanmağa üstünlük verirlər. 

Hansı üstünlüyün olmasına baxmayaraq: siyasi müxalifətin nəzarətdə iştirak hüqu-

qunın əsasları müəyyən edilməklə, komitəyə üzvlük, uyğun siyasi partiya tərəfin-

dən yox, hər iki palatanın rəhbərliyi tərəfindən müəyyən edilməsi düzgün qaydadır. 

Təyinatdan öncə,onların həyat yolunun öyrənilməsi yoxlaması olmalıdır və onlar 

məxviliyi qorumaq haqqında and içməlidirlər

432


Təcrübələr göstərir ki,zaman keçdikcə,kəşfiyyat xidmətləri komitələrin nə istə-

diklərini anlayır və komitələr də,xidmətləri nələrin narahat etdiyini anlayır və onla-

rı qəbul etməyə hazır olurlar. Nəzarətin tərəfdarları azadlıqları qorumaq üçün eti-

barlı təminatlar istəyirlər; onların tənqidçiləri isə ölkəni daxildə və xaricdə düşmən-

lərdən qorumaq üçün daha təsirli məxvi əməliyyatlar keçirmək istəyirlər. Çətinlik 

bu cür aydın nəticədən irəli gəlir: müasir demokratik ölkə həm mülki azadlıqları is-

təyir və ona layiqdir, həm də xarici təhlükələrdən qorunmalıdır. Ona görə də hökü-

mətin bu çətin sahəsində hakimiyyət bölgüsü üçün düzgün düstur axtarılır,ancaq 

tam düsturun mövcud olmadığı  məlumdur və  nəzakət ruhunda parlament,icra və 

məhkəmə sistemi təhlükəsizlik və azadlıqların nəzərə alındığı modus vivendi (mü-

vəqqəti saziş)üçün axtarışı davam etdirəcəklər. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin