Obyektdə baş verən dəyişikliklər
Kəşfiyyat xidmətləri üçün tapşırıqların müəyyən edilməsi, heç bir zaamn olma-
dığı kimi çox mürəkkəb,çox gövrək və çöxsaylıdır. Kəşfiyyat üçün dramatik olaraq
dəyişən, riskləriin,təhlükə və qorxuların sayı və rəngarəngliyidir və bunların bu gün
sürətlə peyda olması və formasını dəyişməsi faktıdır. Kəşfiyyatın əhatə etdiyi mə-
sələlərin çoxu, əvvəllər hökümətləri maraqlandıran mövzulardan çox fərqlidir,mə-
sələn, qloballaşma, qlobal mühit,ölkələrin və onların xalqlarının firavanlığını təhlü-
kə altına qoyan maliyyə gücləridir. Beləliklə, kəşfiyyat idarəetməsi gözləmədiyi
yeni risklər, qorxular və təhlükələr gözləməli və onları aradan qaldırmağı öyrənmə-
lidir.
Ölkələrin bərabər olmaması bir tərəfə, onların bir qismində suverenlik ikiüzlü-
lük olmasa da mifdir
381
, bir çox ölkələr özlərinin yaramaz hökümətləri ilə ətrafında-
kı strateji mühiti qeyri sabitliyə sürükləyir,kütləvi qırğın silahları istehsal edir, ter-
rorçulara sığınacaq verir və öz rəqiblərinin xaricdə öldürülməsini təşkil edir. Həm
də baş tutmamış və ya dövlət strukturları dağılmaqda olan dövlətlər var ki, onlar
da xroniki münaqişələrə və kütləvi migrasiyaya təkan verir və yəqin ki, terrorçuluq
və mütəşəkkil cinayət üçün əlverişli mühit yaradır.
Əsas məsələ odur ki, güclü qeyri-dövlət qurumlarının və subyektlərin,beynəl-
xalq terror təşkilatların,ideloji,etnik və dini ekstremist qüvvələrin, bütün cəmiyyət-
lərə ciddi zərər vuran və təhlükə olan mafia və geniş kriminal təşkilatların sayı ar-
tır. Qloballaşmanın üstünlüyündən,texnoloji yenilikdən və sərhədlərin açılmasın-
dan yararlanaraq və müxtəlif ölkələrin qanunları və hüquqi prosedurları arasındakı
fəqliliklərdən ustalıqla istifadə edərək terrorçular,ekstremistlər,silah yayıcıları, si-
lah və narkotik dəllaları,insan orqanları və insan alveri ilə məşğul olanlar,çirkli pul-
ların dövriyyəsi və silinməsi ilə məşğul olan mütəxəssislər və ya gizli toksik və
təhlükəli zəhərli maddələrin saxlanması ilə məşğul olanlar çiçəklənirlər.
Bir çox çoxmillətli korporasiyalar,QHT-lər,yeni kəşfiyyat xidmətləri və indiki
381
Krasner, Stephen D. 1994. Sovereignty: Organized Hypocrisy. Princeton: Princeton University
Press.
395
zamanda məhsuldarlıq və xərclərin azaldılması baxımından faydalı olduğundan bü-
rokratik dövlətdən uzaqlaşma və onun vəzifələrini özəl sektora vermək mod olmuş-
dur,bütün növ özəl hərbi,təhlükəsizlik və kəşfiyyat qurumları yaranmışdır ki,onla-
rın üzərində monitorinq tələb olunur. Bütün bu subyektlər və daha çox hakerlər və
informasiya müharibəsinə girən pozucular özlərinin sonrakı addımları və hədəfləri-
nin nə olacağı ilə bağlı çoxlu sayda mürəkkəb problemlər yaratmışlar.
Beləliklə,risklərin,təhlükə və qorxuların artan sayı və rəngarəngliyi ilə kəşfiyya-
tın fəaliyyət dairəsi genişlənmişdir və eyni zamanda kəşfiyyatın beynəlxalq təhlü-
kəsizliyə verdiyi töhvə də artmışdır.Sonuncu, böhran idarəetmə və böhrana ca-
vab,münaqişələrin qarşısının alınması və sülh əməliyyatları ilə məhdudlaşmır və
beynəlxalq təhlükəsizlik və uzun müddətli təhlükəsizlik məsələlərinin başqa kate-
qoriyalarına da uzanır. Kəşfiyyatın ən mühüm vasitə kimi oynadığı sahələrdən biri
də transnasional terrorçuluğa qarşı mübarizədir. Kütləvi qırğın silahlarının məh-
dudlaşdırılması və silahların yayılması da başqa sahələrdir. Ücüncü kateqoriya,si-
lahlara nəzarət üzrə və inam yaratmaq tədbirləri üzrə mövcud olan sazişlərin yerinə
yetirilməsidir. Beynəlxalq sanksiyaların həyata keçirilməsi geniş-miqyaslı,kəşfiy-
yat əməkdaşlığı tələb edən dördüncü kateqoriyadır
382
. Beşinci kateqoriya,insan hü-
quqlarının pozulmasıdır. Fəlakət zonasına yardım və humanitar yardımlar zamanı
kəşfiyyat dəstəyi altıncı kateqoriyadır. Digər tərəfdən,milli infrastrukturun qorun-
masına,onların arasında, informasiya texnologiyası və informasiya müharibəsi hü-
cumlarından qorunmasına tələbat vardır və bu problemlər beynəlxalq kəşfiyyat
əməkdaşlığının vacibliyini ən radikal formada gündəmə gətirir.
Kəşfiyyat rəhbərliyi,kəşfiyyat məlumatı və dəlillər əldə etmək cəhdi ilə, sistemli şə-
kildə,məlumat toplanmasının bütün vasitələrindən istifadə etməlidir,ilk növbədə niy-
yətlər haqqında,planlar və imkanlar haqqında və eyni surətdə bu cür rəngarəng qrupla-
rın təşkili,onların fəaliyyətləri, resursları,kommunikasiyaları,əlaqələri və yerdəyişmələ-
ri haqqında məlumat və dəlillər toplamalıdır. Kəşfiyyat xidmətləri qarşısında qoyulan
tapşırığın qaydası, izləmək olmuşdur və bu ən təhlükəsiz və ən ucuz məlumat əldə et-
mək yoludur. İyirminci əsrin sonundan başlayaraq, məlumat toplamaq metodları dra-
matik olaraq dəyişmişdir: peyk vasitəsilə görünüş və elektronik tutmalar bunların ən
açıq sübutlarıdır və onlar seçimin alətinə çevrilmişdir. Digər tərəfdən, qeyri-dövlət sub-
yektlərinin çoxunun geniş,daimi obyektləri və vasitələri olmadığından, onları texniki
məlumat toplayan vasitələrlə asan hədəfə almaq mümkün deyil. Yeni təhlükələrin ço-
xu,dil qabiliyyətləri olan fərdlərin daha çox agentura kəşfiyyatını,riskləri üstünə almaq
təsəvvürünü və bir çox hallarda korrupsion və xoş olmayan tərzdə fərdlərlə iş birliyinə
girməyi tələb edir. Eyni zamanda,bu cür təhlükələrin təbiəti agentura kəşfiyyatını daha
çətinləşdirməklə bərabər, həm də məlumat toplayanların həyatını təhlükəli etmişdir. Və
382
Kəşfiyyat xidmətləri arasındakı beynəlxalq sazışlər bu dörd kateqoriya üzrə siyasi sazişlər
üzərində qurulur. Ölkə kəşfiyyatı onunla əməkdaşlıq edən ölkələrə məlumat verməkdə kömək edir.
396
diplomatik statusdan istifadə etməklə gizli surətdə sirayət etmək təhlükəsiz olmadığın-
dan, əks-kəşfiyyat işləri daha da əhəmiyyət qazanır. Kəşfiyyatın idarə edilməsini çətin-
ləşdirən və mənfi təsir göstərən başqa tendensiyalar aşağıdakılardır:
• Texnoloji nailiyyətlər kəşfiyyat hədəflərinə öz sirlərini daha yaxşı
qorumağa və fəaliyyətlərini daha yaxşı gizlətməyə kömək edir. Bu ona gö-
rə baş verir ki, indi pulu olan hər kəs açıq bazarda müasir gizlədici,aldadıcı
və yan keçici texnologiyalar ala bilər.
• Kəşfiyyat səyləri daha bərabər şəkildə, daha çox sayda hədəflər
boyunca yayılmalıdır. Bu planlaşdırma,idarəetmə,məlumat toplanması və
analizi daha çətin edir və daha böyük çeviklik tələb edir.
• Sürpriz, tez-tez qeyri-adi təhlükələrin nəticəsi bilinməyən birləş-
məsindən irəli gəlir. Bundan qaçınmaq üçün,kəşfiyyat,müvafiq ölkələr və
subyektlər üzərində geniş şəbəkəli daimi monitorinq qurmalıdır-bu mütləq
məlumat toplanması ilə bağlı olmaya da bilər, həm də “nəbzi tutmaq” və
“dəyişiklikləri aşkarlamaq” baxımından ola bilər.
• Mühüm kəşfiyyat məlumatlarını çoxlu sayda xarici dillər bilməklə
də əldə etmək olar. Dil bilmək xarici materialları tez oxumaq üçün daha
böyük qabiliyyət verir,lazımi adamlarla ünsiyyətdə olmağı və daha tez başa
düşməyə imkan verir.
• Ən yaxşı mümkün məlumat toplama sistemlərinin qurulması prio-
ritet deyil. Ona görə yox ki,təkcə xərclər əhəmiyyətli dərəcədə artır,həm də
saxlanıla bilən sistemlərin azalması nəticəsində zəif nöqtələr yaranır və çe-
viklik itir və müasir texniki məlumat toplanması məhdudlaşır.
• Xəbərləşmənin həcminin kütləvi şəkildə artması da hədəflə işləmə-
yi çətinləşdirir. Yerdəki mikrodalğa sistemlərə olan ümidlər azaldığı hal-
da,yeni xəbərləşmə metodları,məsələn, fibro-optik kabel,lazer,mobil tele-
fonlar və emailləri tutmaq çətinləşmişdir.
• İnternetə çıxış və ondan istifadə kəşfiyyat məlumatlarının toplanması-
na, bilgi və texnologiya əldə edilməsinə,rəqiblərə pul köçürmələrinə,gizli
kommunikasiyalardan,məsələn, gizli metodlarla xəbərlərin göndərilməsi, me-
sajların websayt və şəkillərdə itirilməsi vasitəsilə istifadəyə gətirir.
• Kriptologiya üzərində monopoliyanın və dövlət nəzarətinin itmə-
si,özəl xəbərləşmədə kompyuter şifrləri vasitələrinin geniş yayılması,siqnal
kəşfiyyatının və təsvir kəşfiyyatının imkanlarını azaldır.
• Kommersiya peyk fotoqrafiyasının bir metr və ya aşağı ölçüyə qə-
dər azalması yeni açıq mənbə sayılır və ondan təkcə kəşfiyyat xidmətləri
yox,rəqiblər də istifadə edə bilər.
397
Digər tərəfdən, kəşfiyyat qarşısında daha çox hökümət dairələrinin üzvlərinə,da-
ha sürətlə, daha çox kəşfiyyat tələbatları ilə xidmət etmək məsələsi ortaya çıxır.
Kəşfiyyat məhdud resurs olduğundan,tələb və təklif zamanı bunlar nəzərə alınmalı-
dır. Kəşfiyyat rəhbərliyinin hansı üslubda bunu etməsi, nə qədər israfçılıq və nə qə-
dər keyfiyyətsiz iş görüldüyünü müəyyən edir. Kəşfiyyat peşəkarları və müasir sis-
temlər faktiki olaraq istənilən bir şeylə məşğul olacaqlarsa, onda onlar bu işlərin
heç birini edə bilməzlər.Tələbat həmişə təklifdən çoxdur. Sənaye ölkələrində bu
problemləri həll etmək üçün mövcud olan iki yanaşmadan biri, yuxarıdan aşağı
mərkəzi planlaşdırma və o birisi,aşağıdan –yuxarı istehlakçını nəzərə alan bazar iq-
tisadiyyatıdır. Soyuq Müharibə tələblərinə cavab olaraq,qərb kəşfiyyat xidmətləri
maliyyə ayırma problemlərini həll etmək üçün mərkəzi planlaşdırmanı seçmişlər.
İndiki zamanda, mərkəzi planlaşdırmanın israfçılığı və səmərəsizliyi sərf etmir: o
artıq lazımi səviyyədə fəaliyyətləri və kəşfiyyat tələbatlarını öncədən görə bilmir
və onları qarşılamaq üçün bütün alternativləri ayırd edib qiymətləndirə bilmir. Xər-
clərə görə səmərəli olan kəşfiyyat dözümlülük, bazar intizamı və yeni öhdəliklər
qaydası tələb edir.
Başqa,çox vaxt qiymətləndirilməyən cəhət davamlılıqdır və o da,daha ki-
çik ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu prinsip pozulduğu halda,sə-
riştə aşağı düşür və onu sonrakı illərdə bərpa etmək çətin olur. Kəşfiyyat
prosesinin məğzini lazımi səviyyədə anlamayan siyasətçilər və dövlət rəsmi-
ləri çox vaxt belə düşünürlər ki, “kəşfiyyat xidmətinin bacarığı,barama qur-
du kimi onu çətinlikdən çıxardacaq”. Çox hallarda bu mümkün deyil. Daha
az başa düşülən odur ki, kəşfiyyat yeni texnologiyanın tətbiqi haqqında xə-
bəri olmasa, sonralar onu öyrənməsi çox çətin olur və ya mümkün olmur”.
Ən azı texniki sahədə,həqiqət həmişə odur ki, əgər sən bir şeydən yapışma-
san,uzun müddət ərzində kənarda qalmaq riski yaşaya bilərsən,hətta hökü-
mət çoxlu maliyyə ayırsa da belə”
383
. Ona görə də, kəşfiyyat idarəetməsində
uğur qazanmaq üçün lazım olan davamlılıq və kəşfiyyat xidmətləri arasında
artan ikitərəfli və beynəlxalq əməkdaşlıqdır.
Daha çox Kəşfiyyat Paylaşmasına və Beynəlxalq Əməkdaşlığa Zərurət
Kəşfiyyat xidmətlərinin bir –biri ilə və ya kənar xidmətlərlə məlumat paylaşma-
masının mədəni və bürokratik ənənələri vardır. Buraya informasiyanı gizləmək
üçün təbii hisslər və sirliliyə can atmaq da daxildir. Xüsusilə də,təhlükəsizlik xid-
mətləri və kəşfiyyat idarələri,ənənəvi olaraq,bir-birinə informasiya paylaşmasına
383
Kettis, Par. 2000. The Future of Covert Intelligence. In: Shukman, Harold, ed. Agents For
Change. Intelligence Services in the 21
st
Century. London: St Ermin’s Press; pp. 83-84.
398
müqavimət göstərirlər. ABŞ, bu istiqamətdə kəşfiyyat paylaşmasının,koordinasiya-
sının və əldə olan kəşfiyyat məlumatının əlaqələndirilməməsinin çox dağıdıcı nəti-
cələrinin ağrısını yaşayan tək ölkə deyil. Beləliklə,həm vertikal və üfiqi,həm də da-
xili və xarici səviyyədə daha çox paylaşım tələb olunur. Kəşfiyyat idarəetməsi, kəş-
fiyyat mənbələrini və metodlarını qorumaq zərurətinə hörmət etməyi davam etdir-
məklə,paylaşmanı tələb edən idarədaxili ənənə və mədəniyyəti dəyişməlidir,kon-
struktiv,vaxtlı-vaxtında informasiya axınına mane olan hədsiz sirliliyə və gizliliyə
edilən vurğuya da baxmalıdır.
Tarixi olaraq,dövlətlərin ümumi kəşfiyyat maraqları və problemləri olduğu za-
man bir-biri ilə məlumatları bölüşməyə hazır olurlar
384
. Çox hallarda,bu cür müna-
sibətlərin qarşılıqlı faydalı olduğu sübut olunmuşdur
385
. Hətta iki ölkənin maraqları
tam üst-üstə düşməsə də,kəşfiyyat xidmətləri bir-birinin xidmətlərini cavabsız qoy-
murlar. İkitərəfli əməkdaşlıq,bir qayda olaraq,kəşfiyyat məlumatlarının paylaşma-
sını və qarşılıqlı maraq doğuran məsələlərin analizini tələb edir. Bu cür ikitərəfli
münasibətlər o vaxt saxlanılır və davam etdirilir ki,hər iki tərəf onların kəşfiyyat
paylaşmasını əsaslandıran sazişə ciddi riayət etsin, tərəfdaş xidmətin təmin etdiyi
informasiyanın mənbəyi və detalları onun gizliliyinə uyğun olaraq mühavizə edil-
sin və üçüncü tərəfə verilməsin
386
.
Kiçik kəşfiyyat resurslarına malik olan ölkələr,böyük ölkələrin masa üzərinə qo-
ya biləcəyi qabiliyyətlərlə eyni cür addımlaya bilmədiklərinə baxmayaraq,onlar bu-
nun əvəzini başqa yollarla çıxa bilərlər. Bir çox hallarda,ölkələr,əhəmiyyəti böyük
olan,coğrafi ərazilərini və başqa imkanları təklif edirlər. Digər hallarda isə,kiçik öl-
kələrin kəşfiyyat xidmətləri böyük ölkələrin xidmətlərini lazımi təcrübə,bacarıq və
xarici dillə təmin edirlər. Bir çox ölkələrin,kəşfiyyata başqalarından daha çox ma-
liyyə sərf etdikləri zaman, onların xidmətlərinin ikitərəfli əməkdaşlığının bərabər
olması ağlabatan olmaz. Dövlətlərin təmin etdiyi çıxış və qabiliyyətlərdən əlavə,
çətin vaxtlarda arxalanmalı olan yaxın və yenilməz dostların olmasında da böyük
fayda var. Kəşfiyyat xidmətləri bu cür təhlükəsizlik əməkdaşlığı üçün əsil sement
rolu oynayır.
Hökümət rəhbərliyinin kəşfiyyat tələbatları daha çox transnasional və qlobal tə-
biətli məsələlərə aid olduğundan,başqa ölkələrlə kəşfiyyat münasibətləri genişlən-
məlidir. Buna ən son olmayan səbəb odur ki, heç bir kəşfiyyat idarəsi səmərəli su-
rətdə öz fəaliyyətlərini dünyanın hər yerində yerinə yetirə bilməz. Lakin dünya bo-
yunca,bir sıra ölkələrin az və ya çox dərəcədə məlum olan kəşfiyyat xidmətlərini
384
Richelson, Jeffrey. 1999. The U.S. Intelligence Community. Exchange and Liaison Arrangements.
4
th
ed. Boulder: Westview Press.
385
Bax məsələn: Herman, Michael. 2001. Intelligence Services in the Information Age. Norway as an
Intelligence Ally. London & Portland, OR: Frank Cass Publishers, pp. 139-146.
386
Sözdə “Ücüncü tərəf idarəçiliyi”
399
konkret məsələlərlə məşğul olmaq üçün bir yerə gətirən çoxlu sayda xüsusi forum-
lar mövcuddur
387
.
Yeni qeyri-hərbi risklər və təhlükələr,genişlənən beynəlxalq müdaxilələr və
coxmillətli sülh əməliyyatları beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı kəşfiy-
yat xidmətinə olan tələbləri artırır. Eyni zamanda, o iştirakçı dövlətlərin və ya ma-
raqlı ölkələrin kəşfiyyat və təhlükəsizlik xidmətləri arasında daha qabaqçıl əmək-
daşlıq üçün yol açır. Sülh əməliyyatlarına göndərilmiş koalisiya qüvvələrinə tam
müharibə dövrünün kəşfiyyat dəstəyi tələb edilir. Ölçülü qüvvə,cərrahi zərbə, az it-
ki və minimum yan təsirlərin hamısı kəşfiyyatdan asılıdır. Və beynəlxalq terrrorçu-
luq tərəfindən gələn təhlükə və daxili terrorçuluq alovu təhlükəsi müxtəlif ölkələr
arasında mümkün əməkdaşlığın əldə edilməsini vacib edir.
Kəşfiyyat şəbəkələri çoxtərəfli və ikitərəfli səviyyələrdə işləməlidir. Çoxtərəfli
şəbəkə,müvafiq konsepsiyaların,proseslərin,kommunikasiya və əlaqə strukturları-
nın, koordinasiya və müasir texnologiyadan və məlumat bazasından istifadənin,qar-
şılıqlı hüquqi yardımı,təlim və başqa yardımların hazırlanmasının qeydinə qalmalı-
dır. Bosniya və Kosovoda sülhə dəstək əməliyyatları,bütün növ beynəlxalq müda-
xilələr üçün kəşfiyyat dəstəyinin yeni nümunəsini göstərdi. Bu əməliyyatlara məsul
olan hər kəs, BMT Baş katibindən tutmuş aşağıya qədər yaxşı kəşfiyyata ehtiyac
olduğunu vurğuladılar. BMT
388
,AB
389
,NATO
390
,başqa beynəlxalq təşkilatlar və on-
387
Avropada ən məşhurları arasında “TREVI Group” sayılır və o 1975 ilində qurulub və AB ədliyyə
və daxili işlər nazirlərini “ Terrorisme, Radicalisme, Extrémisme et Violence Internationale”, qarşı
mübarizə üçün görüşür və Maastrihtin üçüncü dayağı-immiqrasiya,sığınacaq,polis xidməti,gömrük
və hüquqi əməkdaşlıq ilə məşğul olan- TREVI-ni əvəz etdi və 1998-ci ildə Europolu-u yaratdı. Digəri
“Berne Club” sayılır və 1971-ci ildə yaradılıb və 19 Avropa ölkəsini birləşdirir; üçüncüsü “Kilowatt
Group”-dur və 1977-də yaranıb və 15 ölkədən ibarətdir; dördüncüsü “ Conference of Western
Mediterranean Interior Ministers” 1982-ci ildə İslam fundamentalizminə və mütəşəkkil cinayətə qarşı
yaranıb və 6 ölkədən ibarətdir. Digəri “Le Groupe Informel Européen de Coopération dans le
Domaine de la Lutte Contre le Terrorisme” (GIECLCT) AB ölkələri dövlət başçılarının anti-terror
qruplarından ibarətdir. “Cross-Channel Intelligence Conference”, 70-ciillərdə yaranıb və dörd
ölkədən ibarətdir. NATO-nun Special Committee üzv ölkələrin təhlükəsizlik xidmətlərini bir yerə
gətirir. Təhlükəsizlik xidmətlərinin digər “klubları” müntəzəm olaraq Missile Technology Control
Regime (MTCR), the Nuclear Suppliers Group, the Australia Group, the Wassenaar Agreement, və
digər qruplar nəzdində görüşürlər. AB-Rusiya kəşfiyyat əməkdaşlığı terrorizmə qarşı və kəşfiyyat
paylaşması yönündə çalışır.
388
Əgər BMT-nin kəşfiyyat toplamaq üçün mandatı olsaydı və kəşfiyyata açıq yanaşması olsaydı
onun tarixi səhra uğursuzluqlarının çoxu baş verməzdi. Əsas ölkələr BMT-yə geniş kəşfiyyat mandatı
verməyə həvəssiz olmuşlar. Kəşfiyyat güc olduğundan BMT-nin buna sahib olması onların gücünə
təhlükə olardı.Bax: Dorn, Walter A. The Cloak and the Blue Beret: The Limits of Intelligence-
Gathering in UN Peacekeeping, at:
http://www.rmc.ca/academic/gradrech/ dorn16_e.html
389
AB öz kəşfiyyat təşkilatını qurmağa çalışır bax: Baker, Charles. The search for a European
intelligence policy. e-Prints, at:
http://www.fas.org/irp/eprint/baker. html
. And: Becher, Klaus;
400
ların fəaliyyətləri hələ də milli kəşfiyyat məlumatlarından asılıdır. Milli kəşfiyyat,
boşluqları doldurur,başqa mənbələrin doğruluğunu təsdiqləyir və bütün bunlardan
əlavə, qiymətləndirmə aparır. Bu beynəlxalq təşkilatlar zaman keçdikcə beynəl-
xalq kəşfiyyat dəyərləndirmələri üçün öz mexanizmlərini hazırlayır,lakin bu uzun
səylər tələb edir və ölkələrarası mübadilə əsasında qurulmalıdır. Bir neçə il bundan
öncə,ABŞ və digər başqa ölkələr beynəlxalq təşkilatlar üçün kəşfiyyat dəstəyi öh-
dəliyi götürmüşlər
391
. Bu artıq müəyyən mənada, beynəlxalq birliyin əsaslarını de-
fakto möhkəmlətməkdir. Lakin həssas operativ kəşfiyyat əməkdaşlığı ikitərəfli sə-
viyyədə baş verir və çoxtərəfli müzakirələrin mövzusu ola bilməz,çünki məlumat
sızmaları bu əməkdaşlığın effektivliyini azaldar.
Məlumat paylaşmasının faydası aydındır: kəşfiyyat mübadiləsi, böhranın qarşı-
sını almaqdan ötrü, böhran idarə edilməsi və müdaxilə üçün vaxtliı vaxtında, sa-
vadlı və yaxşı-hazırlanmış qərarlar üçün ilkin şərtdir və ən önəmli elemntlərindən
biridir. Cavab tədbirlərini təkmilləşdirməklə,resurları ayırmaqla və insan məhru-
miyyətlərini azaltmaqla,kəşfiyyat paylaşması ümumi səylərin birləşməsinə gətirir
və bundan əlavə,zaman keçdikcə böhranlı ərazilərdə hərbi varlığın qalmasının zə-
rurətini azaldır və nəticədə xərclərin qənaət edilməsinə gətirir.
İnformasiya texnologiyasında dəyişikliklər
və informasiyadan necə istifadə olunur
Yəqin ki,informasiya İnqilabı kəşfiyyat xidmətlərinin idarə edilməsi və işi üçün tə-
sir edən yeganə əhəmiyyətli amildir. İnformaisya mühiti dəyişmişdir,faktiki olaraq dərk
edilə bilən hər şeydən kənara çıxmışdır.Cəmiyyətin və iqtisadiyyatın hec bir tərəfi in-
formaiya dünyası,informaiya texnologiyası və xəbərləşmə kimi sürətlə dəyişmir. Və
hökümətin başqa sahələrindən fərqli olaraq,kəşfiyyat,bütün bu dəyişikliklərin hər biri-
nin təsirinə məruz qalır.Sadəcə İnternetin inkişafı ilə,informasiya okeanına çıxış getdik-
cə artır. Ölkədə gedən proseslərin qiymətləndirilməsi üçün lazım olan informasiyaların
85%-i Açıq Mənbə Kəşfiyyatından(OSİNT) gəlir. Qalanları və çox mühüm olanları
Molard, Bernhard; Oberson, Frédéric; Politi, Alessandro. 1998. Vers une politique européenne de
renseignement. Institut d’Etudes de Sécurité. Paris: Cahier de Chaillot No. 34. 58 pp.
390
NATO daxilində birləşmiş kəşfiyyat yoxdur. NATO tarixi boyu müdafiənin başqa tərəfləri kimi
Alyans daxili struktur kimi yaradılmamışdır. NATO-nun məhdud kəşfiyyat elementləri hərbi
risklər,təhlükələr,və qorxular haqqında müqavilələr ölkələri boyunca rəsmi yollarla və üzv ölkələrin
informasiyaları əsasında ahəngli qiymətləndirmələr ortaya qoymuşdur.Bax: van Rensen, Peter. 1997.
Informationsbedarf der Gemeinsamen Aussen- und Sicherheitspolitik der Europäischen Union.
Ebenhausen: SWP Paper IP 3046, pp. 27-29 and 44.
391
Amerika kəşfiyyatı BMT və NATO əməliyyatlarına ən çox dəstək verir. IFOR/SFOR zamanında
və Kosovo əməliyyatlarında lazım olan kəşfiyyatın ən çoxunu Amerika kəşfiyyatı vermişdir.
401
texniki toplama vasitələri və gizli fəaliyyətlə əldə edilir.
İnformasiya inqilabından doğan başlıca texnoloji cərəyanlar aşağıdakılardır: ar-
tan imkanlar,qiymətlərin düşməsi və əlaqə vasitələri hesabına daha böyük bağlılıq.
Bu cür irəliləyiş, bizim informasiya ilə necə işləməyimizi və ondan necə istifadə
edəcəyimiz haqda dəyişiliklərə gətiridi,desentralizasiyanı mümkün etdi, operativ
əməliyyatları uzatdı,şəbəkələrin və dəqiq sistemlərin yaranmasına gətirdi. Bu inki-
şaf,özəl sektora da texnologiya əldə etməyə,hökümətlə bağlı kəşfiyyat xidmətlərini
geridə qoyaraq daha da yüksək məhsullar və xidmətlər hazırlamağa imkan verdi.
Bir çox hallarda,kommersiya sektoru daha yaxşı informasiyaya malik olur. Beləlik-
lə,kəşfiyyat hər zaman davamlı olaraq dəyişikliyə hazır olmalıdır. Və bu təşkilatın
strukturunu və idarəetməsini yenidən çızmaqla kəşfiyyatın təşkili və idarəetməsin-
də dəyişikliklər tələb edəcək və komandanlıq sisteminin yenidən sxemləşdirilməsi-
ni tələb edəcək.
Bu gün kəşfiyyat idarəetməsinin üzləşdiyi problem üçdür: lazımi məlumatları
almaq və onların sonrakı analiz və qiymətləndirməsini aparmaq üçün,inanılmaz də-
rəcədə məlumat bazası və məlumatların üzərində işləmək lazımdır; özəl sektorun
imkanlarından maksimum istifadə etmək; kəşfiyyat toplanmasının səylərini,açıq
mənbələrdən və ya kommersiya sektorundan alına bilməyən, kəşfiyyat məlumatla-
rını əldə etmək və onları şərh etmək nisbətən əlverişli olan yerlərə yönəltmək la-
zımdır. Sonuncu, üç kateqoriyaya bölünür:
1. Gəlirsiz olduğuna görə,özəl sektorun lazımi səviyyədə əhatə edə
bilməyəcəyi müəyyən sahələrdə təcrübə,bilgi və informasiya;
2. Texnoloji baxımdan həddən artıq çətin olduğundan, özəl sektorun
toplaya bilmədiyi və ya toplamayacağı məlumat bazası və məlumatlar;
3. Hüquqi məhdudiyyətlər və risklərə görə özəl sektorun toplamalı
olmadığı, toplaya bilmədiyi və ya toplamayacağı məlumat bazası və məlu-
matlar
392
.
Beləliklə, “nisbətən əlverişli” kəşfiyyat toplanmasını,özəl və kommersiya sekto-
runa vermək olar və orada bu işləri bilən mütəxəssislər var və onların çoxu sərbəst
olan,ən yaxşıları aşağı qiymətə əldə oluna bilən açıq kütləvi informasiyaları fil-
trdən keçirmək bacarığındadırlar və burada kəşfiyyat ərintisi (sintezi) kəşfiyyat ida-
rəetməsinin əsas bacarığına çevrilir.
Sirlilik,sızma təhlükələri və bölünmələrlə qarşısı alınan kəşfiyyat ərintisi, bü-
rokratik mədəniyyətləri və müxtəlif təşkilatlarda və onların arasındakı vertikal və
392
Berkowitz, Bruce D. & Goodman, Allan E. 2000. Best Truth. Intelligence in the Information Age.
New Haven and London: Yale University Press; p. 40.
402
üfiqi maneələri və həmçinin, kəşfiyyat analizi və qiymətləndirməsi üçün ən yaxşı
beyinləri bir yerə yığan,bir-biri ilə əlaqə yaradan və şəbəkə quran təşkilati tədbirlə-
rin dağıdılmasını tələb edir. Ən yaxşı analz müxtəlif perspektivlərin baxıldığı və al-
ternativ hipotezlərin alqışlandığı rəqabətli mühitdə meydana gəlir. Kəşfiyyatın ən
yaxşı sintezi,bilgi aşkarlanmasına imkan verən və tapma metodlarından istifadə
edən ən müasir mümkün texnologiyanın cəmləşdiyi, məlumat bazalarını və məlu-
matları bir yerdə yerləşdirən mərkəzləşmiş məlumat bazasında və onunla əməkdaş-
lıqda olan idarələrdə əldə olunur
393
. Sintez kəşfiyyatı əsasında alınan nəticələr,və-
ziyyəti daha geniş anlamağa imkan verir, yeni risklərin və fəaliyyətlərin yaranması-
nı həssaslıqla tutur, gözlənilməyən halları azaldır, məlumat toplanması tapşırıqları-
nın təkmilləşdirilməsi və beləliklə səylərin məhsuldarlığını,təsirliliyini və birliyini
artırır.
Dostları ilə paylaş: |