144. Yenidoğulmuşda həyatın ilk saatlarından qusma var. Muayinə zamanı həkimqida borusunun atreziyasından şübhələnir. Diaqnozu təsdiqləmək üçün əsas müayinə üsulunu göstərin.
A) Kontrast rentgen müayinəsi
B) Elefant sınağı
C) Rentgen müayinəsi
D) Qanin ümumi müayinəsi
E) Ultrasəs müayinə
145. Hər dəfə bərk qida qəbulundan sonra həll olunmamış qida ilə qusma hansı patologiyaya daha uyğundur?
A) Yemək borusunun stenozu
B) Pilozostenoz
C) Pilorospazm
D) Ledde sindromu
E) Yemək borusunun atreziyası
146. 3 yaşında uşaqda qida qəbulundan dərhal və ya bir neçə saat sonra qusma olur. Qusuntunun tərkibi dəyişilməmişdir və mədə möhtəviyyatı olmayan qidadan ibarətdir.Qusuntunun miqdarı qəbul edilən qidadan azdır. Bu əlamətlər hansı patologiya uyğundur?
A) Yemək borusunun axalaziyası
B) Yemək borusunun atreziyası
C) Yemək borusunun anadangəlmə stenozu
D) Pilorostenoz
E) Pilorospazm
147. Yenidoğulmuşda hər dəfə qida qəbulundan sonra qusma olur. Qusma çox vaxt uşaq uzanıqlı vəziyyətdə olduqda, ağladıqda baş verir. Bu əlamətlər hansı patologiya uyğundur?
A) Kardiyanın xalaziyası
B) Yemək borusunun axalaziyası
C) Yemək borusunun atreziyası
D) Yemək borusunun anadangəlmə stenozu
E) Pilorostenoz
148. Qusma aparıcı əlamət olan cərrahi patologiyalarda aparıcı müayinə üsulu hansıdır?
A) Kontrast rentgenoqrafiya
B) Sintiqrafiya
C) Ultrasəs müayinə
D) Qanın biokimyəvi müayinəsi
E) Maqnit rezonans tomoqrafiya
Dostları ilə paylaş: |