13.İctimai rəyin mahiyyəti


Şəxsiyyətin hüquqi sosiallaşması



Yüklə 70,4 Kb.
səhifə31/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   28   29   30   31   32   33   34   35   36
imtahan sualları

55. Şəxsiyyətin hüquqi sosiallaşması
İnsanın mahiyyəti cəmiyyətlə birgə dəyişir və inkişaf edir. Bu, onun sosial mühitlə ayrılmaz əlaqədə olduğunu sübut edir.
Qeyd olunan proses həm də sosiallaşma ilə sıx bağlıdır. Sosiallaşma təkcə şəxsiyyətin, insanın və sosial mühitin əlaqə formalarından ibarət deyildir. O, həm də cəmiyyətin yetkinlik dərəcəsindən asılı olan mürəkkəb prosesdir. Onun məzmununda insanı cəmiyyətdə qəbul edilmiş anlayışlar, dəyərlər, sosial normalar sisteminə və digər mədəniyyət dəyərlərinə cəlb etmək məqsədilə müxtəlif sosial institutların məqsədyönlü fəaliyyəti əsas yer tutur. Bununla yanaşı həmin proses insanın bir şəxsiyyət kimi həmin istiqamətə yönəlmiş fərdi fəaliyyətini də ehtiva edir. Sosiallaşma gedişində fərd tərəfindən onun yaşadığı cəmiyyətin mədəniyyət sisteminin əsas nailiyyətlərinin mənimsənilməsi baş verir.
Hüquqi sosiallaşma ümumi sosiallaşmanın zəruri və mühüm istiqamətini təşkil edir, onunla hissə və tam kimi nisbətdədir. Onun mahiyyəti insanın, vətəndaşın cəmiyyətin strukturunda öz ictimai rolunu, yerini daha dərin dərk etməsi deməkdir.
Hüquqi sosiallaşmanın əsas xüsusiyyətləri onun konkret olması, dəqiq müəyyənliyi, münaqişə səbəblərinin mərkəzində olması, mövcud informasiyanı şəxsiyyətin sosial statusu və cəmiyyətdəki roluna uyğun olaraq qiymətləndirməsi hesab olunur.
Qeyd etmək lazımdır ki, məlumat mənbələri nə qədər əhəmiyyətli olsa da, onların verdiyi məlumatlar əhali tərəfındən kor-koranə deyil, ciddi tənqidi surətdə qəbul olunur. Sosioloji tədqiqatların nəticəsinə görə, oxucuların yalnız 48%-i qəzetlərdə yazılanlara inanır.
Fərdin sosiallaşması prosesinin ayrılmaz tərkib hissəsini siyasi və hüquqi tərbiyə təşkil edir. Onun məqsədi insanlarda müvafıq biliklər sistemi, inam, sosial cəhətdən fəal davranış motivlərini və vərdişlərini formalaşdırmaqdır. Hüquqi tərbiyə dedikdə dövlətin, onun orqanlarının və qulluqçularının, ictimai təşkilatların və əmək kollektivlərinin əhalidə hüquq düşüncəsi və hüquq mədəniyyətinin formalaşdırılmasına və artırılmasına yönəlmiş məqsədyönlü, sistemli fəaliyyəti başa düşülür. Bu işdə hüquqi tədris və hüquqi tərbiyə bir-biri ilə üzvi vəhdətdə çıxış edır. Tərbiyəvi xarakter daşıyan tədris prosesində vətəndaşın şəxsiyyət düşüncəsi, hüquqi görüşləri, əxlaqi idealları, dəyər yönümləri fasiləsiz surətdə zənginləşir. Bu prosesdə insan hüquqi biliklərin daim genişlənməsi və dərinləşməsinin zərurət olduğunu dərk edir.
Hüquqi tədris və tərbiyə şəxsiyyətin vahid inkişafı prosesinin ayrılmaz hissələridir. Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğu ideyasının getdikcə daha dolğun gerçəkləşdiyi bir şəraitdə bunların rolu və əhəmiyyəti durmadan artır. Hüquqi tədris və tərbiyə müxtəlif formalarda həyata keçirilir. Bu prosesdə əldə edilmiş biliklər fərdin dəyər istiqamətlərinin sosial məqsədinin formalaşmasına köməklik edir. Onlar şəxsiyyətin şüurlu (düşünülmüş) fəaliyyətinin tənzim edilməsində də mühüm rol oynayır və onun hüquqi düşüncəsinin əsası kimi çıxış edir. Sonra, insanın müxtəlif siyasi hadisələrə münäsibətinin formalaşmasında, onun cəmiyyətdə davranışın müəyyənləşdirilməsində də onların rolu böyükdür. Şəxsiyyətin ümummədəni inkişafı, sosial normaların gerçəkliyə çevrilməsi, normativ tələblərin vərdişə, fəal davranışa keçməsi kimi proseslərin sürəti də hüquqi tərbiyənin səviyyəsindən və keyfiyyətindən çox asılıdır.


Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin