13.İctimai rəyin mahiyyəti


İnsitutlaşma prosesi və onun xüsusiyyətləri



Yüklə 70,4 Kb.
səhifə35/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   28   29   30   31   32   33   34   35   36
imtahan sualları

59. İnsitutlaşma prosesi və onun xüsusiyyətləri
Sosial institutların yaranması prosesi institutlaşma adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir.
«İnstitutlaşma»nın klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən yüksək avtoritetin olduğunu qəbul edirlər. Məsələn, özünün «Qanunların ruhu» əsərində vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə tənzim olunur, insanın davranışları isə əksər hallarda əxlaq normaları ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış cəmiyyətdə fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onların qarşılıqlı münasibətlərində xeyirxah davranışı təmin edən qayda hökm sürür.
Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan sosial tələbatlar arasında ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir.
Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat.
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir təməl xarakterli tələbat bir çox xüsusi institutların mövcudluğunu zəruri edə bilər, digər tərəfdən isə hər bir institusional kompleks (məsələn, hüquq) aşağıdakı bir sıra təməl tələbatlar çoxluğunu yerinə yetirir: kommunikasiyaya, xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanunqaydanın və nəzarətin qorunması tələbatını. Tarixi inkişafın gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onların öz daxilində olan səbəblərlə (əsasən həmin institutun hakim sosial qrupların mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi üzündən), həm də xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi ilə əlaqədar olaraq) bağlıdır. Aydındır ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün ayrılmış müvafiq rolları qəbul etməlidirlər.
Şübhəsiz, institut daxilindəki bütün rollar institut rolları ola bilməzlər. Məsələn, «ananın balaca köməkçiləri» - bunlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. Eyni zamanda oğul və ya qız institutlaşmış rollardır. Bəs fərq nədədir? İnstitutlaşmış rol kənaraçıxmaları daha ciddi cəzalandırmağı nəzərdə tutan, daha sabit davranışlar toplusudur.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin