13.İctimai rəyin mahiyyəti


Şəxsiyyətin hüquqi sosiallaşması və davranışı



Yüklə 70,4 Kb.
səhifə32/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   28   29   30   31   32   33   34   35   36
imtahan sualları

56. Şəxsiyyətin hüquqi sosiallaşması və davranışı
Sosioloqların və hüquqşünasların apardığı tədqiqatlar göstərir ki, hüquqi tərbiyənin səmərəliliyi ictimai həyatın bütün sahələrində qanunlara riayət etmək ehtiyacının reallaşması səviyyəsi ilə ölçülür. Qanuna riayət etməyi ictimai zərurət kimi dərk etmək və öz davranışında onun tələblərinə düşünülmüş şəkildə əməl etmək indi həmişəkindən daha vacibdir.
Hüquqi tərbiyədə bu və ya digər qrupun maraqlarının dərk edilməsi, onun nüfuz və şərəfinin qorunub saxlanılması çox mühüm rol oynayır. Burada əsas məsələ həmin maraqların cəmiyyətin ümumi maraqlarına nə dərəcədə uyğun gəlməsindən ibarətdir. Bu maraqların dərk edilməsi və prinsipial cəhətdən uzlaşdırılması hüquqi normalara uyğun olaraq baş verir. Həmin maraqlar üst-üstə düşmədikdə isə şəxsiyyət, eləcə də qrup cəmiyyətin hüquqi tələblərinin əleyhinə çıxa bilir ki, bu da mütləq onların münasibətlərində toqquşmalara gətirib çıxarır.
Tərbiyə nəzəriyyəsində belə bir fikir hamı tərəfindən qəbul edilmişdir ki, özünütərbiyə yaxşı təşkil olunmuş tərbiyənin nəticəsidir. Onun əsas məzmunu şəxsiyyətin dəyişməyə, özündə arzu olunan xüsusiyyətləri formalaşdırmağa yönəlmiş daxili fəallığın dərk edilməsindən ibarətdir. Hüquqi özünütərbiyə istənilən mənfi xarici təsirə davam gətirmək üçün müəyyən siyasi, hüquqi və əxlaqi prinsiplərin, dəyərlərin, sosial və hüquqi davranış normalarının qavranılmasını, inkişafını və möhkəmləndirilməsini nəzərdə tutur.
Sosiallaşma cəmiyyətin bütün həyat sahələrini, o cümlədən də siyasəti əhatə edir. Siyasi sosiallaşmaya ikitərəfli proses kimi baxılmalıdır. Onun birinci tərəfini fərdə siyasi məlumatın, biliklərin verilməsi, onun mövcud siyasi dəyərlər sisteminə cəlb edilməsi, ictimai münasibətlər sisteminə daxil olmaqla sosial təcrübəni, normaları və rolları qavraması təşkil edir. İkinci tərəf isə sosial-siyasi mühitə daxil olma prosesində fərdin aktiv fəaliyyəti sayəsində onun mövcud ictimai münasibətlər sistemini daha da inkişaf etdirməsini nəzərdə tutur. Səxsiyyətin siyasi sosiallaşması prosesində sosioloji baxımdan cəmiyyət aşağıdakı məsələləri həll edir:
a) fərdlərdə onların öz ictimai funksiyalarını yerinə yetirə bilməsi üçün lazım olan bacarıq və xüsusiyyətlərin formalaşdırılması;
b) fərdin ictimai-siyasi özünügerçəkləşdirmə sisteminə daxil edilməsi;
c) sosial-siyasi münasibətlər sistemində fərdlər tərəfindən müvafıq sosial rolların yerinə yetirilməsi;
ç) mövcud ictimai münasibətlərin və birinci növbədə siyasi münasibətlərin inkişaf etdirilməsi və zənginləşdirilməsi.
Siyasi sahədə sosiallaşma şəxsiyyətin təşəkkülü və inkişafına böyük təsir göstərir. O, insanın siyasi münasibətlər və siyasi fəaliyyət subyekti kimi təşəkkülü prosesinin bütün tərəflərini əhatə edir. Onun son nəticəsi şəxsiyyətin sosial-siyasi fəallığı ilə onun yaradıcılığının sintezini ifadə edən yüksək siyasi mədəniyyətin formalaşmasıdır.
Beləliklə, sosiallaşma prosesi insanın məqsədyönlü fəaliyyətindən, sosial praktikanın və insanların ünsiyyətinin xarakterindən, onun tutumunun və məzmununun şüurlu şəkildə dəyişdirilməsi imkanlarından, habelə tərbiyəsinin təşkilindən asılıdır.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin