13.İctimai rəyin mahiyyəti


P.Bergerin sosial nəzarət konsepsiyası



Yüklə 70,4 Kb.
səhifə21/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
imtahan sualları

44.P.Bergerin sosial nəzarət konsepsiyası
Sosial nəzarətin müxtəlif növlərinin, tiplərinin və formalarının insana təsiri bir-birindən fərqlidir. Bu baxımdan görkəmli sosioloq P. Bergerin sosial nəzarət konsepsiyası diqqəti cəlb edir. P. Bergerin fikrincə, insan müxtəlif konsentrik dairələrin mərkəzində dayanır. Həmin dairələrin hər biri sosial nəzarətin yeni sistemidir, onun müəyyən növünü, tipini və formasını təmsil edir. P. Berger 5 dairə - 5 sistem müəyyənləşdirir:
1-ci dairə - ən xarici və ən böyük dairə siyasi-hüquqi sistemdir. Bu sistem qüdrətli dövlət aparatı ilə təmsil olunmuşdur. Onun qarşısında, demək olar ki, hamı gücsüzdür. Dövlət vergilər toplayır, vətəndaşları hərbi xidmətə çağırır, onları özünün sonsuz qaydalarına tabe olmağa məcbur edir, zəruri hesab etdikdə azadlıqdan, hətta həyatdan məhrum edir.
Mərkəzə - insana doğru irəlilədikdə 2-ci dairə - insana maksimum təzyiq göstərən ictimai əxlaqdır, adət və ənənələrdir. Bizim mənəviyyatımıza əslində hamı nəzarət edir: polis, valideynlər, qohumlar, tanışlar, dostlar və s. Onlardan hər biri öz manerasına uyğun olaraq, öz səlahiyyətləri dairəsində sosial nəzarət instrumenti tətbiq edir. Yuxarıdakı iki dairəni böyük məcburiyyət dairələri adlandırmaq olar. Bu dairələrdə fərd cəmiyyətin digər üzvləri ilə birlikdə olur.
Lakin nəzarətin kiçik dairələri ilə mövcuddur (3-5-ci dairələr). 3-cü dairə - peşə sistemidir. İnsan iş yerində çox-saylı təlimatlarla, peşə vəzifələri ilə, məhdudiyyətlərlə və s. ilə üzləşməli olur. Onlar insana nəzarətedici (çox zaman olduqca sərt) təsir imkanlarına malikdir. Məsələn, biznesmenlərə lizensiya verən təşkilatlar, işçi-peşə birlikləri, həmkarlar təşkilatları nəzarət edirlər. Kolleqa və əməkdaşlar tərəfindən qeyri-formal nəzarətin müxtəlif üsullarını da buraya əlavə etməliyik. Peşə sistemi (peşə və vəzifə) əslində fərdin qeyri-istehsal həyatında nəyi edibetməməsini də əhəmiyyətli dərəcədə həll edir
4-cü dairə - sosial nəzarətin müstəqil sistemi olan ictimai mühitdir. Bu mühit uzaq və yaxın, tanış olmayan və tanış olan adamları əhatə edir. Ətraf mühit insana öz tələblərini verir: bunlar hadisələrin geniş dairəsini əhatə edən yazılmamış qanunlardır, qeyri-formal tələblərdir. Bu tələblər geyinmək və danışmaq manerasını, estetik zövqləri, siyasi və dini əqidələri, hətta özünü stol arxasında aparmaq manerasını da əhatə edə bilər.
5-ci, sonuncu dairə - ailə və şəxsi dostlar dairəsidir. Bu dairə fərdin xüsusi həyatının cərəyan etdiyi sahədir. Burada fərdə sosial, daha dəqiq desək, normativ təzyiq azalmır, əksinə, artır. Məhz bu dairədə fərd ən mühüm sosial əlaqələr qurur. Bu dairənin psixoloji yükü daha böyükdür. P. Berger qeyd edir ki, rəis sizi işdən çıxarıb, mövcudluq vasitələrindən məhrum edərsə, bu, xalis iqtisadi fəaliyyətdir. Lakin işdən çıxarılma evin qadınının, uşaqların hissiyyatına təsir göstərərsə, həmin iqtisadi fəaliyyətin psixoloji nəticələri sarsıdıcı ola bilər.
Nəzarətin digər sistemlərindən fərqli olaraq, yaxınların, ailənin təzyiqi elə məqamda üzə çıxa bilər ki, fərd ona hazırlıqlı deyildir. İşdə, nəqliyyatda, ictimai yerlərdə insan bir qayda olaraq, daha ehtiyatlılıdır və təhlükəni qarşılaşmağa potensial surətdə hazırdır. Qeyd etdiyimiz sonuncu dairənin daxili hissəsini, özəyini qadınla kişi arasındakı intim münasibətlər təşkil edir. İnsan məhz intim münasibətlərdə özünün çox mühüm hisslərinə kömək axtarır. Bu əlaqələri qiymətləndirməmək özünü itirməklə risk etmək deməkdir.


Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin