2.3.Lənkaran vilayətinin torpaqlarinin ekoloji qiymətləndirilməsi.
Pedosfer ,yəni torpaq örtüyü vasitəsilə Yerin digər geosferləri atmosfer,hidrosfer ,litosfer və biosfer həm öz aralarinda,həm də hər biri ariliqda torpaq örtüyü ilə daim maddə və enerji mübadiləsi apardiğı üçün torpaq örtüyünü bəzən yerin “dərisi” də adlandırırlar. V.İ.Vernadskiy torpağın yuxarıda adı çəkilən Yer təbəqələrinin təsiri nəticəsində əmələ gəlməsini nəzələ alaraq, onu Yerin “nəcibpas qatı“ adlandırmışidır. Biomembran canlı varlıqlardan ötrü nə qədər əhəmiyyətlidirsə , torpaq örtüyü də biosfer üçün bir o qədər əhəmiyyətlidir.
Akademik V.A.Kovdaya görə [ 26 ] torpaq təbqəsi və ya pedosfer özü inkişaf etmək ,öz-özünü nizamlamaq qabiliyyətinə malik olan, canlı orqanizmlərinin mövcudluğunu və yenidən bərpasını təmin edən ümumdünya bioenergetik və biokimyəvi sistemdir.Müəllif torpaq örtüyünün aşağıdakı əsas funksiyalarını ayırmışdir:bioekoloji (torpaq canlı varlıqların yerləşdiyi və fəaliyyətdə olduğu yerdir); bioenergetik (humus və digər üzvi maddələrdə günəş enerjisinin toplanaraq bioloji kütləyə çevrilmə sahəsi); azotun fiksiyası və zülaləmələgətirmə funksiyasi;əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi dövriyyəsində aktiv agentlərin funksiyası ; alt kristal süxurlari xirda fraksiyalara çevirmə funksiyası (aşınma); hidroloji funksiya (geosferlər arasında aktiv su mübadiləsi sahəsi); meteoloji funksiya (atmosferin tərkib və rejiminin formalaşmasına aktiv təsir göstərənsahə ).
Bir çox ekoloji problemlər torpaq örtüyü ilə bağlı olur. Torpaq örtüyünün çirklənməsi digər geosferlərə də öz təsirini göstərir. Bunu nəzərə alaraq ,qeyd edildiyi kimi torpaqların ekoloji qiymətləndirilməsi həm nəzəri ,həm də praktiki əhəmiyyət kəsb edir. Əvvəlki bölmədə qeyd edildiyi kimi Q.Ş.Məmmədovun [ 7 ] konsepsiyasına görə ,torpaqların ayrı-ayrı xassələrinin torpaqların ekoloji qiymətinə təsiri təkcə təshih əmsalları cədvəlləri vasitəsi ilə deyil,həm də torpaqların keyfiyyətinin bu və ya digər əlamətinin təzahür dərəcəsinə görə bölündüyü xüsusi kiçik şkalalarda verilə bilər. Q.Ş.Məmmədov [ 7 ] Azərbaycan torpaqlarının ayrı-ayrı əlamətlərinin təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarını qurarkən həm öz tədqiqat materiallarından,həm də bir sıra tədqiqatçıların şorlaşmaya, şorakətləşməyə,torpaqların struktur-aqreqat tərkibinə, həmçinin iqlim göstəricilərinə [ 44] dair şkalalarından istifadə etmişdir.
Bu konsepsiya əsaslanaraq, Lənkaran viləyətində çay, üzüm , taxıl bitkilərinin ekoloji tələblərinə uyğun olaraq, torpaq əlamətlərinin təzahür dərəcəsinin qiymətləndirmə şkalaları hazırlanmaşdır. Bu sistemin əvvəlki işlərdən bir sıra fərqli cəhətləri vardır; istər Q.Ş.Məmmədovun tədqiqatlarında, istərsə də əvvəlki tədqiqatlarda müəlliflər torpaq və ya mühüd əlamətlərinin təzahür dərəcəsini qiymətləndirərkən,qeyd edildiyi kimi, keyfiyyəti ifadə edən anlayışlardan(“yüksək”,“aşağı”, “pis”,”yaxşı”və s.) istifadə etmişlər. Yalnız bəzi tədqiqatlarda [44] müəlliflər torpaq və ya mühid əlamətlərinin təzahür dərəcəsini balla ifadə etməyə çalışmışlar; Ə.Əyyubov[ 44 ] ərazilərin bioiqlim potensialını səciyyələndirərkən onları qradasiyaya uyğun olaraq 7(<0.8,0.8-1.2,1.2-1.6,1.6-2.2,2.2-2.8,2.8-3.4,>3.4)qrupa bölür və bu qrupları təzahür dərəcəsinə görə həm anlayışlardan (çox aşağı, aşağı,orta,nisbətən yaxşı, yaxşı,çox yaxşı,ən yaxşı),həm də bonitet ballarından (24,24-35,35-47,47-65,65-82,82-100,100) istifadə etməklə qiymətləndirilmişdir. Müəllifin həmin şkalasından bu tədqiqatlarda da istifadə olunmuşdur (cədvəl 2.1)[ 9 ].
Cədvəl 2.1
Lənkəran vilayətində torpaq əlamətlərinin təzahür dərəcəsinə çay,üzüm, taxıl və tərəvəzin ekoloji tələbinə uyğunluğunun qiymətləndirilməsi
Quru qalığının miqdarına görə
|
Bitkilər
|
1
|
çay
|
üzüm
|
taxıl
|
Tərəvəz
|
2
|
3
|
4
|
5
|
|
Dostları ilə paylaş: |