3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati


Torpaqların ekoloji qiymətləndirilməsinin elmi- nəzəri əsasları



Yüklə 236,42 Kb.
səhifə35/48
tarix19.04.2022
ölçüsü236,42 Kb.
#55773
1   ...   31   32   33   34   35   36   37   38   ...   48
Azadl-Azad

2.1. Torpaqların ekoloji qiymətləndirilməsinin elmi- nəzəri əsasları

Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodoloji əsasları XX əsrin 90-cı illərinin əvvəllərində ilk dəfə respublikamızda işlənilməyə başlanmışdır. Bu elmi istiqamətin yaranmasının tarixi zəruriyyəti bir neçə səbəb ilə bağlı idi.

Birinci səbəb,həmin əsrin 50-60-cı illərində torpaqşünaslıq elmində iki müstəqil elmi təlimin-“Torpaq ekologiyası”nəzəriyyəsinin və torpaqların müqayisəli qiymətləndirilməsinin ,yəni “Torpaqların bonitirovkasının”inkişafı və yüksəlişi ilə əlaqədar idi.Hər iki elmi istiqamət uzun illər paralel olaraq inkişaf etmişdir.Yalnız keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində bu təlimlərin qovşağında “torpaqların ekoloji qiymətləndirilməsi”anlayışının formalaşması üçün əlverişli elmi-nəzəri və metedoloji özül yaranır.

İkinci səbəb,bütün biosfer komponentləri kimi torpaqla bağlı bütün dünyada olduğu kimi respublikamızda da ekoloji problemlərin yaranması və XX əsrin ikinci yarısından etibarən bu problemlərin kəskinləşməsi idi.

“Torpaqların ekologiyası”nəzəriyyəsinin əsas müəllifi V.R.Volobuyev sayılsa da, bu elmi təlimin elmi-nəzəri əsasları V.V.Dokuçayevin [ 29 ] torpaqların genezisi,torpaqəmələgətirən amillər və təbii zonalar haqqında nəzəriyyəsi ilə bilavasitə bağlıdır. İlk dəfə V.V.Dokuçayev torpaqəmələgəlmədə mühit amillərinin-relyefin,iqlimin,ana süxurun,bitki və heyvanların rolunu göstərməklə torpağın “ekoloji varlıq” olmasını,yəni “biotik” və “abiotik” amillərin qarşılıqlı təsiri altında formalaşmasını aşkarlamışdır. Torpağın mühit (ekoloji) amillərinin təsiri altında formalaşması və bu amillərin dəyişkənliyinin torpağın morfogenetik və digər xüsusiyyətlərində özünü əks etdirməsi müəllifin Qafqaz ekspedisiyasından sonra torpaqların şaquli zonallıq qunununu aşkarlanması ilə bir daha təsdiq olunmuşdur.

Klassik torpaqşünaslığın ikinci banisi N.N.Sibirtsevin [39] işlədiyi torpaqların təsnifatı sistemi də bir çox cəhətlərinə görə “Torpağın ekologiyası”təliminin prinsiplərinə yaxın olmuşdur.İlk dəfə N.N.Sibirtsev torpaq tipinin ayrılması zamanı onun morfoloji,kimyəvi və fiziki xassə və tərkibləri ilə yanaşı,onun formalaşdığı təbii şərait amillərinin,o cümlədən relyef və iqlim göstəricilərinin daxil edilməsini təklif etmişdir.Qeyd edək ki,hər iki müəllifin araşdırmaları torpaqların müqayisəli qiymətləndirilməsi,yəni torpaqların bonitirovkası üçün də elmi-nəzəri və metodoloji əsas olmuşdur.Maraqlı cəhət odur ki,Poltava ekspedisiyası zamanı(ekspedisiyada məqsəd mərkəzi quberniya torpaqlarının bonitirovkası idi) V.V.Dokuçayev [29] torpaqların bonitirovkası zamanı torpağın həm təbii(relyef,iqlim və s.),həm də iqtisadi amillərinin nəzərə alınmasını vacib hesab etmişdir.

V.İ.Vernadskinin [28] “Biosfer təlimi”ndə də torpağın biosfer təbəqəsinin formalaşmasında rolu və ümumiyyətlə,torpağın ekoloji funksiyası haqqında dəyərli fikirlər vardır. İlk dəfə müəllif maddələrin kiçik bioloji dövranında torpağın xüsusi rolunu qeyd etmişdir. Torpağın “biokost”sistem olması,yəni canlı ilə cansız varlıqlar arasında xüsusi aralıq mövqedə durması fikri də ona məxsus olmuşdur. Digər tanınmiş tədqiqatçıların [ 26 ] araşdırmaları da torpaq ekologiyasının elmi-nəzəri əsaslarının formalaşmasında böyük rol oynamışdır.

Lakin “torpaq ekologiyası” terminin elmə gətirilməsi və bu təlimin elmi-nəzəri baxımdan əsaslandırılması və onun prinsiplərinin işlənməsi akademik V.R.Volobuyevə məxsusdur [ 23 ]. Müəllifin fikrincə,torpaqla onun formalaşdığı mühitin qanunauyğun nisbəti,onların qarşılıqlı əlaqəsi və bu əlaqələrin inkişafı,təkamülü torpaq ekologiyasının əsasını təşkil edir.İlk vaxtlar,yəni XX-ci əsrin 60-cı illərində V.R.Volobuyevin bu istiqamətdə apardığı tədqiqatlar bioekoloji yanaşmaların (orqanizm və onu əhatə edən mühit anlayışının) torpaqşünaslıq elminə gətirilməsi kimi dərk edilirdi.Yəni ümumi sxem belə idi-orqanizm və onu əhatə edən mühit və ya şərait ekologiya elminin predmetini təşkil etdiyi kimi,torpaq və onu əhatə edən mühit və ya şərait də “torpaq ekologiyası”nın predmetini təşkil edir.Lakin sonrakı illər bu istiqamətdə aparılan işlər dünyanın bir çox alimləri tərəfindən yüksək qiymətləndirildi.Onlardan bəziləri torpaqların ekologiyasını onların mühafizəsi probleminə bağlı şəkildə öyrənməyə çalışırdılar.

“Torpağın ekologiyası” təlimindən fərqli olaraq “torpaqların bonitirovkası”nın daha qədim tarixi vardır. Hələ eramızdan bir-neçə min il əvvəl qədim Misir, Mesapotamiya, Çin və Romada torpaqların qiymətləndirilməsi və torpaq kadastrı haqqında kifayət qədər təcrübə var idi. Orta əsrlər və sonrakı dövrlərdə Rusiya və Qərbi Avropa ölkələrində də torpaqların bonitirovkası daim təkmilləşmədə və inkişafda olmuşdur. Akademik S.S.Sobolyevin fikrincə XV,XVI,XVII əsrlərdə tərtib edilmiş “Yazı kitabları” adlanan dövlət sənədləri, orpaqların qeydiyyatını, onların kəmiyyət və keyfiyyət göstəricilərinin uçota alınmasını, münbitliyinin müqayisəli şəkildə qiymətləndirilməsini, yəni bonitirovkasını əhatə etməklə yüksək elmi səviyyədə tərtib edilmiş ilk torpaq-kadastr tədbiri idi.

XIX və XX əsrlərdə torpaqların bonitirovkası V.V.Dokuçayevin [29] genetik torpaqşünaslıq təlimi ilə çox sıx bağlı olmuşdur.Rus qara torpaqlarının tədqiqi 1881-ci ildə sona yetən sonra isə Poltava (1888-1894)quberniyalarında tədqiqat işlərini davam etdirirlər. Qabaqcıl Zemstvo tərəfindən təşkil edilmiş hər iki ekspedisiyanın qarşısında yalnız bir tələb qoyulmuşdu;vergilərin həcmini müəyyən etmək məqsədilə torpaqların keyfiyyətcə qiymətləndirilməsi. Ekspedisiya iştirakçıları qarşısında bu cür məhdud,praktiki əhəmiyyətli tapşırıqların qoyulmasına baxmayaraq V.V.Dokuçayev [29]onu geniş elmi-nəzəri əhəmiyyətli tədqiqatlara çevirdi. Əslində Nijneqorod və Poltava ekspedisiyaları ilk geniş miqyaslı,müasir metodlarla aparılmış torpaq qiymətləndirmə işləri idi. Bu tədqiqatlar zamanı təsərrüfatların təkcə torpağı deyil,onların iqtisadi şəraiti,əkinçiliyin səviyyəsi,kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da tədqiq edilirdi. Heç təsadüfi deyildir ki,ekspediyaçı da torpaqşünaslarla yanaşı, iqlimşünaslar, botaniklər, iqtisadçılar da iştirak edirdilər. V.V.Dokuçayevin[29] tədqiqatlarından sonra Azərbaycan da daxil olmaqla Rusiya imperiyası daxilin də uzun illər torpaqların qiymətləndirilməsi işlərinə böyük diqqət yetirilirdi. Bu ənənə sovet hakimiyyətinin ilk illərində də davam edirdi. Lakin 30-cu illərdə kənd təsərrüfatında kollektivləşmənin təsiri və bəzi sovet alimlərinin təzyiqi altında torpaqların bonitirovkası “öz əhəmiyyətini itirmiş”hissə kimi torpaq kadastrının tərkibindən çıxarıldı. Bu istiqamətdə tədqiqatların aparılması isə dayandırıldı. Yalnız 50-ci illərin ortalarında bu siyasətin yanlış olması dərk edildi ki,sonra torpaqların bonitirovkası elmi-nəzəri və praktiki əhəmiyyət kəsb etməyə başladı. 1958-ci ildə S.S.Sobolyevin torpaqların bonitirovkasının ilk metodiki tövsiyyəsinin hazırlanması ilə bu elmi istiqamət yenidən dirçəlməyə başladı. XX-ci əsrin 60-90-cı illərində keçmış Sovetlər İttifaqında torpaqların bonitirovkası sahəsində bir sıra tədqiqatçılar tərəfindən elmi-nəzəri və metodiki araşdırmalar aparılmışdı. Hazırda da bu sahədə araşdırmalar davam etdirilir.

Hazırda torpaqların bonitirovkası təkcə torpaqşünasları deyil,aqronomları, iqtisadçıları, yerquruluşçularını,coğrafiyaşünasları maraqlandıran vacib bir məsələdir.

Bu tədbir bütün tarixi dövrlərdə və əksər ölkələrdə müxtəlif yollarla həyata keçirilmişdir[12]. Hazırda torpaqların keyfiyyətcə qiymətləndirilməsi(bonitirovkası işləri dünyanın bir çox ölkələrində geniş tətbiq edilməkdədir. Bu problem respublikamızda da öyrənilir və tətbiq olunur. Torpaqların bonitirovkasının çox qədim tarixinin olmasına baxmayaraq, onun respublikamızda müasir metodlarla tədqiqi yalnız XX əsrin 60-cı illərindən başlanmışdır. Bu dövrdə Respublikamızda da torpaqların bonitirovkası sahəsində bir sıra dəyərli işlər görülmüşdür. Keçən əsrin 60-90-cı illərində və XXI əsrin əvvəllərində respublikamızda otlaq, üzüm, çay, əkin və meşə torpaqlarının bonitirovkasına dair metodiki tövsiyələr hazırlanmış, məqalə, tezis və monoqrafiyalar yazılmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Q.Ş.Məmmədov[ 8] respublikamızda torpaqların bonitirovkasının inkişafını dörd tarixi mərhələyə bölmüşdür: I mərhələ-1965-ci ilə kimi olan dövr, II- mərhələ-1966-1975 –ci illər ərzində olan dövr, III- mərhələ -1975-1991- ci illər ərzində olan dövr, IV-mərhələ 1991-ci ildən sonra, yəni müasir dövr. Torpaqların bonitirovkasının bu tarixi mərhələləri , bu dövrlərdə görülmüş ayrı-ayrı tədqiqat işləri haqqında elmi ədəbiyyatda kifayət qədər məlumat verildiyi üçün onların üzərində geniş dayanmağa ehtiyac yoxdur.


Yüklə 236,42 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin