3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə23/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   19   20   21   22   23   24   25   26   ...   48
referat 1721 (1)

Prospekt – konkret mal və ya mal qrupları haqqında məlumat vermək üçün istifadə edilən, məqalə halında, yaxud da cildlənmiş çap nəşriyyatıdır. Burada təklif edilən mallar haqqında rəsmlərlə şərh edilən məlumatlar dərc edilir. Kataloqdan fərqli olaraq prospekt kiçik ölçüdə olmaqla hər hansı ad günü, yaxud da müəssisənin nüfuzu haqqında (müəssisənin yaranma tarixi, hər hansı sahədə əhəmiyyəti və s.) məlumat verilir.
Buklet – kataloq və prospektdən fərqli olaraq kitabça halına salınmasını, ancaq dönə-dönə qatlana bilən şəkildə çap edilən (“qarmon” halında yığılmış) nəşriyyat məhsuludur.Qatlanmış şəkildə bukletlər, müxtəlif ölçülərdə, həcmlərdə və variantlarda buraxıla bilər. Lakin açıq vəziyyətdə onun ölçüsü standart tipoqrafiya vərəqindən böyük olmamalıdır. Ən ucuz və iqtisadi cəhətdən əlverişli, böyük tirajla (nüsxə) buraxılan və qısa müddətə istifadə edilməsi nəzərdə tutulur.
Plakat –bütün hallarda birtərəfli şəkildə çap edilən nəşriyyat məhsuludur (çap məhsuludur). İri rəsmlərlə və ya şəkillərlə mallar və xidmətlər haqqında verilən məlumatlar, iri reklam başlıqları ilə müşayət edilən plakatlarda alıcılara inandırıcı məlumatlar vermək mümkün olur.
Plakatlardan sərgi salonlarının, ticarət və nümayişetdirmə otaqlarının, xidməti otaqların, malların qəbulu və danışıq otaqlarının və s. tərtibində istifadə edilir.
Son zamanlar reklam edilən mallar haqqında arxa hissəsində ətraflı məlumat yazılan buklet-plakatlardan müvəffəqiyyətlə istifadə edilir.
Vərəqə -bu öz gücü hesabına kiçik ölçülü vərəqlər və ya qat-qat şəkildə buraxılan nəşrdir. Çox zaman reklam edilən məhsulun texniki xarakteristikası və şərtlərini şərh edən məzmunda rəsmlər və şəkillər olur.
Bütün reklam-kataloq materiallarının bədii tərtibatında sifarişçi firmanın rəmzləri, poçt ünvanı, telefaksın, teleksin və telefonun nömrəsi iri planda göstərilməlidir.
Yeni il qabağı reklam-hədiyyə nəşrləri –çox faydalı çap reklamı növlərindən biri hesab olunur. Bunlara: masaüstü və divardan asılan təqvimlər, cib üçün cədvəl təqvimlər, həftəlik, işgüzar gündəliklər və s. daxildir.

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin