3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə2/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   48
referat 1721 (1)

I fəsildə - reklam fəaliyyətinin inkişafında təşkilatı işlərin məqsədi və nəzəri əsasları haqqında bəhs edilir. Bu fəsildə Azərbaycanda reklam işinin yaranması, inkişaf etməsi haqqında danışılır. Azərbaycanda hansı illərdə reklamın süstlük dövrü, hansı illərdə isə çiçəklənmə dövrü olduğu qeyd edilmişdir. Bu fəsildə həmçinin hal-hazırda respublikamızda fəaliyyət göstərən iri reklam şirkətləri barədə də məlumat verilir. Firmaların inkişaf perspektivində reklamın nə cür müsbət rol oynadığı qeyd edilmişdir. Firmaların əmtəələrinin tanıdılmasında və satış həcminin artmasında reklamın əvəzedilməz xidmətləri olduğu söylənilir. Burada həmçinin reklam işinin düzgün və səmərəli təşkil edilməsində reklam menecerlərinin müstəsna xidmətlərinin olduğu qeyd edilir. Bu fəsildə menecerlərin reklam işinin təşkil edilməsindəki vəzifə və funksiyaları barədə danışılır.
II fəsildə - reklam işinə rəhbərliyin təşkilati istiqamətləri haqqında danışılır. Burada reklam agentliklərinin təşkilati strukturları, reklam vasitələrinin seçilməsi barədə danışılır. Qeyd edilən fəsildə firmaların təşkilati strukturları haqqında ayrıca və geniş məlumat verilmişdir. Burada hansı reklam vasitələrinin səmərəli olması müəyyən edilir. Həmçinin burada reklam fəaliyyətinin planlaşdırılmasının təşkili, bu planlaşdırmanın aparılması mərhələləri haqqında geniş məlumat verilmişdir. Reklam səmərəliliyinin müəyyən edilməsi də bu fəslidə göstərilib. Reklam səmərəliliyini təyin etmək üçün müxtəlif düsturlar və bu düsturların izahı burada qeyd edilmişdir.
III fəsildə - müəssisədə reklam işinin tədqiqatı və təkmilləşdirilməsi yollarından bəhs edilir. Müəssisənin reklam işini düzgün təşkil etməsi üçün vacib olan reklam tədqiqatları haqqında bu fəsildə geniş məlumat verilmişdir. Burada reklam tədqiqatlarının aparılması mərhələləri, reklam tədqiqatlarında istifadə olunan metodlar barədə ətraflı qeydlər aparılmışdır. Tədqiqat işinin ən vacib ünsürlərindən olan informasiya haqqında bu fəsildə məlumatlar verilmişdir. Burada həmçinin reklam işinin təkmilləşdirilməsi istiqamətləri və təkmilləşdirmədə hansı üsulların istifadə edilməsi qeyd edilmişdir.
Buraxılış işində 4 cədvəl və 8 şəkil göstərilib. Buraxılış işi 86 səhifədən ibarətdir. Buraxılış işində 26 ədəbiyyat siyahısından istifadə olunub. Bunların 19-u kitab, 7-si isə internet saytlarıdır.


Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin