3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları


I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin



Yüklə 380,9 Kb.
səhifə3/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   48
referat 1721 (1)

I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin
məqsədi və nəzəri əsasları.


    1. Azərbaycan Respublikasında reklam fəaliyyətinin inkişafı və dünya səviyyəsində yeri.

Bildiyimiz kimi, müasir reklamın tarixi kökü ABŞ-da başlamış, 150-200 illik bir tarixə malikdir. O vaxtlar şəhər mühitində tətbiq olunan reklamlar burjua elementi kimi qəbul olunmuş və kapitalizmin inkişafında böyük rolu olmuşdur. Kapitalizmə yeni qədəm qoymuş Rusiyada və xüsusilə də Bakıda bu sahə daha intensiv olaraq insan həyatına daxil olmuşdur. O dövrdə Rusiyada və Azərbaycanda reklam plakat mənasında göstərilirdi. Plakat ( fransız sözü olub- elan, afişa deməkdir) artıq o dövr insanlarının həyatında istehsalçı – istehlakçı münasibətlərinin qurulmasında və şəhər mühitində məhsul və fəaliyyət haqqında informasiyanın çatdırılmasında böyük rol oynayırdı. Plakatların reklam vasitəsi kimi tətbiqi çox çeşidliliyi mətbəələrin və şrift mədəniyyətinin yüksəlməsinə, reklam qrafikasının təkmilləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə də ölkəmizdə reklam bazarının ilkin forması formalaşmağa başlamışdır.
İlk açıq hava reklamlarının tarixi kökünü araşdırarkən tarixin reklamı və yarı reklamın tarixinə dair materiallarla Azərbaycanda daha çox üzləşirik. Tarixi mənbələrin araşdırmaları sübut edir ki, ölkəmizdə reklam qədim tarixə malik fəaliyyət sahəsidir. Tarixi reklamın ilk mənbələri qayaüstü rəsmlər Azərbaycanda ilk dəfə 1939-1940-cı illərdə Qobustanın cənub-şərq hissəsində (Böyük daş, Kişik daş, Cingirdağ və Yazılı təpə) aşkara çıxarılmışdır. Bu Azərbaycan reklamının proto reklamın ilk insan düşüncəsinin,onun psixoloji anının informasiya ötürücüsü kimi açıq havada daşlara həkk etməklə, daha da irəli getmiş, informasiyanın ötürülməsi baxımından əlaqənin yaradılması üçün ilkin şərait yartmışdır. Yaxşı ki, bu tarixin reklamı bir vasitə olaraq daşlara hopdurulmuş və minilliklərdən keçərək bu gün də müasirlərimizi məlumatlandırır.
1920 – 1930-cu illər arası reklam konstruktorları yeni – yeni reklam qrafikasını yaratmışdır. Belə bir fəaliyyət sahəsi Bakıda da XX əsrin əvvəlləri üçün də xarakterik olmuşdur. Neftin çıxarılıb dünya bazarlarında satılması, xarici investorların Azərbaycana axını da daxili bazarın formalaşmasına, xüsusən də şəhər mədəniyyətinin formalaşmasına, informasiya yükü daşıyan reklamların şəhərdə göstərilməsi, beynəlmiləl əlaqələrin genişlənməsinə geniş imkanlar açırdı. Bakı şəhərinin sənayeləşməsi pul kütləsinin artımı yeni bir beynəlmiləl şəhər mədəniyyətinin qurulması üçün zəmin yaradırdı. Qrafik reklamın konsepsiyası funksionalizmin konseptual axarından faydalanır və bu bun də metodoloji baxımdan cəlb edicidir. Reklam qrafikasının əsas yaradıcı fikir mənbəyi çoxsaylı və çoxplanlıdır. Mühitin formalaşmasında reklamın vizual rolunun bir neçə qatdan ibarət olduğuna təsadüf edirik:

  1. Qatda əhalinin bütün sayı kommunikasiya vasitələrindən, şəhər, kənd, nəqliyyat və s. faza elementləri ilə əlaqədədir. Buna ad asılqanı lövhələri, reklam göstəriciləri, nişanlar, mağaza vitrinləri, küçə adları, evlərin sayını göstərən lövhələri, avtobus marşrutları göstəriciləri, yol hərəkəti nişanları və s. aiddir.

  2. Qat olaraq binaların eksteryer və interyerlərində göstərici lövhələr piktoqramlar, məlumat lövhələri, reklam elanları, plakatlar və vizual kommunikasiya vasitələrinin mühitlə bağlılıqları qəbul olunur.

  3. Əsasən insanların sənayedə, ofis, iş yerlərində, məişətdə işlədilən cihaz avadanlıqlarının istismarı ilə bağlı olan xüsusi məlumatların, onların erqonomik istifadələri haqqında işlədiciyə texnoloji proseslərin reklam qrafikası ötürmələri ilə fəaliyyəti asanlaşdırır və təhlükəsizlik məqamı yaradır.

Odur ki, mühitin kompleks reklam qrafikasının həlli, vizual məlumatlanmanın effektli olmasına şərait yaradır. Bu da forma stilinin əsasını təşkil edən reklam qrafikasının tam layihələndirilib müəssisələrdə, firmalarda, şəxsi fəaliyyət göstərən biznes strukturlarında, istehsal sahələrində, nəqliyyatda, sosial – mədəni sferada, yaşayış – kommunal təsərrüfatlarında, böyük dövlət tədbirlərində hətta beynəlxalq miqyasda keçirilən olimpiada, konfranslar, festivallarda tətbiqinə nail olmaqla mümkündür.
Azərbaycanda reklam işi öz fəaliyyətinə 1992 – ci ildə İcra Hakimiyyətindəki Şəhər tərtibatı, Reklam və Dizayn idarəsinin başlamışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1995 - ci ildə qəbul etdiyi “Konstitusiya” – ya görə ölkənin əsas istiqamətlərindən biri kimi bazar iqtisadiyyatına uyğunlaşması göstərilir. Bu da bizə imkan verir ki, köhnə feodal, çarizm və sovetlərdən qalmış ənənələri inkar etmək və yeni inkişaf mərhələləri, prinsipial fikirləri dünyanın qloballaşma sxemində ideyası ətrafında reklam bazarının azərbaycan modelini qurmağa şərait yaratdı. Bu modeldə köhnədən qalma bazisi atmaqla, yeni bazis üzərində regional iqtisadi əsaslara uyğun geosiyasi – iqtisadi məkanın üst quruluşunu formalaşdırmaq lazım gəlmişdir. Və nəticədə, inkişaf etmiş ölkələrə yaxınlaşmaqla ölkədə sivil qaydalara uyğun istehsalçı – istehlakçı münasibətlərinin qurulmasına və onların ölkə xaricindəki əlaqələrin yaradılmasına şərait yaratmışdır. İstehsalın inkişafı məhsul artımına və onun həm də xaricə çıxarılması, tətbiqi üçün iqtisadiyyatın hərəkətverici qüvvəsi olan reklam vasitələrinin tətbiqi üçün geniş imkanlar açmış oldu. Bu da Azərbaycanın şəhər, rayon və magistrallarında reklam vasitələrinin yerləşdirilməsi üçün geniş şərait yaratmışdır.
Bütün bu tədbirlər ölkəmizdə reklam firmalarının artmasına təsir etdi. Ötən əsrdə Bakıda 50 –dən çox reklam agentliyi fəaliyyət göstərirdi. Ölkədəki bütün reklam firmalarının ümumi mənfəəti 1996- cı ildə 8milyon $, 1998-ci ildə 10milyon $, 2000-ci ildə 8milyon $, olmuşdur. Əhalisi 8 milyon nəfər olan bir ölkə üçün 4 illik orta mənfəətin 9.5 milyon $ olması çox azdır. Ancaq Rusiyada bu göstərici bir illik 2milyard $ - a bərabərdir. Ölkəmizdə reklam məlumatlarının yerləşdirilməsində ayrı ayrı vasitələrin xüsusi payı 2000-ci ildə aşağıdakı kimi olub: televiziya - 43%, qəzet – 28%, jurnal – 17%, şit reklamı – 12%.
Azərbaycan Reklamçılar İttifaqının məlumatına görə, 2006 – cı ildə respublikanın reklam agentlikləri 3.0 milyon $ -dan çox gəlir əldə ediblər ki, bunun da 60% - i ölkənin teleradio şirkətlərinin, 40% - i isə çap nəşrləri və küçə reklamlarının payına düşür.Azərbaycanda reklam biznesini gənc sahə adlandırmaq olar. Ölkəmizdə reklam fəaliyyətinin siyasi və ticarət reklamı xarakterli olması müxtəlif dövrlərdə müxtəlif nisbətlərdə olmuşdur. Bunu aşağıdakı cədvəldə daha aydın görmək olar.(Şəkil 1)

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin