3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə8/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
referat 1721 (1)

Məhsul-oriyentasiyalı reklam - Reklama çəkilən xərclərin əksər hissəsi biz toplam halda şirkətin məhsulları adlandırdığımız malların, xidmət və ya ideyanın satışına dəstək vermək istiqamətinə yönəldilir. Əksər hallarda məhsul reklamının məqsədi hər hansı bir məhsulun hədəf auditoriyanın gözündə yüksəldilməsindən ibarətdir. Marketinq mütəxəssisləri bu işin öhdəsindən sadəcə məhsul barədə məlumat verən zəif yanaşmadan tutmuş reklam olunan məhsulu digər rəqib şirkətlərin məhsulları ilə bilavasitə müqayisə edərək (müqayisəli reklamçılıq) müştəriləri məhsulun keyfiyyətinə inandıraraq onlara zorla sırımaq (inandırıcı reklamçılıq) məqsədilə mübaliğəli çıxışlara qədər bir neçə yolla gələ bilərlər.
Bununla belə bəzən marketinq mütəxəssisləri beynəlxalq səviyədə elə bir reklam istehsal edirlər ki, hədəf auditoriya orada hər hansı bir konkret məhsul ilə əlaqə görə bilmirlər. Yeni məhsulları bazara çıxaranlar yeni məhsulun təqdimatına bazarı qabaqcadan hazırlamaq üçün bu cür “oyunbaz” yanaşmadan istifadə edirlər. Misal üçün, yeni məhsulun satışa çıxarılmasından bir həftə qabaq məhsul istehsalçısı “Gələn həftədən etibarən dünya heç vaxt əvvəlki kimi olmayacaq!” deyən bir elanla televiziyada çıxış edərək nə məhsul nə də reklamın ardında duran istehsalçı şirkət barədə məlumat verməyə bilər. məqsəd məhsulun bazara çıxarılmasına qədər ona qarşı maraq və həvəsin yaradılmasından ibarətdir.
İmic Reklamı - İmic reklamı ilk növbədə təşkilatın hədəf bazarda dərk edilən əhəmiyyətinin artırılması üçün həyata keçirilir. İmic reklamı ayrı-ayrı məhsullar üzərində mərkəzləşmir, daha çox şirkətin nə təklif etdiyini təqdim edir. Bu tipli reklamlarda əgər məhsulların adları çəkilirsə, bu, hər hansı bir məhsulun mənfəət və keyfiyyətini reklam etmək üçün deyil, sadəcə “biz nə edirik” konteksində məlumat vermək üçün təqdim olunur. İmic reklamından bir qayda olaraq təşkilat tərəfindən hədəf bazarı müəyyən məsələlər barədə maarifləndirmək üçün istifadə edilir. Misal üçün, iki şirkətin birləşərək yeni şirkət olaraq özünə yeni ad götürdüyü halda yaxud şirkətin cəmiyyətdə adı yaxşı tanınmadıqda və şirkət bazarda daha mühüm əhəmiyyət kəsb etdiyini bildirmək istədikdə imic reklamından istifadə oluna bilər.

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin