3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları


Kataloqlar və preyskurantlarla barat (poçt) ticarəti-



Yüklə 380,9 Kb.
səhifə7/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   48
referat 1721 (1)

Kataloqlar və preyskurantlarla barat (poçt) ticarəti- alıcıları, bütün mümkün olan vasitə və üsullardan istifdə etməklə reklam ədəbiyyatlarında dərc edilən malları almaq üçün pulların nəğd və ya köçürmə yolu ilə göndərilməsinə inandırmaq. Həm də direkt marketinq istehsalçı ilə istehlakçı arasında xüsusi reklam əlaqəsi yaratmağa imkan verir. Bank vasitəsilə mallar və ya firma haqqında məlumatların alınmasına yalnız elmi texniki inqilabın nəqicəsi kimi deyil, həm də istehlakçı ilə istehsalçı arasında yeni psixoloji yanaşmalar və münasibətlər kimi baxmaq lazımdır.
Pul qoyuluşunun həcminə görə direkt-marketinq reklamın kütləvi informasiya vasitələrində inkişafından daha sürətlə inkişaf edir. Bu sahə xüsusi reklam sahəsindən ikiqat gəlirlidir. Direkt-marketinq sahəsində işləyən xüsusi agentliyin yaradılması kabel televerilişlərindən və videotexnikadan istifadənin inkişafına səbəb ola bilər. ABŞ-ın marketinq assosiasiyasının məlumatına görə yalnız ABŞ-da 2700- ə yaxın belə reklam agentlikləri var.
Son illər ərzində xarici ölkələrdə direkt-marketinqin tətbiqinin genişləndirilməsi ilə yanaşı, marketinq sisteminin əsas elementi sayılan “seyl promouşn” da geniş yayılmağa başlamışdır. Bazarda yeni markalı malların inkişafı təchizatın şövqləndirici üçün tədbirlərin genişlənməsinə səbəb ola bilər.
Hesablamalar göstərir ki, təchizatın stimullaşdırılması yüksək templə yeni markalı malların daha çox olduğu sahələrdə əlverişli hesab edilir. Alıcıların stimullaşdırılması, onların müntəzəm olaraq çoxlu mal almalarına səbəb olur və nəticə etibarilə isə kommersiya maraqları artır. Bunun üçün pulsuz olaraq nümunələrin, kuponların paylanmasından, müxtəlif güzəşt və nisyə satış formalarından, mükafatlardan, konkurslardan, malların nümayiş etdirilməsindən və s. istifadə edirlər.
Bu tərzdə bazarın seqmentləşdirilməsi strategiyası və malların markalarının “çoxaldılması” , iqtisadiyyatın yeni sahələrində təchizatın stimullaşdırılması taktikasından geniş istifadə edilir. Buna əvvəllər tətbiq edilməyən bir sıra metodlar: bank işi, aviadaşıma, alkaqollu içkilər və s. daxildir.
Firmanın ümumi xərclərində marketinq və seyl promouşn reklamı üzrə xərclər 75-80% yaxın təşkil etmişdir. Bir sıra ölkələrdə təchizatın stimullaşdırılması üzrə tədbirlərə çəkilən xərclər, kütləvi informasiya vasitələrində reklama çəkilən xərclərə yaxınlaşmış və hətta onları ötüb keçmişdir.
Bunu kütləvi informasiya vasitələrində reklam üçün qiymətlərin yüksək templə inkişafı kimi izah etmək olar. Bu isə bir sıra firmaların imkan xaricində olduğu üçün belə xidmətlərdən istifadə edə bilməyəcəklərindən xəbər verir. Marketinq üçün ayrılmış xərclərin əsas hissəsi təchizetmənin stimullaşdırılmasına sərf olunur.
Və nəhayət, marketinqin kommunikasiya sisteminində geniş yayılmış başlıca element pablik rileyşnz reklam fəaliyyəidir. Paplik rileyşnzin başlıca vəzifəsi (ictimaiyyətlə əlaqənin yaradılması, rəylərin öyrənilməsinin təşkili) firmanın imicini yaratmaq və onu qoruyub saxlamaqdan ibarətdir. Bu vəzifənin həllində təbliğatdan, mətbuatın münasibətindən, sponsorların köməyilə sərgilərdə, yarmarkalarda iştirak etmək və firmanın üslubunu saxlamaq məqsədi ilə tədbirlər planı işləyib hazırlamaqdan və həyata keçirməkdən ibarətdir.
Hazırki dövrdə çoxlu sayda marketinq dəsti kimi pablik rileyşnzin elementləri müəyyən edilmişdir. Böyük Britaniyada İctimai Münasibətlər İnstitutu aşağıdakı tərifi verir: “Pablik rileyşnz – təşkilatla ictimaiyyət arasında xoş müenasibətlər yaratmaq və bu münasibətlərin uzun müddət davam etməsinə səy göstərən vasitədir”. Paplik rileyşnz həm də ənənələri, gözlənilən aqibətləri, təşkilat və müəssilərin maraqlarını təmin edə bilən təklif və proqramları təhlil edən elm və incəsənətdir. Hazırda paplik rileyşnz çox sürətlə inkişaf edir. Onun xidmətindən mallar haqqında ətraflı məlumat vermək və ətrafına imkanlı alıcı axınını toplamaq məqsədi ilə iri sənaye şirkətləri və firmaları istifadə edirlər.
Bildiyimiz kimi reklamın növləri olan məhsul oriyentasiyalı reklam, imic reklamı, təbliğat reklamı firmaların inkişafına, genişlənməsinə böyük təsir göstərir. Bu reklam növlərinin müəssisələrin inkişafına göstərdiyi təsirlərə nəzər yetirək:

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin