Şəkil 1: Ölkəmizdə reklamın xarakterinin inkişafı.
İllər
|
Reklamın xarakteri (%-lə)
|
Ticarət reklamı
|
Siyasi reklam
|
1920-1930
|
40
|
60
|
1930-1940
|
20
|
80
|
1940-1950
|
0
|
100
|
1995-1997
|
80
|
20
|
1997-1999
|
50
|
50
|
2006
|
15
|
85
|
Cədvəldən göründüyü kimi, sovet dövründə reklam fəaliyyətində əsasən siyasi xarakterli reklam üstünlük təşkil edirdi. Belə ki, 1920-30-cu illərdə reklamın 40% -i ticarət xarakterli, 60% -i siyasi mövzuda idi. Bu göstəricilər müvafiq olaraq 1930-40 –cı illərdə 20 və 80%, 1940 -50 –ci illərdə isə 0 və 100% olub. Respublikamız müstəqillik əldə etdikdən sonra isə göstəricilər əvvəlcə ticarət reklamının xeyrinə artaraq 1995-97 –ci illərdə 80 və 20%, sonra azalaraq 1997-99-cu illərdə 50 və 50%, 2006-cı ildə isə 15 və 85% təşkil edib. Son vaxtlar siyasi reklamın xüsusi çəkisinin yüksəlməsi ölkədə ictimai – siyasi fəallığın artması ilə əlaqələndirilirsə də bunun əsas səbəbi ticarət reklamının azalmasıdır. Belə ki, 1995-ci ildə 2 milyon $-lıq , 1996-cı ildə 8milyon $-lıq, 1997-ci ildə12milyon $ qalxan reklam gəlirləri sonrakı illərdə azalmağa doğru gedərək 1998 –ciildə 5milyon. 2006-cı ildə isə 3milyon $-a enmişdir. Mütəxəssislər bu geriləməni reklam sahəsinə lazımı diqqətin yetirilməməsi ilə əlaqələndirirlər. Digər tərəfdən eyni məhsulun Azərbaycanda Gürcüstandakına nisbətən daha çox satılması qonşu ölkədə satış həcminin Azərbaycan sahibkarlarının hasabına artmasına səbəb olur. Nəticədə məhsulun distryubuterləri daha geniş satış bazarlarına malik olduqları Gürcüstanda reklam işi aparmağın vacib olması fikrinə gəlirlər. Halbuki, həmin məhsul azərbaycanda daha çox satılır.
Bütün bunlarla yanaşı, mütəxəssislər 2007 –ci ildən etibarən ölkədə reklam bazarının canlanacağı fikrində idilər. Onların hesablarmalarına görə, qarşıdakı 5il ərzində Böyük ipək yolu və “Şimal – Cənub” nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın reklam biznesinə 150-200 milyon gəlir gətirəcəkdir. Mütəxəssislərin fikri özünü kifayət qədər doğrultdu. Hazırda Azərbaycanın reklam bazarının həcmi 100 milyon dolları keçib. Reklam bazarının strukturu reklamdaşıyıcılar üzrə isə aşağıdakı qaydadadır: -televiziya – 41%, -qəzetlər – 32%, -küşə reklamı – 14%, -radio – 4%, -digərləri – 0.9%. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 100 ətrafındadır.
Azərbaycanda reklam işi ilə məşğul olan şirkətlər 1994-cü ildən reklam səhnəsində görünməyə başladı.Ölkənin sosializmdən bazar iqtisadiyyatına keçməsi özəl şirkətlərin yavaş-yavaş meydana çıxmasına şərait yaratdı. Dövlət müəssələrinin özəlləşdirilməsi, ölkəyə investisiya axını sahibkarlığı gücləndirdi.
İlk mərhələdə yəni 1990 cı ilə qədər olan dövr haqqında bir az düşünsək deyə bilərik ki, bu dövrdə iqtisadiyyat mərkəzdən planlaşdırılırdı ona görə də bu dövrdə marketinqdən danışarkən yalnız distribusiyanı və bir az da məhsul haqqında danışmaq olardı.Bu dövrdə reklam şirkətlərinin fəaliyyətinə o qədər də tələbat yox idi. Belə ki, müəssələr az idi, nəyin istehsal olunacağı artıq dövlət tərəfindən planlaşdırılmışdı.Əhalinin seçim imkanı yox idi ki müəssələr istehsal etdiyi məhsulu reklam etsin. Bu şərait Azərbaycanı bu dövrdə reklamın inkişaf səviyyəsinə görə digər ölkələrdən kəskin səviyyədə fərqləndirir.
1990-1995 ci illər-bu dövr artıq ölkə müstəqil olmuşdu. SSRİ-nin qurmuş olduğu iqtisadi sistem və yetişdirdiyi kadrlar hələ də ölkə əhalisinin şüurunda oturmuşdu. Sahibkarlığın rüşeymi formalaşmağa başlamışdır.Yavaş-yavaş kiçik sahibkarlıq inkişaf edirdi. Ancaq yenədə bir problem var idi. Müəssə sahibləri yenə də marketinqə əhəmiyyət vermirdi. Bunun səbəbi nə idi?
1.Müəssisə sahibləri marketinq elmi haqqında biliklərə malik deyildi
2.Monopolist, oliqapolist rejim üçün marketinqə ehtiyac qalmırdı.
Deməli bu dövrdə artıq sahibkarlar var idi. Sahibkarlar ən azından öz məhsullarını tanıtdırmalı idi. Bunun üçün də bu şirkətlər yayım vasitələri axtarmalı idilər. Elə bu dövrdən Azərbaycanda poliqrafiya xidmətləri göstərən xırda müəssələr yaranmağa başladı.Bu dövrdə televiziya reklamları bahalı olduğu üçün kiçik şirkətlərin büdcələri buna imkan vermirdi və onlar daha çox küçə reklamları verməyə başladılar.Artıq reklam işləri ilə məşğul olan şirkətlərin rüşeymi qoyulmuşdu.
1995-ci ildən bu günə kimi olan dövr (yəni 2008) - 1995 ci ildə artıq dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı həyata keçirilməyə başladı. Bu dövrdə iri şirkətlər yaranmağa və dövlət sifarişləri artmağa başladı.Reklam sahəsində artıq dönüş olmuşdu. Poliqrafiya xidmətləri açılmağa başlamışdı.
ANS Şirkətlər Qrupuna daxil olan ANS Kommers Şirkəti 1995-ci ilin 25 noyabr tarixində Azərbaycanın reklam bazarının təməlini qoyan ilk reklam agentliyidir. ANS Kommers-in yaradılması daxili və xarici şirkətləri Azərbaycanın reklam bazarına cəlb etmək və bu yolla ANS müstəqil inkişafını təmin etmək məqsədi güdürdü. Bu çox əzəmətli və o zaman üçün qeyri real bir məsələ idi. İş burasındadır ki, o vaxtlar xarici şirkətlər Azərbaycan bazarında o qədər də maraqlı deyildilər, o ki qaldı yerli şirkətlərə, Sovetlərdən yeni çıxmış insanların çoxu reklamın faydasını heç anlamırdılar, digərləri isə sadəcə olaraq öz fəaliyyətlərini qapalı şəkildə aparmağa daha çox üstünlük verirdilər. Lakin ANS Kommers ən yeni reklam texnologiyaları ilə sahibkarları tanış etməkdə davam edirdi. Bir çox hallarda müştərilərə reklamın faydasını göstərmək məqsədi ilə hətta pulsuz reklam xidmətləri göstərilirdi, təmənnasız reklam məhsulları hazırlanırdı, bir sözlə balaca bir ANS Kommers şirkəti tək başına böyük bir ölkədə Reklam bazarı yaradırdı. Fəaliyyətə başladıqda sadəcə 16 m2 ərazini əhatə edən Şirkət indi 520 m2 ərazini əhatə edir. Uzaq 1995-ci ildə ANS Kommers Şirkətinin ümumi reklam gəliri (yəni ANS-TV və ANS-ÇM radiosunun yayımından) ayda 300 ABŞ Dolları təşkil edirdi. 2005-ci ildə isə, 10 əzəmətli ildən sonra bu rəqəm Min dəfə çox, yəni ayda 300 min ABŞ Dolları xəttini keçdi. Reklamdan alınan gəlirlər Şirkətin təsisçilərinə yox, ANS-TV, ANS-ÇM radio, ANS-Pressin və bu gün ANS Şirkətlər Qrupuna daxil olan digər Şirkətlərin yaranmasına və inkişafına yönəldi. Bunun nəticəsində də şirkətin gəlirləri son 4 ildə daha bir neçə dəfə artmışdır.
Ölkəmizin reklam bazarında ən mühüm yer tutan şirkətlərdən biri də “Cihan reklam şirkəti” –dir. Cihan Reklam şirkəti 1996-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərməkdədir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan reklam bazarında öz önəmli yerini tutmuş və onu mühafizə etmişdir.
Şirkətin böyük zövqlə hazırladığı reklam məhsullarına qabartma reklamlar, fleks reklamlar, layt-bokslar, bilbordlar, bannerlər, divar layt-boksları, tentlər, nəqliyyat reklamları, digər çöl reklamları, təhlükəsizlik işarələri, stendlər və digər reklamlar daxildir. Bununla yanaşı promosyon məhsulları və mətbəə işləri də göstərdiyimiz xidmətlərdəndir. Promosyon məhsulları broşur qabları, dön kartlar, maqnitlər, kristallar, bayraqlar, tekstil, saatlar, çini məmulatlar üzərinə çap işlərindən ibarətdir. Şirkətin digər bir xidməti isə mətbəə işləridir. Mətbəə işləri ümumiyyətlə, bank poliqrafiyası, təqvimlər, buklet, jurnal, kitab, cədvəl, poster, qovluq, paket, ofis poliqrafiyası, plastik kartlar kimi çap işlərini əhatə edir.
Televiziya sisteminə reklam bazarının daxil olması, yaxud da əksinə reklam bazarında televiziya sisteminin özünə yer tapması yeni modelin yaranmasını şərtləndirdi. Tanınmış dünya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları reklam bazarının inkişafına ciddi təsir göstərdi. Qeyd etməliyik ki, ölkəmizdə ilk vaxtlar türk şirkətləri fəaliyyətə başlayıb. Yenicə fəaliyyətə başlayan şirkətin öz məhsullarının təbliği məqsədi ilə KİV-lərin təqdim etdiyi reklam paketindən bəhrələnmələri təbii idi. Rəqəmlərə nəzər salsaq görərik ki, 1991-ci ildə "Azersun Holdinq,1993 - cü ildə “Çağ” öyrətim şirkəti, 1995-ci ildə «Ramstore» və digər şirkətlər televiziya ekranlarında öz reklam və anonslarını yetərincə nümayiş etdiriblər. Əcnəbi iş adamlarının ölkəmizə gəldiyi günlərdə, bizdə cəmi iki kanal fəaliyyət göstərirdi. Bunlar dövlət televiziyası funksiyasını daşıyan AzTV və ilk müstəqil televiziya kanalı olan ANS idi. Zaman ötdükcə ölkəmizdəki televiziyaların sayı artmağa başladı. Belə bir şəraitdə bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi araşdırmalar mərkəzinin yaranmasına və tez bir zamanda tərəqqisinə şərait yarandı. Həmin mərkəzlərin qarşısında dayanan başlıca məqsəd, televiziyaların tamaşaçılar arasındakı reytinqini öyrənmək və müqayisə apararaq, baxımlılıq səviyyəsini müəyyən etməkdən ibarətdir. Bu, şübhəsiz ki, reklam bazarında lider olmağa çalışan nüfuzlu şirkətlər və onların sahibkarları üçün də vacibdir. Monitorinqlərin keçirilməsi yönündə iş aparan ilk şirkət 1993-cü ilin oktyabr ayında təsis olunan SİAR Media və Reklam Araşdırmaları Mərkəzi oldu. Bu şirkət əsaslı fəaliyyətə beş il sonra, yəni 1998-ci ilin avqust ayında başladı. 1997-cu ildə SİAR ECOMAR (Ümumdünya Araşdırma Mütəxəssisləri Assosiasiyası) təşkilatının üzvü oldu və hazırda bu qurum, assosiasiya tərəfindən qəbul olunmuş yeganə Azərbaycan müəssisəsidir. SİAR bütün araşdırmaları ECOMAR təşkilatının Davranış Məcəlləsinə uyğun şəkildə, müvafiq ekspertlərlə sıx əməkdaşlıq və məsləhətləşmələr əsnasında həyata keçirir. SİAR-ın başlıca vəzifəsi, Azərbaycan KİV-lərinin - televiziya və radio kanallarının reytinq göstəriciləri, həmçinin qəzet və jurnalların məşhurluq səviyyəsinin, eləcə də media reklam bazarının hərtərəfli öyrənilməsini təmin etməkdən ibarətdir.
Artıq reklam şirkətləri arasında güclü rəqabət gedir və bu bazarda müştəriləri və partnyorları ilə daha yaxşı iş görən şirkətlər uğur qazana biləcəklər.
Bakıda fəaliyyət göstərən 7 teleradio şirkətinin reklam bazarı bu il təxminən 80 mln. manata çatıb. Ria.Az saytının Turana istinadən verdiyi məlumata görə, bu sahəni təhlil edən ekspertlər belə hesab edir. Sirr deyil ki, bütün TV-reklam Bakıda cəmləşib, buradan dövlət, ictimai və özəl kanallar yayımlanır. Regional teleradio şirkətlərinə isə ümumi reklamın çox kiçik bir hissəsi düşür. Cəmi 3 il əvvəl reklam bazarının ümumi həcmi 25 mln. manat həddində dəyişirdi. Bunun yalnız 2 mln. manatı çap KİV-lərinin payına düşürdü. Real fəaliyyət göstərən çap KİV-lərinin sayı təxminən 160 təşkil edir. Maraqlıdır ki, telereklam bazarı belə inkişaf etdiyi halda çap reklamının həcmində heç bir dəyişiklik baş verməyib. Əgər əvvəllər media reklam bazarının iki seqmenti arasında fərq 1:10-a nisbətində idisə, indi fərq daha da artıb və 1:40-a çatıb.
2008-ci ildə Azərbaycan ilk dəfə olaraq “Beynəlxalq Kann Şirləri” reklam festivalında iştirak edib. Festivalın Azərbaycan nümayəndəliyinin rəhbəri Cahid Həsənovun sözlərinə görə, 55-ci festivalda Azərbaycanı ölkəmizin aparıcı şirkətləri, o cümlədən mədəniyyət sferasını əhatə edən tanınmış şəxslər təmsil edib..
55-ci “Beynəlxalq Kann şirləri” reklam festivalında Azərbaycanın reklam çarxlarının poster versiyasında təqdim edilib. Cahid Həsənov vurğuladı ki, festivalda məqsəd yalnız reklam çarxları ilə çıxış etmək deyil, Azərbaycanın mənəviyyatını, tarixi memarlıq abidəsini tərənnüm etmək olub. Bu festivalın gedişatında 40-dək məşhur reklamçı mütəxəssislərin seminarları keçirilib.
Ötən illər ərzində istər media, istərsə də açıq hava reklamlarının inkişaf etdirilməsi nəticəsində onlarla yerli şirkət yaradılıb ki, bu da yüzlərlə iş yerinin açılması deməkdir.
Respublikamızda fəaliyyət göstərən şirkətlərin reklam istehsalında Azərbaycan reklamçılarından, yerli mütəxəssislərdən istifadə olunması həm peşəkar reklamçılar məktəbinin yaranmasına təkan vermiş, həm də reklam istehsalına görə investisiyaların xarici ölkələrə axınının qarşısı alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının sayəsində əvvəllər respublikamızın paytaxtı Bakı şəhərində formalaşmış reklam bazarı indi artıq bu çərçivədən çıxaraq regionlara üz tutmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının demək olar ki, bütün şəhər və rayonlarında reklamın inkişafına maraq xeyli artmışdır. Xüsusilə Gəncədə, Lənkəranda, Sumqayıtda, Bərdədə, Əli Bayramlıda, Yevlaxda şəhər mühitində müasir standartlar səviyyəsində müxtəlif növ reklam konstruksiyaları yerləşdirilmişdir ki, bu da rayon və şəhərlərimizin tərtibatına yeniliklər gətirmişdir.
Bölgələrdə yerli televiziyaların bərpası, müasir standartlar səviyyəsində texnika ilə təchizi mediada da reklam bazarının genişləndirilməsinə, bu da öz növbəsində bölgə televiziyalarının inkişafına gətirib çıxaracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı, dünyanın bir çox aparıcı şirkətlərinin regionlarda fəaliyyətlərini genişləndirməsi göz qabağındadır. Bu, reklam bazarının da genişləndirilməsi deməkdir. Artıq biz Bakıda və digər şəhərlərdə deyil, uzaq kəndlərdə belə reklamın inkişafını görməkdəyik və bu reklamçılarımızı çox seyindirir.
Statistikaya müraciət etsək, təkcə bu faktı demək kifayətdir ki, Azərbaycanda 2007-ci ildə reklama qoyulan sərmayə 2006-cı illə müqayisədə 25 faiz artmışdır. İndi Azərbaycan hər il reklama qoyulan investisiyanın artımına görə dünyada 3-cü, MDB məkanında Rusiyadan sonra isə 2-ci yerdədir. 2008-ci ildə bu rəqəm daha 30% artmışdır.
Hər il reklama qoyulan investisiyanın artımına görə Azərbaycan dünyada 3-cü, MDB məkanında isə Rusiyadan sonra 2-ci yeri tutur. Ekspertlər 2008-ci ildə bu göstəricinin daha da artacağını proqnozlaşdırıblar. Müsahibimiz "Kann Şirləri Beynəlxalq Reklam Festivalı"nın Azərbaycan nümayəndəsi, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor Cahid Həsənovdur.
-Son illərdə Azərbaycanda reklamın inkişaf dinamikasını necə qiymətləndirərsiniz?
- Ötən illər ərzində istər media, istərsə də açıq hava reklamlarının inkişaf etdirilməsi nəticəsində onlarla yerli şirkət yaradılıb ki, bu da yüzlərlə iş yerinin açılması deməkdir.
Respublikamızda fəaliyyət göstərən şirkətlərin reklam istehsalında Azərbaycan reklamçılarından, yerli mütəxəssislərdən istifadə olunması həm peşəkar reklamçılar məktəbinin yaranmasına təkan vermiş, həm də reklam istehsalına görə investisiyaların xarici ölkələrə axınının qarşısı alınmışdır.
Təbii ki, bunu Azərbaycan reklamçılarının böyük uğuru kimi dəyərləndirmək lazımdır.
- Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, reklam işi də günbəgün inkişaf edir. Peşəkar reklamçıların təşkilatlanması işi hansı vəziyyətdədir?
- Yeni bir qurum yaratmaq ərəfəsindəyik. Bununla əlaqədar biz dünyanın bir neçə tanınmış reklamçı mütəxəssisi ilə əlaqə yaratmışıq. Onlar Azərbaycanda reklam işinin bundan sonrakı dövrdə daha da intensiv şəkildə inkişafına kömək edəcəklərini bildiriblər.
Bu da bizim əsas məqsədimizə çatmağımıza - Azərbaycanda reklamın bütün sahələrinin tam şəkildə, beynəlxalq standartlar səviyyəsində inkişafına təkan verəcəkdir.
- Azərbaycanda reklamın vəziyyətini statistikanın dili ilə necə qiymətləndirərdiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı, dünyanın bir çox aparıcı şirkətlərinin regionlarda fəaliyyətlərini genişləndirməsi göz qabağındadır. Bu, reklam bazarının da genişləndirilməsi deməkdir. Artıq biz Bakıda və digər şəhərlərdə deyil, uzaq kəndlərdə belə reklamın inkişafını görməkdəyik və bu reklamçılarımızı çox seyindirir.
Statistikaya müraciət etsək, təkcə bu faktı demək kifayətdir ki, Azərbaycanda 2007-ci ildə reklama qoyulan sərmayə 2006-cı illə müqayisədə 25 faiz artmışdır. İndi Azərbaycan hər il reklama qoyulan investisiyanın artımına görə dünyada 3-cü, MDB məkanında Rusiyadan sonra isə 2-ci yerdədir. 2008-ci ildə bu rəqəmin daha 30% artması gözlənilir.
- Regionlarda reklamın inkişaf dinamikası necədir?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının sayəsində əvvəllər respublikamızın paytaxtı Bakı şəhərində formalaşmış reklam bazarı indi artıq bu çərçivədən çıxaraq regionlara üz tutmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının demək olar ki, bütün şəhər və rayonlarında reklamın inkişafına maraq xeyli artmışdır. Xüsusilə Gəncədə, Lənkəranda, Sumqayıtda, Bərdədə, Əli Bayramlıda, Yevlaxda şəhər mühitində müasir standartlar səviyyəsində müxtəlif növ reklam konstruksiyaları yerləşdirilmişdir ki, bu da rayon və şəhərlərimizin tərtibatına yeniliklər gətirmişdir.
Bölgələrdə yerli televiziyaların bərpası, müasir standartlar səviyyəsində texnika ilə təchizi mediada da reklam bazarının genişləndirilməsinə, bu da öz növbəsində bölgə televiziyalarının inkişafına gətirib çıxaracaq.
- Regionlarda reklamla bağlı həllini gözləyən hansı məqamları qeyd edərdiniz?
- Ümumiyyətlə, reklama təkcə istehsalçı ilə istehlakçı arasında bir vasitə kimi baxmaq olmaz və bu hamının ümumi işi olmalıdır. Bu gün dünyada reklam mədəniyyətlərarası körpü rolunu oynayır.
Regionlara gəldikdə isə şəhər və rayonlarımızın ərazilərində turizmin təbliğatı, narkomaniyanın əleyhinə, ən əsası isə vətənpərvərlik ruhunda açıq hava reklamlarına demək olar ki, rast gəlinmir. Ümumilikdə isə hər bölgənin tarixi memarlıq abidələri və əsrarəngiz təbiətiylə bağlı şəkillərin, reklam şüarlarının, videoçarxların nəinki respublikamızda, xarici ölkələrdə yayımlanmasına nail olmaq lazımdır,
Artıq biz bunun ilk cücərtilərini görməkdəyik. Bu prosesin sürətləndirilməsi üçün biz hazırda regionlarda reklam işini qısa bir zamanda inkişaf etdirəcək bir layihə üzərində işləyirik. Layihə reklam haqqında Azərbaycan Respublikası Qanununa bir neçə dəyişikliyin edilməsini də zəruri edir. Yüzlərlə iş yerinin yaranmasında da mühüm rol oynayacaq bu sənədin hazırlanmasında dünya ölkələrinin qabaqcıl təcrübəsindən istifadə edilmişdir.
- Reklamlarımızda ana dili və millilik. Əsas amillərdən biri də reklamda Azərbaycan dilinin təmizliyini qorumaq və zənginliyindən istifadə etməkdir. Reklam dili şablon, standart, qafıyə xarakterli bayağı sözlərdən təmizlənməlidir. Bilirsinizmi, bu gün dünyada hər ölkə öz xarakterinə uyğun reklamın yaranması uğrunda mübarizə aparır. Biz də Azərbaycanda milli reklamın daha da təşəkkülü üçün əlimizdən gələni etməliyik.
Hazırda inkişaf etmiş cəmiyyətlərdə internetdən milyonlarla dollar vəsait əldə olunur. Artıq əvvəlki illərlə müqayisədə internetdə reklam bazarının əhatə dairəsi də genişlənib. Aparılan araşdırmalar da bunu sübut edir. Belə ki, “Marketer” şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2007-ci ildə ABŞ-da onlayn-reklama çəkilən xərclər 21 milyard ABŞ dolları təşkil edəcək. 2011-ci ilədək isə bu rəqəm iki dəfə artacaq.
“Marketer” şirkətinin mütəxəssisləri hesab edir ki, onlayn-reklam bazarının həcmi qəzet ve televiziyada reklamın populyarlığının azalması hesabına artacaq. 2007-ci ildə onlayn-reklam bazarının 26,7 faiz genişlənməsi proqnozlaşdırılır. Reklam verənlərin xərcləri isə 2006-cı ilin göstəriciləri ilə müqayisədə 2,1 faiz artacaqdır. Kontekst reklam sahəsi, onlayn-reklam bazarının 40 faizini təşkil etməklə, daha iri sahəyə çevriləcəkdir. Proqnozlara görə, dünyada baş verən artım tempi Azərbaycandan da yan keçməyəcək. Mütəxəssislərin fikrincə, hər il internet istifadəçiləri sayının artması onlayn üzərindən reklamın da inkişafını labüd edir. Beynəlxalq Telekommunikasiya İttifaqının İnternet istifadəçilərinin sayına görə ölkələrin reytinqində Azərbaycan 408 min istifadəçi ilə 85-ci yeri tutub.
100 nəfərə düşən internet-istifadəçilərinin sayına görə, Azərbaycan göstərici ilə 120-ci yeri tutub. Qeyd edək ki, indi ölkədə hər 100 nəfərə 5,6 internet istifadəçisi düşür. Orta hesabla dünyada 100 nəfərə düşən internet isdifadəçilərinin sayı 18,4-ə bərabərdir. Bu, qonşu ölkələrlə müqayisədə yüksək göstəricidir. Amma biz bundan da yüksək göstəriciyə nail ola bilərik.
Hazırda yerli saytlar gəliri olmadığına görə, daha mütərrəqi fəaliyyət göstərə bilmir. Amma bu da bir faktdır ki, hazırda ölkədə elə saytlar var ki, onlar kifayət qədər nüfuza malikdir. Həmin saytlarda reklamın yerləşdirilməsi internet reklamının inkişafına zəmin yarada bilərÜmumiyyətlə “İnternet bazarı” mövzusu, marketinq vasitəsi olaraq İnternetdən istifadə ilə bağlıdır. Ona görə də həmişə internet marketinqi bir zəncir olaraq düşünsək, əgər internet reklamı bu zəncirin bir halqasıdırsa, digər halqası da web saytın özüdür. Bunun üçün web saytların yaradıcıları onun fəaliyyətini diqqətdə saxlamalıdırlar
Ancaq Azərbaycan internet reklam bazarında çox vaxt reklam bannerləri kliklənmir. İlk növbədə texniki problemlər aradan qaldırılmalıdır. Çünki, bir çox ortaq nöqtələri olsa da, internet reklamları digərləri ilə eyniləşdirməmək üçün kifayət qədər özünəməxsus xüsusiyyətləri, üstünlükləri var. Buna baxmayaraq, bütün dünyada internet reklamı ümumi reklam bazarında hələ ki, çox kiçik bir yer tutur. Ancaq, inkişaf sürətinə görə digər reklam daşıyıcılarından qat-qat irəlidədir. Ölkəmizdə də əvvəlki illərlə müqayisədə bu inkişafı görmək mümkündür.
Məlum olduğu kimi, qlobal maliyyə böhranı başlandıqdan sonra ölkəmizdə zərər görən sahələrdən biri də reklam bazarı oldu. Araşdırmalar göstərir ki, əslində bu bazar elə indi də ciddi çətinliklər yaşamaqdadır. Məsələn, "Məmmədli" Reklam Şirkətinin direktoru Rafiq Məmmədli "Amerikanın səsi" radiosuna müsahibəsində Azərbaycanda reklam bazarında durumun daha da pisləşdiyini bildirib. ölkədə ümumilikdə reklam bazarı formalaşmayıb: "Burada reklam bazarından deyil, müxtəlif qurumlardan danışmaq olar".
internet reklam bazarının genişləndiyini də deyir. Ekspert reklamların yayımında televiziyaların, bir qayda olaraq, liderlik etdiyini bildirib: "Televiziyalardan sonra reklamın yayılmasında ikinci yeri radiolar tutur. Küçə reklamları da reklamların yayılmasında mühümdür. Bu sahədə axırıncı yerdə çap mediası gəlir". Cənab Məmmədli ölkədə siyasi reklamın çox az faiz təşkil etdiyini diqqətə çatdırıb. ABŞ-ın "Marketer" şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, əslində İnternet reklamları televiziya reklamlarını da geridə qoya bilər. "Marketer" şirkətinin mütəxəssisləri hesab edir ki, onlayn-reklam bazarının həcmi qəzet ve televiziyada reklamın populyarlığının azalması hesabına artacaq. Proqnozlara görə, dünyada baş verən artım tempi Azərbaycandan da yan keçməyəcək. Mütəxəssislərin fikrincə, hər il internet istifadəçilərinin sayının artması onlayn üzərindən reklamın da inkişafını labüd edir.
İnternet reklamının bu qədər cazibədar olmasının ən əhəmiyyətli səbəblərindən biri xərclərin aşağı, məhsuldarlığın isə yüksək olmasıdır. Bir başqa əhəmiyyətli səbəb isə internet reklamı çərçivəsində reklamverən şəxsə lazım olan reklam növünün təklif edilməsidir. Reklamverən şəxs istənilən mövzuda və mahiyyətdə reklam yerləşdirmək üçün İnternetdə özünə sayt tapa bilər. İnternet bunun üçün istehsalçıya seçim hüququ da verir. Digər reklam vasitələrilə müqayisədə internet reklamının bir sıra üstünlükləri var. Çap reklam vasitələrindən fərqli olaraq, veb səhifədəki bir reklam sahəsində eyni anda müxtəlif ziyarətçilərə müxtəlif reklam göstərilə bilər. Reklam rotasiyası kimi tanınan bu texnologiya bir reklam sahəsində eyni anda bir neçə reklam kampaniyası keçirmək imkanı yaradır Araşdırmalara görə, 2008-ci ildə Azərbaycanda reklama 100 milyon manat pul xərclənib. Bu, əvvəlki ildən 20-30 faiz artıqdır. Son vaxtlar da internetdə reklamların əhəmiyyəti və payı sürətlə artmaqdadır. Başqa sahələrdə, məsələn, qəzetlər, xüsusilə küçələrdə reklamın azalması, əksinə, İnternet reklamlarının həcminin isə yaxın 2 il ərzində kəskin artması gözlənir.
İnternetdə olan informasiyanın artımı insanların internetdə keçirdiyi vaxtın çoxalması ilə müşayiət olunur. Digər tərəfdən də, günümüzdə hər hansı bir şirkətin internetdə səhifəsinin olmaması onun imicinə böyük xələl gətirir. Bütün bunlar bir çox şirkətləri öz xidmət və məhsullarını veb səhifələrində yerləşdirib digər internet resurslarında reklam etməyə məcbur edir. Əksər Azərbaycan internet resursları internet reklamının üstünlüklərinin heç birindən istifadə etmir. Bunun əvəzinə onlar statik və ənənəvi - müddətlə qiymətləndirilən reklam sahələri satırlar. Qeyd edək ki, internet reklamı yalnız veb səhifələrdə yerləşdirilən bannerlərdən ibarət deyil. İnternet texnologiyalarının sürətli inkişafı, internet radio və IPTV kimi texnologiyalar internet reklamı anlayışını daha da genişləndirir. Azərbaycan üçün hələ gənc olan internet reklamçılığı sahəsi, ölkəmizə "Elektron ticarət"in gəlişilə geniş vüsət alacağı şübhəsizdir.
Dostları ilə paylaş: |