3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə9/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   5   6   7   8   9   10   11   12   ...   48
referat 1721 (1)

Təbliğat reklamı - Təşkilatlar eyni zamanda reklamdan hədəf auditoriyaya təsir etmək üçün müəyyən məlumatlar ötürmək məqsədilə də istifadə edirlər. Əksər hallarda təbliğat reklamı ilə məşğul olan təşkilatların əsas məqsədi mənfəət əldə etmək olur. Misal üçün, təşkilat onun nüfuzuna mənfi təsir edə biləcək siyasi məsələ üzrə müəyyən mövqe tutaraq həmin məsələ üzrə mövqeyini bəyan etmək üçün reklamlardan faydalana bilər.
Yuxarıda qeyd edildiyi kimi reklam fəaliyyəti vasitəsilə firmaların istehsal etdiyi məhsullar, onların markaları fəaliyyət dairəsi istehlakçılara tanıdılır.
Dünya miqyasında reklam iqtisadi inkişafa təkan verən mühüm amil olduğu zaman, özəl marketinq təşkilatları reklamın oynadığı rola görə biri-birindən fərqlənirlər. Bəzi təşkilatlar üçün reklam işləri az görülə bilər, bunun əvəzində isə satışa yardım vəsaitləri satış qrupları vasitəsilə ticarət nümayəndəliklərinin fəaliyyəti kimi digər işlərə xərclənər. Nisbətən kiçik müəssisələr üçün reklam çox nadir hallarda və kiçik miqyasda tələb oluna bilər. Məsələn, kiçik elanların yerli qəzetlərin müəyyən olunmuş hissələrində yerləşdirilməsi.
Bildiyimiz kimi bazar iqtisadiyyatında əsasən özəl sektor geniş yer tutur. Özəl sektorda firmalar, müəssisələr fəaliyyət göstərir. Əvvəldə qeyd etdiyimiz kimi reklam iqtisadiyyatın ayrılmaz hissəsi olduğundan, firmaların inkişafında və bununla yanaşı iqtisadiyyatın inkişafında reklam fəaliyyətinin rolu böyükdür.


    1. Müasir dövrdə reklam işinin inkişafında rəhbərliyin vəzifələri və funksiyaları.

İdarəedici kateqoriya olan “təşkilat” kifayət qədər geniş anlamdır. Əgər biz ona idarəetmənin funksiyası kimi baxsaq, onda iki əsas yanaşmanı göstərmək olar. Birinci yanaşma, nisbətən dar mənadadır. Burada təşkilatı “insanlara bir yerdə effektli şəkildə işləmək, onun məqsədlərinə çatmaq üçün yaradılan müəssisənin strukturunun yaranma prosesi” kimi təsəvvür etmək olar. İkinci yanaşmada isə təşkilatı funksiyaların toplusu kimi, firmanın planının praktiki reallaşmasına yönəldilən müxtəlif proses və strukturlar kimi təsəvvür edirlər.
Menecerin reallaşdırdığı vacib təşkilati funksiyalar aşağıdakılardır:

  1. Personal üzərində rəhbərlik;

  2. Rəhbərliyə tabe olan işçilər arasında işin bölünməsi;

  3. Nümayəndə heyəti arasında vəzifələrin bölüşdürülməsi;

  4. İşin koordinasiya edilməsi, işçilər arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi, firmanın məsələlərini effektli həll etməyə kömək edən şöbələr və xarici strukturlar;

  5. Təyin edilmiş fəaliyyət növünü həyata kecirmək üçün büdcənin tərtib edilməsi;

  6. Reklam fəaliyyətinin təşkilinin spesifik analiz edilməsi;

Əgər biz təşkilatın baş işçilərinə baxsaq, onda biz reklam fəaliyyətinin növbəti subyekt tiplərini ayıra bilərik:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin