3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə6/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   48
referat 1721 (1)

Brendinq- ciddi marketinq tədqiqatlarına əsaslanaraq bir və ya daha çox mal qrupunun nüfuzunu qaldırmaq üçün istehlakçıların şüuruna təsir göstərmək məqsədilə reklamverənlərin, onun təşkilatçılarının və reklam agentliklərinin birgə həyata keçirdikləri tədbirləri özündə birləşdirir. D. Oqilvi demişdir: “istehsalçı daha təəssuratlı obraz formalaşdırmaq üçün yaratdığı reklamda rəqibindən fərqli olaraq öz brendini nə qədər qabarıq və açıq aydın göstərərsə, o qədər də uzun müddətli gəlir əldə edər”.
Misal üçün ABŞ-ın bazarlarında liderlik edən brendləri göstərmək olar. Geyim “Livays” , idman malları “Nike” , məişət elektrotexnikası “general electric” avtomobil “Ford” və s.
Hazırki zamanda istehsal edilən məhsulun növləri daima mürəkkəbləşir və ön plana bir o qədər tələb amili deyil, nəinki malların istehlak xassələri və onların nüfuz bildinqi, keyfiyyəti, çatdırılması və xidmət göstərilməsi rahatlığı, zəmanətli təmiz şərtləri və s. çəkilir. Xarici ölkələrin bazarlarında mallara diqqətin cəlb edilməsi bu gün alıcılara göstərilən xidmətin səviyyəsi və satışdan sonra xidmətin göstərilməsidir.
Beləliklə, bir tərəfdən reklam məhsul təchizatında möhkəm stimullaşdırıcı vasitə, digər tərəfdən isə reklam məlumat sisteminə inteqrasiya edən yeni növ kommunikasiya formasıdır. Axırıncı son onillikdə inkişaf etmiş xarici ölkələrdə direkt-marketinq (birbaşa marketinq) çox geniş yayılmışdır. Buna istehlakçıların fərdləşdirilmiş tələb və xüsusiyyətlərini nəzərə almaqla bilavasitə istehsalçının iştirak etdiyi xüsusi bazar fəaliyyəti kimi baxmaq olar.
Direkt-marketinqə aşağıdakılar daxildir:

  1. Müştərilərlə şəxsi qarşılıqlı əlaqələr;

  2. Kütləvi çıxışlar;

  3. Təkliflərdən istifadə edilməsi;

Şəxsi satış- buna agentlərlə, ayrı ayrı istehlakçılar üçün sərginin nümayişetdirmə salonundakı işçilərlə yaranmış şəraitdən istifadə edərək malların nümayiş etdirilməsi ilə bağlı işlər başa düşülür.
Telemarketinq inandırma, satış, sövdələşmənin və ya müqavilənin bağlanmasının başa çatdırılması, satışdan sonra video tekst, telefaks, kompüter, telefon vasitəsilə xidmətin göstərilməsi.

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin