Videoekspress-informasiya reklamı –bu xüsusi növ videoreklamdır. Reklamverən təşkilatın haqqında operativ videosüjetləri özündə əks etdirməsidir (yeni xəttin işə salınması, iri həcmdə kommersiya sövdələşməsi, ilk partiya yeni malların buraxılması, yubiley bayramı və s.).
Hazırda, reklam təcrübəsində kinofilmlərin əvəzinə videofilmlərə daha çox üstünlük verilir. Buna üstünlüyün verilməsi, onun iqtisadi cəhətdən əlverişliyi, videokasetlərə köçürməklə istənilən tirajda (nüsxədə) buraxmaqla istifadəsi, videomaqnitafonlarda nümayiş etdirilməsinin geniş yayılması və s. ilə xarakterizə edilir. Lakin, böyük auditoriyada geniş ekranda iri kadrlarla göstərilməsi daha faydalı hesab edilir.
Slayd-filmlər –bu bir və ya bir neçə ekran vasitəsilə avtomatik olaraq rəngli kanallarla göstərilən filmlərdən ibarətdir. Belə proqramlar xüsusi hazırlanmış fonoqramalarla nümayiş edilir. Slayd filmlərdən müxtəlif çeşidli malların, sənaye məhsullarının və xidmətlərinin nümayiş etdirilməsi üçün istifadə edilə bilər. Bundan başqa, slayd-filmlərdən nüfuzun reklam edilməsi məqsədilə də istifadə olunur.
Bu növ reklam filmlərinin üstünlüyü, proqramı pozmadan slaydları dəyişməklə operativ və iqtisadi cəhətdən əlverişli olmaqla modifikasiya etmək mümkündür. Slayd-filmlərin nümayişini asanlaşdırmaq üçün bəzən onları videokasetlərə köçürürlər (yazırlar) və sonra teleekranlarda nümayiş etdirirlər.
Lakin bu reklam vasitəsinin inkişaf etdirilməsi yüksək keyfiyyətli proyeksiya texnikasının olmaması ucbatından mümkün deyildir.
Radio və telereklamöz əhatə dairəsinə görə ən geniş yayılmış reklam vasitələridir. Bu reklam növü son zamanlar meydana gəlməsinə baxmayaraq, daima inkişaf edir, təkmilləşir və başqa reklam növləri ilə rəqabətə girir.
Radio reklamının ən geniş yayılmış növlərinə radioelanlar, radioroliklər, müxtəlif radio jurnallar və radioverilişlər reklamı daxildir.
Radioreklam –diktor vasitəsilə oxunan informasiyadır.
Radiorolik –xüsusi quruluşda hazırlanmış və bir qayda olaraq mal və xidmətlər haqqında məlumatlar musiqi sədaları ilə müşayət edilir.