3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə28/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   24   25   26   27   28   29   30   31   ...   48
referat 1721 (1)

Bazarın analizi – Bazarın tipinin müəyyən edilməsi üçün mütləq onu tədqiq etmək lazımdır. Beləki, yerli reklam yerli bazarın tələblərinə cavab verməlidir. Buna görə də həmin bazarın yerləşdiyi yer, region, rayon və s. dərindən tədqiq olunmalı, orada yaşayanların yaşayış tərzi, onların tələbləri öyrənilməlidir. Bazarın və potensial alıcıların dəqiq müəyyən edilməsi bazarda təqdim olunan mal və xidmətlərin seçilməsinə, qiymətin səviyyəsinə və reklamın seçilməsinə təsir edir. Bu mərhələnin tam analiz edilməsi reklam kampaniyasın sonrakı mərhələlərinin müvəffəqiyyətli olub-olmaması barədə xəbərdarlıq edir.
Bazar bu cür analiz edildikdə rəqiblər də müəyyən edilir. Rəqiblər hansı mal və xidmətləri təklif edirlər? Onların qiymət siyasəti necədir? Onlar harada yerləşiblər? Onlar nə qədər güclüdürlər? Onların reklam strategiyası nədən ibarətdir? Hansı KİV-dən istifadə edirlər? Onların reklam büdcəsi nə qədərdir? Onların köhnə alıcıları saxlamaq və yeni alıcıları cəlb etmək taktikası hansıdır? Bu suallara cavab tapılarsa yerli bazar dərindən analiz edilmiş olar. Mütəmadi olaraq rəqiblərin fəaliyyətinin analiz edilməsi reklamverənlərə yeni ideyalar verir. Bunlar reklam və satışın yeni metodlarından istifadə edilməsi, digərlərinin çatışmayan cəhətlərini və özlərinin əldə etdiklərini öyrənməkdir.
Tədqiqatların aparılması - reklamverənlər adətən bazarın tədqiq edilməsini özləri aparırlar. Beləki, öz firmaların bazara daha yaxın olması, onların alıcıları və müştəriləri barədə dəqiq informasiya toplamağa imkan verir. Onlar reklam kampaniyalarının və müəyyən edilmiş əmtəəyə olan reaksiyanı müəyyən edirlər. Bu cür plana reklam agentlikləri öz köməkliklərini göstərə bilərlər. Beləki, tədqiqatların aparılması iki mrəhələdən ibarətdir.
I mərhələ ilkin tədqiqatlardan ibarətdir. Burada alıcıların uçotunu aparmaq onlardan neçəsinin kredit kartlarından, neçəsinin isə nəğd formada ödəmələri öyrənilməlidir. Bunun əsas məqsədi həmin alıcıların ünvanın müəyyən edilməsi və onların orta aylıq əmək haqqının və ailə üzvləri sayının müəyyən edilməsindən ibarətdir. Mövcud bazarda firmanın satış həcmini digər firmalarla müqayisə etmək lazımdır. Deməli 1-ci mərhələdə firmalar mövcud bazarda tədqiqatları aparırlar.
II mərhələ - reklamverənlərin mütləq digər mənbələr olmalıdır ki, onlardan öz məqsədlərinə kömək edə biləcək informasiya toplasınlar. Belə mənbələrə istehsalçılar və tədarükçüləri, kommersiya assosiasiyalarını, reklam vasitələrini və müxtəlif hökümət təşkilatlarını misal göstərmək olar. İstehsalçı və tadərükçülər öz dilerlərinin çiçəklənib inkişaf etməsində maraqlıdırlar. Onların dilerlərlə iş proqramı özündə onların əmtəələrinin olduqları bazarların geniş tədqiqini birləşdirir. Bəzi istehsalçılar isə dilerlərlə seminarlar keçirərək onları tədqiqatlar ilə tanış edirlər. Milli pərakəndə satış firmaları assosiasiyası aparılmış bazar tədqiqatları haqqında pərakəndə satış firmalarını maraqlandıran çoxlu materiallar buraxır. O, həmçinin reklam suallarını cavablandıran jurnallar da buraxır. Reklamverənlər üçün dolğun informasiyalar verən çoxlu sayda assosiasiyalar mövcuddur. KİV-də reklamverənləri maraqlandıran maraqlı informasiyalar mövcuddur. Həmçinin hökümət təşkilatları da informasiyalar verirlər. Hər bir regionda mövcud hökümət bürolarında ticarət, vergi, əmək şöbələri var ki, onlar lazım olan informasiyaları reklamverənlərə ötürə bilirlər.

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin