Kütləvi İnformasiya Vasitələrində startegiyaların planlaşdırılması – reklamverənlər üçün Kütləvi İnformasiya Vasitələrinin düzgün seçilməsi iki səbəbdən vacbdir:
Əksər hallarda reklamverənlərin büdcəsi sərhədlənmiş olur və buna görə də onlar istənilən vasitələrdən istifadə edə bilmirlər.
Bəzi KİV digərlərinə nisbətən daha effektlidir.
Burada biznesmenlər hansı alıcı kütləsini əhatə etməyindən asılı olaraq onlar müvafiq kütləvi informasiya vasitələrini seçirlər. Buraya firmanın tipi, reklamın yerləşdirilməsi, rəqabətlilik və büdcənin həcmi, reklam ismarıclarının xarakteri aiddir.
Reklam vasitələri üçün plan məqsədlərin təyin edilməsi ilə başlayır. Bu məqsədlər marketinq problemlərinin uğurlu həll edilməsi üçün vəs startegiyaların təyin edilməsi üçün aparılır. Məqsədlər olduqca dəqiq olmalıdır, çünki əldə olunan nəticələr ilə tərtib olunan plan ilə müqayisə edilir.
Yeni istehsal olunmuş məhsulun tanıdılmasında reklam vasitələrinin məqsədləri aşağıda sadalanır:
İnformasiyanı daha çox ailələrə çatdırmaq. Burada əsasən informasiyanı evdar xanımlara çatdırmaq daha məqsədə uyğundur. Çünki, əsasən evdar xanımlar alış-veriş edirlər.
Reklam prosesinin fasiləsizliyini təmin etmək və onun il boyu yayımında dəyişməzliyin olmasına nəzarət etmək.
Reklam devizinin bütün ölkədə yayılmasını təmin etmək.
KİV –nin seçilməsi, hansı ki, starteji məqsədlərin həllinə kömək edir.
Reklamın daha çox dolğun məlumat verməsinə nail olmaq.
Bu məqsədlərə riayət etməklə reklamın KİV-də yerləşdirilməsi zamanı daha düzgün qərarlar qəbul etmək olar. Kütləvi informasiya vasitələrinin seçilməsi və planlaşdırılması aşağıdakı qaydada olur:
Situasiyanın analizi:burada əsasməqsəd bazarın probleminin başa düşülməsi və analiz aparılma qaydasıdır: a) bazarın həcmi və payı. b) satışın, xərclərin və gəlirin tarixi. c) satış praktikası. ç) satış metodları. d) mümkün müştərilərin identifikasiyası. e) əmtəənin xarakeri.